Vanadium (Vn) elementinin orqanizmin xəstəliklərdən
qorunması funksiyasının artırılmasında mühüm rolu var. Vana-
dium qandakı xəstəlik törədən bütün «artıq» mikrobları təmiz-
ləyən hüceyrələrin – flositlərin hərəkətini stimullaşdırır. Nə-
ticədə orqanizmin infeksiyalara qarşı müqaviməti artır və qan
təmizlənir.
Son illər məlum olmuşdur ki, digər mineral maddələrlə
birlikdə vanadium qocalma prosesini ləngidir. Vanadiumun 100
q məhsulda mkq-la miqdarı aşağıdakı kimidir: təmizlənmiş
düyü 400, vələmir (bütöv dən) 200, turp 185, arpa və buğda
172, kahı və qarabaşaq 170, çiy kartof 149, çovdar 1-21, yerkö-
kü 99, çuğundur 70, albalı 25, çiyələk 9, armud 5. Kəsmikdə,
ə
t, makaron, emaledilmiş yarma, konfet, şokolad, qaymaq və
kakaoda vanadium elementi yoxdur.
Manqan (Mn) elementi hüceyrənin düzgün inkişafı, B
1
vitamininin, dəmirin və misin mənimsənilməsi, qanınyaranması
üçün vacibdir. Orqanizmdə manqan çatışmadıqda B
1
vitamini-
nin xeyri əvəzinə orqanizm üçün kəskin toksiki düşmənə
çevrilir. Məhz buna görə də orqanizmdən müəyyən toksiki
maddələri kənar etmək üçün, bağırsaqları boşaltdıqdan sonra
zəif kalium-permanqanat məhlulu içilməsi nəzərdə tutulur.
14
İ
nsan orqanizminin 1 kq kütləsi üçün manqan elementinə tə-
ləbat 0,2-0,3 mq-dır. Manqanın ərzaq məhsullarında miqdarı 1
kq məhsulda mq-la aşağıdakı kimidir: mal və qoyun ətində, yu-
murtada 0-50; balıq ətində 0,5-2; balda 0,5-2; böyrək, pendir və
yumurta sarısında 2-10; kələm, əncir, yerkökü, xiyar, qaraciyər,
kartof, pomidor, üzüm, gavalı 2-10; buğda unu 10-70; ispanaq,
noxud, lobya, arpa, moruq, şokolad 30; kakao 35; vələmir unu,
vələmir lopası 36; soya unu, şabalıd 40; bibər 65; çay 150-900;
hər bir insan bu məhsullardakı manqanın miqdarından asılı
olaraq öz bədəninin kütləsinə uyğun olan məhsulların yeyilməsi
miqdarını hesablaya bilər.
Litium (Li) – çox xeyirli mikroelementdir. Onu minime-
tal adlandırırlar. Litiumla podaqra və ekzema kimi xəstəliklər
müalicə olunur. Müəyyən edilmişdir ki, suyunda lazımi qədər
litium olan yerlərin əhalisi sakit və xoşxasiyyət olub, aralarında
emosional və kobud adamlar çox azdır. Eyni zamanda, əsəb
xəstəliklərinə çox az rast gəlinir. Bu elementin psixotrop xas-
sələri müəyyən edilmişdir. Litium elementini depressiyada, ipo-
xondriya və qəddarlıqda, hətta narkomaniyada da tətbiq edirlər.
Lakin litium həm «mülayim» və həm də «qəddar» ola bilər.
Litiumla müalicə olunan xəstələrdə sonralar çanaq-bud oy-
naqlarında müəyyən çatışmazlıqlar müəyyən olunmuşdur. Ona
görə də, litiumu dərman və iynə ilə qəbul etməkdənsə, təbii
məhsullardan qida vasitəsilə almaq daha yaxşıdır. Litium bir
çox mineral sularda, şoran və daşduzun tərkibində vardır. Li-
tium ən çox kartof, pomidor və gülçiçəklilər fəsiləsinə aid mey-
vələrdə (alma, armud, heyva, əzgil və s.) vardır. Müəyyən edil-
mişdir ki, litium psixotrop təsirlə yanaşı, sklerozun, ürək xəs-
təliklərinin, diabetin və qan təzyiqinin profilaktikasında mühüm
ə
həmiyyət kəsb edir. V.I.Vernadski adına Moskva Geokimya
İ
nstitutunda aparılan tədqiqatlar göstərmişdir ki, bitkilərin
yerüstü hissəsində litiumun miqdarı, yeraltı hissəsindən çoxdur.
1977-ci ildə Krakovun hemotoloji klinikasında aparılan təd-
qiqatlar nəticəsində müəyyən edilmişdir ki, litium mikroele-
15
menti sümük iliyinin məhv olmaqda olan hüceyrələrini fəallaş-
dırır və qan xərçənginin qarşısını alır. Bütün bunlara rəğmən
sağlamlığı qorumaq məqsədilə hər gün təzə meyvə-tərəvəzlə
qidalanmaq məsləhət görülür.
Xrom (Cr) – insan orqanizmi üçün orta hesabla 150 mq
miqdarında lazımdır. Lakin xromun artıq miqdarı çox təhlükəli-
dir. Xrom karbohidratları pis mənimsəyən yaşlılar üçün
xüsusilə xeyirlidir. Çünki xrom orqanizmdə karbohidrat birləş-
mələrinin mübadiləsi prosesini gücləndirir. Əgər orqanizmdə
xrom çatışmırsa, qanda şəkərin və xolesterinin miqdarı artır. B
6
vitamini də analoji xassəyə malikdir. Xromun artıq miqdarı
xərçəng xəstəliyinə və astmaya səbəb olur. Sənaye mərkəzləri-
nin havasında xrom tozu daha çox olur.
1973-cü ildə Kanadalı doktor Edvard Konetsko müəyyən
etmişdir ki, günaşırı 1 mq xrom, hər gün 50 mq sink və 5 mq
sistein
aminturşusu qəbul edən adamlarda katarakt xəstəliyinin
profilaktikası, hətta müalicəsi mümkündür. Xrom və sink
ə
vəzedilməz aminturşular ilə birlikdə daha yaxşı mənimsənilir.
Aminturşular sərbəst formada bitkilərdə olduğundan və mikro-
elementlər üzvi birləşmələrlə yaxşı mənimsənildiyindən, hər
gün qida rasionunda «canlı» təbii məhsulların, yəni meyvə-
tərəvəzlərin olması vacibdir. Ona görə çalışmaq lazımdır ki,
bitki mənşəli məhsullar sənaye emalından keçirilmədən təbii və
«sağlam» formada qidaya sərf olunsun. Ən çox xrom pivə
mayalarında, qaraciyərdə, qabıqla bişirilmiş kartofda, təzə tərə-
vəzlərdə, iri üyüdülmüş və kəpəkli undan çörəkdə vardır. Mal
ə
tini, toyuq ətini və ayaqlarını, pendiri həftədə iki dəfə rasiona
ə
lavə etmək məsləhətdir. Makaron, qarğıdalı lopaları, süd, yağ,
marqarin və şəkərin tərkibində bir çox mikroelementlər, o cüm-
lədən xrom yoxdur. Hamilə qadın, südverən analar, diabetiklər
və 45-dən çox yaşı olanlar, eləcə də sümük sınıqları zamanı
gündə 3 xörək qaşığı pivə mayası qəbul etmək məsləhət görü-
lür. Bu məqsədlə pivə mayalarını 15-30 dəq qaynayan suda
dəmləyib içmək lazımdır.
16
Silisium (Si) elementi canlı orqanizmin bütün üzvlərində
silikat turşusu şəklində vardır. Bu element birləşdirici toxuma-
nın tərkib hissəsidir. Silisium elementinin sağlamlığın, cavanlı-
ğ
ın, ömrün uzadılmasında və orqanizmin həyat fəaliyyətinin
yaxşılaşmasında böyük əhəmiyyəti vardır. Insan yaşa dolduqca
bu mikroelementin miqdarı azalır. Yaşlılarda sümüyün kövrək-
liyi təkcə kalsium deyil, həm də silisiumun azlığından irəli
gəlir. Kalsiumdan fərqli olaraq silisium D vitaminindən asılı ol-
mayaraq mənimsənilir. Silisium uşaqlar, yaşlılar, eləcə də sağ-
lam və xəstələr üçün eyni dərəcədə lazımdır. Ürəyin işinə,
dişlərin, sümüyün, dırnağın və tüklərin vəziyyətinə faydalı təsir
göstərir.
Bu gün distrofiya, epilepsiya, revmatizm, piylənmə, ate-
roskleroz xəstəliklərini, tərkibində silisium olan bitkilərin miq-
darını gündəlik qida rasionunda artırmaqla müalicə etmək
mümkündür.
Dəmir və kalsiumdan fərqli olaraq silisium yaşlı orqa-
nizm tərəfindən yaxşı mənimsənilir. Bu günə qədər orqanizmin
silisium elementinə olan tələbi və gündəlik qida rasionundakı
miqdarı dəqiq müəyyən edilməyib. Silisium ən çox qatırquyru-
ğ
unda (хвош), işırqanda (пикульник), quşbuğdasında (горец
птичий
), ayrıqotunda (пырей), dəvədabanında (мать-и-маче-
ха
), ballıca (медуница), zəncirotunun (одуванчик) yarpaqla-
rında və gicitkəndə vardır.
Qida məhsullarından kərəvizdə, turşudulmuş süddə, turp-
da, porey soğanında, günəbaxanda, pomidorda, şalğamda silisi-
um vardır. Orqanizmdə silisium əsasən qalxanvarı vəzidə (310
mq%), böyrəkaltı vəzidə (250 mq%), hipovizdə (81,4 mq%),
ağciyərdə (40-80 mq%), əzələdə (28 mq%), qanda (0,1-0,9
mq%) vardır. Orqanizmdə silisium çatışmadıqda aşağıdakı
dəmləmədən istifadə edilməsi məsləhətdir: hər birindən 50 q
olmaqla, qatırquyruğu, işırqan, gicitkən və 100 q quşbuğdasın-
dan qarışdırıb 1 xörək qaşığına 1 stəkan su əlavə etməli. Məh-
17
lulun yarısı buxarlanana kimi qaynadıb, süzüb gündə 2 dəfə
yarım stəkan içilir.
Selen (Se) C və E vitaminləri ilə sıxı əlaqədardır. E
vitamini kimi Selen də antioksidləşdiricidir. Selen nuklein tur-
ş
ularının qoruyucusudur. Selen insan orqanizmini xarici mühi-
tin əlverişsiz şəraitinə müqavimətini artırır, orqanizmi virus-
lardan, onların törətdiyi xəstəliklərdən qoruyur. Selen ürək əzə-
ləsinin və qan damarlarının işi üçün vacibdir. Meksika və
Filippin həkimləri selendən müalicəvi məqsədlə istifadə edirlər.
Lakin selenin artıq miqdarı orqanizm üçün zərərlidir. Qarğıdalı,
pivə, çörək mayaları, sarımsaq selenlə zəngindir. 1970-ci ildə
bioloq Eldon P. Rivers müəyyən etmişdir ki, sarımsaq xərçəng
toxumalarının əmələ gəlməsini dayandırır. Bu isə sarımsaqda
olan fitonsid xassəli maddələrin və selenin olması ilə izah
edilir.
Sink (Zn). Bildiyimiz kimi insan orqanizmi P, Ca, Mg və
vitamin D olmadan yaşaya bilməz. Lakin sümüklərin inkişafı
üçün sink də lazımdır. Ca, P, Mg, F, silisium və sink sümüklə-
rin formalaşması üçün vacibdir. Sink çatışmadıqda orqanizmdə
epilepsiya əmələ gəlir. Qaraciyərdə toplanan A vitamini sinksiz
təsir edə bilməz. Əgər orqanizmdə sink çatışmırsa, nə qədər A
vitamini ilə zəngin olan qida qəbul etsən belə əhəmiyyəti
olmaz. Uşaqlarda sinkin çatışmazlığı iştahanın pis olması, bo-
yun inkişafdan qalması, tükün zəif çıxması, metal əşyaları
yalamaq istəyi meydana çıxarır.
Sink və spirtli içkilərin qəbulu problemi müasir dövrdə
ə
sas tədqiqat obyektidir. Çünki spirtli içkiyə qurşananların or-
qanizmində sink azalır. Sink yaraların sağalmasına kömək edir.
Lakin bu zaman tərkibində sink olan məlhəmlərdən deyil,
qidadan istifadə etmək lazımdır. Sinkin orqanizmdə çatışmazlı-
ğ
ı soyuqdəymə, revmatizm, artrit, tükün tökülməsi, dərinin qa-
ş
ınması, ekzema, qanazlığı və s. xəstəliklərin baş verməsinə və
onların müalicəsinin gecikməsinə səbəb olur.
18
Qidada sinkin normal olması insanın biliyinə (informasi-
yanı tez qavramasına), gözəlliyinə, dərinin normal vəziyyətinə
müsbət təsir göstərir. Uşaqların böyüməsi sinklə sıx əlaqədar-
dır. Oğlanların sinkə tələbatı qızlardan çoxdur. Xüsusən cinsi
yetişkənlik dövründə sinkə tələbat artır. Kişilərin prostatit vəzi-
lərinin xəstəliyi sinkin çatışmazlığı ilə əlaqədardır. Qadınlar ha-
miləliyə qarşı həblər qəbul etdikdə orqanizmdə sinkin azalma-
sına səbəb olur. Sinkin çatışmazlığı insanın qocalmasına bilava-
sitə təsir edir. İnsan qocalır, yaşayır, lakin heç nə başa düşmür.
Göründüyü kimi, sinkin orqanizm üçün böyük fizioloji əhə-
miyyəti vardır.
Orqanizmin sinkə olan tələbatı nə qədərdir? 1963-cü ildə
ilk dəfə qeyd olunub ki, orta yaşlı insan gündə 10-15 mq sink
qəbul etməlidir. Lakin müasir dövrdə qeyd edilir ki, orqanizmə
bu miqdardan 2-3 dəfə çox sink lazımdır, 20 ildən, 50 ildən
sonra nə deyiləcək? Hələlik məlum deyil.
Sinkin miqdarı qida məhsullarında çox az olduğu üçün 1
kq-da mq-la müəyyən edilir. Sinkin miqdarına görə ərzaq
məhsullarını aşağıdakı kimi qruplaşdırmaq olar:
1.
Sink ən çox (130-202 mq/kq) buğda kəpəyində, cücər-
miş buğdada, günəbaxan və qabaq (boranı) toxumlarında var.
2.
30-85 mq/kq malın qaraciyərində və balıq ətində var.
3.
20-50 mq/kq vələmir və arpa ununda, yumurta sarı-
sında, kakaoda, qoz və fındıqda, noxudda, lobya və mərcimək-
də, quru mayada var.
4.
8-20 mq/kq taxıl bitkilərində, mayada, soğan və sarım-
saqda, təmizlənməmiş düyüdə, yumurtada var.
5.
2-8 mq/kq moruq, qara qarağat, xurma, bütün tərəvəz-
lərdə, süddə, çuğundur, pomidor, kartof, ağ kök, təmizlənmiş
düyü və digər məhsullarda var.
6.
0,25-0,31 mq/kq alma, limon, portağal, əncir, qreyp-
frut, göyərti tərəvəzlərdə, bal və digər məhsullarda var.
Cücərmiş buğdada sink, vitamin E və B qrupu vitamin-
ləri daha çoxdur. Həmçinin, cücərmiş buğdada dəmir, P, Mg,
19
selen, Ca və digər makro- və mikroelementlər vardır. Insan or-
qanizmində həmişə sinklə mis arasında rəqabət gedir. Ona görə
də sink çox qəbul etdikdə çalışmaq lazımdır ki, tərkibində
dəmir və mis olan təzə meyvə-tərəvəzlər də yeyilsin.
Mikroelementlərin miqdarca çoxluğu orqanizmə zəhərli
təsir göstərir. Bəzi yeyinti məhsullarının (konserv, qənnadı
məmulatı, sirkə və s.) keyfiyyəti yoxlandıqda, onlarda Zn, As,
Hg, Pb, Cu və Sn olub-olmaması müəyyənləşdirilir. Çünki bu
elementlər zəhərlidir. Məhsulun 1 kq-da 0,03 q mis, 0,4 q sink,
0,3 q qurğuşun və 0,01 q arsen olduqda o zərərli hesab edilir.
Standartlarda 1 kq məhsulda 5-10 mq-a qədər mis, 50
mq-a qədər sink və 200 mq qalay olmasına icazə verilir. Qurğu-
ş
un, civə və arsen duzlarının olmasına qəti yol verilmir.
Yeyinti məhsullarında mineral maddələrin olması ilə
yanaşı onların nisbəti də düzgün olmalıdır. Belə ki, kalsium və
fosforun nisbəti 1:1,5 nisbəti kimi olmalıdır. Fosforun artıq
miqdarı kalsium mənimsənilməsinə maneçilik edir. Minerallı
maddələrin yaxşı mənimsənilməsinə vitaminlər təsir edir. Mə-
sələn, kalsium yalnız D vitamininin iştirakı ilə yaxşı mənimsə-
nilir. Qida müxtəlif olduqda, orqanizm müxtəlif mineral mad-
dələrlə lazımi qədər təmin olunur.
Son illərin tədqiqatları göstərmişdir ki, bitki mənşəli
məhsullarda bir sıra radioaktiv və nadir torpaq elementləri
vardır. Bunlara ultramikroelementlər adı verilmişdir. Bu qrupa
Ra, U, Th, La, Ce, Sm, Ti və başqaları aiddir. Üzüm toxumla-
rının külündə 28x10
-4
% miqdarında uran vardır. Araxis ləpə-
sində 30-80 mq% titan, 10-50 mq% vannadium və 0,8-5,0 mq%
stronsium vardır. Zəfəranın külündə 1,7 mq% titan, 0,29 mq%
stronsium, Th və U isə izi tapılmışdır.
İ
ri şəhərlərin artması, sənaye istehsalının və nəqliyyatın
sürətli inkişafı ətraf mühitin müxtəlif maddələrlə, o cümlədən
ağır metallarla, radioaktiv maddələrlə çirklənməsinə səbəb olur.
Biosferanın məişət və nəqliyyat tullantıları ilə çirklənməsi in-
san orqanizmi üçün zərərli maddələrin qida məhsullarının
20
tərkibində artmasına imkan yaradır. Bəzi elementlərin (ftor,
qurğuşun, qalay, mis, sink, arsen, civə, kadmium və s.) artıq
miqdarının orqanizm üçün zərərli olması artıq elmi ictimaiyyət-
lə yanaşı əhaliyə də vaxtaşırı dövri mətbuatda izah edilir. Lakin
bu elementlərin cüzi miqdarı insanın normal həyat fəaliyyəti
üçün vacibdir. Ona görə də ağır metalların ərzaq məhsulların-
dakı normadan artıq miqdarı zərərli hesab edilir.
Arsen elementi təmiz halda və yüksək qatılıqda zəhərli-
dir. Lakin arsen birləşmələri (arsen anhidridi, arsenitlər, arse-
natlar) güclü toksiki maddələr hesab edilir. Mis emal edən
zavodlar, boz daş kömür istifadə edən elektrik stansiyaları ətraf
mühiti arsenlə çirkləndirir. Nəticədə içməli suda, torpaqda, bit-
kilərdə arsenin miqdarı artır. Bu isə, öz növbəsində südün, ətin
və meyvə-tərəvəzin arsenlə çirklənməsinə səbəb olur. Ümum-
dünya səhiyyə təşkilatında müəyyən edilmişdir ki, gündə orqa-
nizmə qida məhsulları və digər mənbələrdən düşən arsenin
miqdarı insan bədəninin hər kq-na 0,05 mq-dan çox olmama-
lıdır.
Kadmium və onun duzları insan orqanizminə kəskin
toksiki təsir göstərir. 1 kq məhsulda 15 mq kadmium olduqda o,
toksiki məhsul hesab edilir. Bu elementin əsas mənbəyi turş
mühitdə kadmiumlu armaturun qida məhsulları ilə təmasda ol-
ması, fosforlu mineral gübrələri, kadmium ilə rənglənmiş plast-
mas qablar ola bilər. Bütün bunlar həm təzə və həm də konserv-
ləşdirilmiş ərzaq məhsullarında kadmiumun miqdarının art-
masına səbəb olur.
Civə asanlıqla, əsasən zəhərli olan üzvi və qeyri-üzvi
birləşmələr əmələ gətirir. Sərbəst civə və onun qeyri-üzvi bir-
ləşmələri qaraciyərə, böyrəyə və bağırsaq sisteminə təsir gös-
tərir. Metilcivə və digər alkil birləşmələr çox qorxuludur, orqa-
nizmdən uzun müddətə xaric olunur və mərkəzi əsəb sisteminə
təsir edir. Civə insan orqanizmində toplana bilir. Kənd təsərrü-
fatı məhsullarının civə ilə çirklənməsinə tərkibində civə olan
pestisidlər, dəniz məhsullarının çirklənməsinə isə sellüloz-kağız
21
sənayesi asetaldehid və natrium qələvisi istehsal edən kimya
sənayesi müəssisələrinin çirkli su tullantılarıdır. Eyni zamanda,
daş kömür və neftin emalı məhsulları ilə işləyən energetika
qurğuları da ətraf mühiti civə ilə çirkləndirir. Müəyyən olun-
muşdur ki, 1 kq daş kömürün tərkibində 1 mq civə var. Ona
görə də, yalnız daş kömürün yandırılması nəticəsində hər il
ə
traf mühitə 3000 t civə tullanır.
Qeyri-üzvi civə birləşmələrinin bitki mənşəli məhsullar-
da miqdarı 0,01 mq/kq-dan azdır, metal civə isə, demək olar ki,
yoxdur. Əldə olunan məlumata görə dünya üzrə ovlanan
balıqların 99%-ində civənin miqdarı 0,5 mq/kq-dan çox deyil.
Həm də balıqdakı civə əsasən metilcivə formadadır.
Ümumdünya səhiyyə təşkilatının məsləhətinə görə orqa-
nizmə qida məhsulları ilə daxil olan civənin miqdarı insan
bədəninin hər kq-na 0,005 mq-dan, metilcivə isə 0,0033 mq-
dan çox olmamalıdır.
Ə
rzaq məhsullarında minerallı maddələrin kəmiyyətcə
ümumi miqdarının təyini onların yandırılıb, yüksək temperatur-
da (700-800
0
C) közərdilməsi nəticəsində əldə edilən külün
miqdarına görə müəyyən edilir. Eyni zamanda, ağır metal duz-
larının miqdarı da (əsasən konservlərdə) təyin edilir. Minerallı
maddələrin keyfiyyətcə təyini spektral analiz üsulu ilə başa
çatdırılır ki, burada ayrı-ayrı mikro-, makro- və ultramikroele-
mentlərin miqdarı məhsulun 100 q-da mq-la və yaxud külün
ümumi miqdarına görə faizlə hesablanır. Minerallı maddələrin
kəmiyyət və keyfiyyəti ərzaq məhsullarının bioloji dəyərinə,
eləcə də zərərsizliyinə təsir edən əsas göstəricidir.
Meyvə-tərəvəzdə oksigen, karbon, azot və s. qazlar olur.
Qazların miqdarı meyvə-tərəvəzin toxumalarında onların ümu-
mi həcminə görə almalarda 26-33%, sitrus meyvələrində 30,7-
42,8%, soğanda 36,3%, xiyarda 7,3%, kartofda 5,6% olur.
Meyvə-tərəvəzdə qazların olması onların fiziki xassələrinə, əsa-
sən sıxlığına təsir göstərir. Yetişib ötmüş meyvələrdə karbon
qazı, kənd təsərrüfatı zərərvericilərinin zədələdiyi meyvə-
22
tərəvəzdə etilen, çürümüş meyvə-tərəvəzdə isə ammiak, hidro-
gen-sulfit və s. qazlar olur.
KARBOHİDRATLAR
Meyvə-tərəvəzin tərkibindəki karbohidratlar şəkər, nişas-
ta, inulin, sellüloza, hemisellüloza və pektin maddələri şəklində
rast gəlinir və yüksək qidalılığa malikdir.
