ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)


Zeytun yağının istehsalı və istehlakı haqqında



Yüklə 1,04 Mb.
səhifə33/65
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#38267
1   ...   29   30   31   32   33   34   35   36   ...   65
HM d-cabiR HM dov zeytun v zeytun ya I (Monoqrafiya)

3.1. Zeytun yağının istehsalı və istehlakı haqqında
Zeytun yağı Yunanıstan, İspaniya və İtaliyada qədimdən milli ərzaq məhsulu və Aralıq dənizi sahilləri ölkələrində pəhriz qidası hesab edilir. Zeytun yağı xristian və yəhudi kilsələrinin, eləcə də müsəlman məscidlərinin işıqlandırılmasında qədimdən istifadə olunmuşdur. XIX əsrin sonlarına qədər Rusiyada yüksək keyfiyyətli zeytun yağı provans yağı, aşağı keyfiyyətli yağ isə taxta yağı adlanmışdır.

Yabanı halda zeytun bitkisi Aralıq dənizinin şimal- şərq hissəsində, o cümlədən kiçik Asiyada yetişir. Zeytun bitkisinin mədəni sortlarının yayıldığı vaxt və yer hələ qədimdən müxtəlif ölkələrin alimlərinin mübahisəsi olmuşdur. Lakin o da dəqiq məlumdur ki, zeytun yağı Munoy mədəniyyətinin zənginliyinə və firavanlığına xidmət etmişdir. Qazıntılar zamanı tapılan zeytun yağı üçün qablar eramızdan 4 min il əvvəllərin tarixinə aid edilir.

Qədim Misirdə zeytun yağı eramızdan 3 min il əvvəl qida məqsədləri və sabun bişirmək, eləcə də yağla işlənən lampalar üçün istifadə olunmuşdur. Eramızdan əvvəl 8- ci əsrdə finikiyalılar Karfaqendən zeytunu İspaniyaya, qədim yunanlar isə İtaliyaya aparmışlar.

Zeytunun latınca adı (Oleum) da qədim yunan sözündən (έλαιον) götürülmüşdür. Qiymətli dərman bitkisi olan zeytunun hansı ölkədən yayılması haqqında iki fikir mövcuddur. Onlardan birinə görə müdriklik və zəhmət İlahəsi Afina Attikaya sahib olmaq üçün Poseydonla mübahisədə hirslənərək öz nizəsini qayaya sancmış və nizə möcüzəli ağaca çevrilmişdir. Göründüyü kimi, bu fikirdə zeytunun vətəninin Yunanıstan olmasına işarə edilir. Digər fikrə görə isə Aralıq dənizi hövzəsi ölkələri – Suriya, Cənubi Antaliya və s. zeytun bitkisinin vətəni hesab olunur. Bu mənbələrə əsasən zeytun buradan Kiçik Asiyaya, Yunanıstana, Misirə və digər ölkələrə yayılmışdır. Zeytun bitkisinin ömrü 300- 400 ildir. Əlverişli şəraitdə 1000 il yaşaması məlumdur. 500- dən çox növü var.

Hazırda Avropa zeytunu dünyanın əksər tropik və subtropik iqlimə malik ölkələrində, o cümlədən Azərbaycanda becərilir. Sülh və xoşbəxtlik rəmzi hesab olunan bu qiymətli bitkinin Abşeronda plantasiyaları salınmışdır.

Zeytun yağının istehsalına görə İtaliya, İspaniya və Yunanıstan birinci üç yeri tutur. 2010- cu ildə dünyada istehsal olunan zeytun yağının 40%- dən çoxu İspaniyanın, əsasən də Andalusiya əyalətinin payına düşürdü.

İtaliya istehsal etdiyi zeytun yağının çox hissəsini özü istehlak edir. Yunanıstanda adambaşına ildə 20 litrdən çox zeytun yağı istehlak edilir. 2004- cü ilin məlumatına görə zeytun yağının istehsalının statistikası 3.1. saylı cədvəldə verilmişdir.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin