ÜÇÜNCÜ FƏSİL. ZEYTUN YAĞI
Azərbaycanın qeyri-neft sektorunda qabaqcıl mövqeyə malik “Azersun Holding” şirkətlər qrupunun Azərbaycandakı fəaliyyəti ötən əsrin 90-cı illərinin lap əvvəllərindən başlayır. Azərbaycan müstəqillik qazandıqdan sonra digər sahələrdə olduğu kimi yeyinti məhsulları istehsalında da əsaslı dönüş yaranmışdır. MDB məkanında, Yaxın və Orta Şərqdə analoqu olmayan və Azərbaycanda aparıcı lider və investor olan “Azersun Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərян müəssisələrdən “Bakы Qida və Yağ Fabriki” MMC müxtəlif çeşiddə yeyinti yağları, о жцмлядян зейтун йаьы istehsal edir.
“Bakы Qida və Yağ Fabriki” MMC 1997-ci ildə Bakı Marqarin zavodunun yenidən qurulması və müasir texnologiya ilə təchiz olunmasından sonra ölkə prezidenti Heydər Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır. Müəssisə dünya standartlarına cavab verən rafinasiya, elektroliz, hidrogenləşdirmə, dezodorasiya, vinterizə, marqarin istehsalı, duru yağ süzülməsi, əridilmiş mətbəx yağlarının istehsalı proseslərinə malikdir.
Emal və qablaşdırma prosesi boyu məhsulların keyfiyyətinə daim nəzarət olunur. Burada dünyanın ən müasir avadanlığında, əl dəyməyən texnologiya ilə “Final”, “Blendo”, “Zolotoe Solnışko”, “Möcüzə” duru bitki yağları, “Final”, “Super sun” və digər çeşiddə əridilmiş bitki mənşli mətbəx yağları, eləcə də “Final”, “Paşa”, “Мюжцзя” və digər marqarin məhsulları istehsal olunur. Son illər müəssisədə yüksək keyfiyyətli “Final” və “Zeytun bağları” markalı zeytun yağı da istehsal olunur. Riviera keyfiyyət markası ilə istehsal olunan Final zeytun yağı təbii və rafinə zeytun yağının qarışığıdır və standartın bütün tələblərinə tam uyğundur.
Rafinasiya sexində dünyada ən aparıcı texnologiyaya sahib olan Desmet şirkətinin avadanlığı quraşdırılıb. Duru yağların istehsalında isə Fransanın Sidel və İtaliyanın Procomac şirkətlərinin ən son istehsalı olan avadanlıqlardan istifadə olunur. Duru bitki yağlarını mumlardan təmizləmək üçün çox müasir texnologiya olan vinterizə prosesi tətbiq edilir.
İstehsal olunan məhsulların keyfiyyətini artıran və onu daim ön plana çəkən müəssisənin məhsulları çox sayda mükafatlara və sertifikatlara layiq görülüb. 1999-cu ildə Çin Xalq Respublikasının Kunmin şəhərində “Bəşəriyyət və Təbiət 21-ci əsrin astanasında” şüarı ilə keçirilən “Ekspo-99” Beynəlxalq sərgisində nümayiş etdirdiyi keyfiyyətli məhsulların istehsalına görə завод Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin diplomu ilə təltif edildi. 2002-ci ildə Moskva şəhərində keçirilən “21-ci əsrdə Soya və Soya Məhsulları” Beynəlxalq ixtisaslaşdırılmış sərgisində “Teksun” və “Soya sun” yağları qızıl medal və diplomlara layiq görüldülər. Həmçinin, müəssisə məhsullarının qablaşdırılması dizaynına görə gümüş medal və diplom ilə təltif edildi.
Тədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, müəssisədə istehsal olunan bütün yağların keyfiyyəti Beynəlxalq Standart TS-EN-İSO-9000 (sertifikat № KG 1370/00) tələblərinə uyğundur, ekoloji cəhətdən təmiz, zərərsiz, xolesterinsiz və fizioloji cəhətdən qidalı yeyinti məhsuludur. Çünki bu yağların hazırlanmasında ən müasir yağ istehsalı texnologiyasına, istehsalın bütün mərhələlərində sanitar-gigiyenik qaydalara ciddi əməl olunur, məhsulun qablaşdırılması, markalanması və saxlanılması şəraiti keyfiyyətin qorunmasına xidmət edir. Müəssisənin məhsulları dünyanın 10-dan çox ölkəsinə ixrac olunur.
Бизим ясас мягсядимиз “Bakы Qida və Yağ Fabriki” MMC тяряфиндян истещсал олунан зейтун йаьынын кейфиййятини вя еколоъи тямизлийини юйрянмякдир. Əsas tədqiqat obyekti kimi qurumayan bitki yağları qrupuna aid olan “RİVİERA” tipli “Final” və “Zeytun bağları” markalı zeytun yağları götürülmüşdür. Bu yağlar tərkibinə, bioloji dəyərliliyinə və pəhrizi əhəmiyyətinə görə bitki yağları içərisində birinci yeri tutur.
Dostları ilə paylaş: |