Şə
kərlərdən ən çox təsadüf ediləni saxaroza, fruktoza və
qlükozadır. Meyvə-tərəvəz şəkərin miqdarına görə bir-birindən
fərqlənir. Meyvələr şəkərliliyinə görə üstünlük təşkil edir. Mey-
vələrdə şəkərin miqdarı 2%-dən (limonda) 25%-ə (üzümdə)
qədər olur. Tərəvəzlərdə isə 0,8%-dən (xiyarda) 12%-ə (qarpız,
qovun, soğan) qədərdir. Tərəvəzlərdən bəziləri şəkərin miqda-
rına görə zəngin hesab olunur. Çuğundurda 16%, qarpızda
12%, yerkökündə 7% olur. Saxarozanın miqdarı şəkər çuğun-
durunda 15-25% və şəkər qamışında 15-26% olur. Meyvə-tə-
rəvəzdə saxaroza qismən hidroliz olunur. Bu proses saxaraza
(invertaza) fermentinin iştirakı ilə başa çatır və bərabər miq-
darda qlükoza və fruktoza alınır. Buna invert şəkəri adı veril-
mişdir.
C
12
H
22
O
11
+H
2
O → C
6
H
12
O
6
+ C
6
H
12
O
6
Ayrı-ayrı meyvə-tərəvəz növləri tərkibindəki şəkərin, o
cümlədən qlükoza, fruktoza və saxarozanın miqdarına görə
fərqlənir. Almanın tərkibində fruktozanın miqdarı 5,1%, qlüko-
za 2,36%, saxaroza isə 2,4%-dir. Armudda göstərilən şəkərlərin
miqdarı müvafiq olaraq 7,8%, 2,4%, 1,5%, albalıda 1,5%, 1,7%
6,8%, üzümdə 7,2%, 7,2%, 0,1%, limonda isə 0,5%, 0,6%,
0,9%-dir. Tərəvəzdə isə şəkərlər daha müxtəlif cür dəyişir.
Tərəvəzlərin tərkibində orta hesabla 1,4% fruktoza, 1,9%
qlükoza, 2,8% saxaroza vardır. Saxaroza, əsasən çuğundurda
23
rast gəlinir. Qalan tərəvəzlərdə isə ən çox rast gəlinən şəkər
fruktozadan və qlükozadan ibarətdir. İstər meyvələrdə və istər-
sə də tərəvəzlərdə göstərilən nisbətlər meyvə-tərəvəzin yetişmə
dərəcəsindən, iqlim şəraitindən və s. asılı olaraq dəyişir.
Yetişmə zamanı meyvələrdəki saxarozanın miqdarı aza-
lır. Bunun əvəzində isə invert şəkərin miqdarı artır. Tərkibində
fruktoza olan meyvələr daha şirindir.
Niş asta ən çox (22%-dək) kartofda olur. Meyvələrdə
nişastanın miqdarı daha azdır. Meyvələrin yetişmə dərəcəsi də
nişastanın faizlə miqdarının dəyişməsinə səbəb olur. Yetişmiş
meyvələrdə nişastanın miqdarı nəzərə alınmayacaq dərəcədə az
olur. Kal meyvədə isə 4-5% nişasta olur ki, bunun da miqdarı
tədricən azalır. Tərəvəzlərin tərkibində rast gəlinən nişasta
amiloza və amilopektindən ibarətdir. Müvafiq olaraq bunların
faizlə miqdarı kartofda 19-22% və 78-81% təşkil edir. Alma
nişastası yalnız amilozadan ibarətdir. Kal almada nişastanın
miqdarı 4-5%-ə çatır, lakin yetişmiş almada bu rəqəm 1%-ə
enir. Alma, armud və heyvada 1-2 ay saxlandıqdan sonra nişas-
ta tamamilə hidroliz olunur. Nişastanın miqdarı batatda 20%,
göy noxudda 6%, sütül qarğıdalıda 10% və başqa tərəvəzlərdə
1%-ə qədər olur. Kal bananda 18%, yetişmişdə isə 2% nişasta
olur.
İ
nulin polifruktozid adlanır, molekulu 28 fruktoza qalı-
ğ
ından ibarətdir. İnulin tərkibinə görə nişastaya uyğun, xassə-
cə ondan fərqlidir. Ən çox topinamburda və ya yerarmudunda
(13-20%), kasnının kökündə (17%) və sarımsaqda (17%) olur.
Topinambur üçün ehtiyat qida maddəsi sayılır.
Nişastadan fərqli olaraq inulin suda həll olur, turşu və
fermentlərin (inulaza) təsiri ilə parçalanaraq fruktozaya çevrilir.
Sənayedə inulindən fruktoza alınır.
Dostları ilə paylaş: |