ALQORİTİMLƏŞDİRMƏ VƏ PROQRAMLAŞDIRMANIN ÖYRƏNİLMƏSİNƏ YANAŞMALAR
Alqoritm anlayışının orta məktəbdə nə üçün tədris olunduğunu keçən mövzularda öyrəndik. Indi müəllimin qarşısında alqoritm anlayışını izah etmək kimi praktik məsələ dayanır. Müəllim şagirdlərə izah etməlidir ki, insan gündəlik həyatında sadə və mürəkkəb məsələlərlə qarşılaşır, bu məsələlərin həlli üçün müəyyən qayda və qanunların nizamlı ardıcıllığından istifadə edir. Lakin bəzi məsələlərin həlli qaydasını insan özü müəyyən edir.
Qarşıya qoyulmuş müəyyən məqsədə çatmaq üçün sonlu sayda və birqiymətli təyin olunmuş proseslər ardıcıllığına alqoritm deyilir.
Onluq say sisteminin çox rəqəmli ədədləri üzərində orta məktəb riyaziyyat kursunun ilkin bölmələrində əsas hesab əməllərinin yerinə yetirilmə qaydasını şərq riyaziyyatçısı
əl-Xorəzimi vermişdir. Alqoritm sözü isə əl-Xorəzimi sözünün latınca yazılışından götürülmüşdür. Sonralar alqoritm müəyyən xassələri özündə birləşdirən və həmin xassələri ödəyən qaydalar sistemi kimi izah edildi. Zaman ötdükcə alqortmi daha ətraflı və fəlsəfi izah edirdilər: ilkin verilənlərdən asılı olaraq məsələni həll etmək, başqa sözlə
qarşıya qoyulmuş məqsədə çatmaq üçün sonlu sayda aydın və birqiymətli təyin olunmuş, riyazi, qeyri riyazi və ya məntiqi əməliyyatların nizamlı ardıcıllığı kimi də başa düşülür.
Burada əməliyyatları yerinə yetirən hər bir göstəriş əmr adlanır. icraçı tərəfindən yerinə yetirilən əmrlər çoxluğu isə icraçının əmrlər sistemini əmələ gətirir. Icra edilən əməliyyat addım, əməliyyatlar çoxluğu isə alqoritmik proseslər adlanır.
Dostları ilə paylaş: |