Giriş verilənləri məsələnin həlli üçün tələb olunan və əvvəlcədən verilənlərdir;
Aralıq verilənlər hesablama prosesində alınan və istifadə olunan verilənlərdir;
Nəticə verilənlər isə proses başa çatdıqda sonuncu alınanlardır.
Proqramlaşdırmanı mənimsəmək üçün aşağıdakı qaydanı dərk etmək lazımdır:
hər bir kəmiyyət EHM-in yaddaşında özünə məxsus təyin edilən yer
(yaddaşda oyuqlar) tutur.
“Oyuq” anlayışı müasir EHM-lərin arxitekturası baxımından köhnəlsə də ondan tədris baxımından istifadə etmək olar.
Hər bir kəmiyyətin 3 əsas xassəsi var: ad, qiymət, tip.
Alqoritmik və proqramlaşdırma dillərində kəmiyyətlər konstanat və dəyişənlərə ayrılırlar.
Konstantlar proqramda dəyişməyən kəmiyyətlərdir və özlərinə məxsus qiymətləri ilə təsvir olunurlar.
Dostları ilə paylaş: |