Ehm-in yaranma tariXİ


həyat tərzi nöqteyi – nəzərindən



Yüklə 172,56 Kb.
səhifə50/119
tarix02.01.2022
ölçüsü172,56 Kb.
#36695
1   ...   46   47   48   49   50   51   52   53   ...   119
referat 2390

həyat tərzi nöqteyi – nəzərindən;




  • informasiya texnikası nöqteyi – nəzərindən;

yanaşırlar.

İ.Semakin və başqalarının dərsliklərində informasiya anlayışına subyektiv və kibernetik yanaşmadan danışılır.

Subyektiv yanaşmada informasiya anlayışına onun insanın həyati fəaliyyətində rolu nöqteyi-nəzərindən baxılır. Bu mövqedən yanaşdıqda informasiya inasanın onu əhatə edən ətraf aləmdən aldığı məlumatlar və biliklərdir.

Kibernetik yanaşma informasiyalarla işləyən maşınların yaradılması ilə bağlıdır. Bu mənada informasiya hər hansı əlifbanın simvollar ardıcıllığı kimi qəbul olunur.
İNFORMASİYANIN ÖLÇÜLMƏSİNƏ YANAŞMALAR

Informasiyanin ölçüsü anlayışı informasiyanın təyin edilməsi ilə bağlıdır. Bunun üçün şagirdlərə nəyi hansı ölçü vahidindən istifadə etməklə necə ölçdüyümüzü izah etməliyik.

Informasiyanın ölçülməsi bir sıra dərsliklərdə aşağıdakı kimi verilir: İnformasiya kompüterdə ikilik kod şəklində təsvir olunur. İnformasiyanın miqdarı ikilik rəqəmlərin (bit) miqdarı ilə müəyyən olunur. Ikilik rəqəmlərdən istifadə etməklə aparılan kodlaşdırma ikilik kodlaşdırma, 0 və 1 rəqəmləri isə bit adlanır. Bit “binary digit” ingilis sozlərindən əmələ gəlib “ikilik rəqəm” mənasını verir. Beləliklə, informasiya miqdarı vahidi iki simvollu əlifbanın simvolları ilə müəyyən olunur. Bu informasiya ölçü vahidlərindən istifadə etməklə daha böyük ölçü vahidlərinə keçmək olar.

İnformasiyanın ölçülməsini şagirdlərə aşağıdakı ardıcıllıq əsasında öyrətmək məqsədəuyğundur:



Informasiya – məlumat – məlumatın informativliyi - informasiya ölçü vahidi – məlumatın informasiya həcmi

Informasiya – insanların biliyidir. Məlumat – informasiyanın ötürülməsi prosesində subyektin qəbul etdiyi informasiya axınıdır. Məsələn, biz radionu dinləyən, televizora baxan, müəllimin izahatını eşidən, yolu keçərkən svetofora baxan zaman məlumatı danışıq şəklində obrazlarla, həmçinin müxtəlif siqnallarla alırıq. Insana yeni bilik verən informasiyaları - məlumatın informativliyi adlandırırıq. Eyni məlumat müxtəlif insanlar üçün müxtəlif informativliyə malikdir. Məlumatın köhnə və ya anlaşılan şəkildə olması onun qeyri-informativliyi ilə əlaqədardır. Qeyri-informativ məlumatın insan verdiyi informasiyanın miqdarı sıfıra bərabərdir. Informativ məlumatın informasiya miqdarı isə sıfırdan böyükdür.

Bundan sonra müəllim şagirdlərə informasiyanın miqdarını təyin etmək üçün istifadə olunan ölçü vahidləri ( bayt, kilobayt, meqabayt, qiqabayt) haqqında məlumat verir, xüsusi misallar üzrə bu anlayışların mahiyyətini açır.


Yüklə 172,56 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin