Kəmiyyətlərlə işləyən alqoritmləri tərtib etmək üçün blok-sxem və tədris alqoritmik dilindən istifadə edilir.
Verilənlər və kəmiyyətlər.Kompüter informasiyalar üzərində əməliyyatlar aparır. Kompüterdə proqramlar emal edilən informasiyalar verilənlər adlanır. Kəmiyyət isə ayrıca götürülmüş informasiya obyektləridir, xüsusi verilənlərdir. Kompüter proqramının əmrləri kəmiyyətlər üzərində müəyyən əməliyyatları yerinə yetirir. Proqramda istifadə olunan verilənlər: giriş, aralıq və nəticə verilənlərinə ayrılırlar.