1. Meyvələr. Burada toxumlu meyvələr (alma, armud,
heyva, əzgil, üvəz və yemişan) və çəyirdəkli meyvələr (gilas,
90
albalı, ərik, şaftalı, gavalı, göyəm, cır gavalı, alça, zoğal) bir
qrup daxilində verilir.
2. Giləmeyvələr. Burada həqiqi giləmeyvələr (üzüm,
qarağat, firəng üzümü, quşüzümü, qaragilə, mərsin, cır mərsin,
çaytikanı, zirinc və s.), mürəkkəb giləmeyvələr (moruq, böyurt-
kən, şimal moruğu, sarı böyürtkən və s.), qeyri-həqiqi giləmey-
vələr (bağ və meşə çiyələyi) və yabanı halda yetişən və müa-
licəvi məqsədlə istifadə olunan bir çox giləmenyvələr haqqında
məlumat verilir.
M E Y V Ə L Ə R
Albalı, gilənar – Вишня – Cerasus vulgaris Mill. Al-
balı cinsinin 240 növü var. Gülçiçəklilər (Rosaceae) fəsiləsin-
dəndir. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır:
- mərmərik albalı;
- mahaleb albalısı;
- çöl albalısı.
Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl
albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl
albalısı bitən sahələr çoxdur.
Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri
2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri
iyulun axırı və avqustda yetişir. Meyvəsi mədəni sortlara
nisbətən xırda olub (8-10 mm diametrli), qırmızı, tünd qırmızı
və ya qara-bənövşəyidir. Turş və ya turşa-şirindir. Bəzən dadı
acı olur, hər 3-4 ildən bir bol məhsul verir.
Tərkibində 12% şəkər (sadə şəkərlər), 2%-ə qədər üzvi
turşu (alma və limon), karotin, C, B
1
, PP vitaminləri, fol tur-
ş
usu (B
c
vitami), aşılayıcı və pektinli maddələr vardır.
Meyvələri kompot, kisel, şirə, şərbət, şərab, mürəbbə və
spirtsiz içkilər istehsalında işlədilir.
91
Albalının yarpaqları, tərəvəzləri duza və sirkəyə qoy-
duqda istifadə edilir. Çəyirdəyi və ləpəsi ətriyyat sənayesində,
bəzi sabunların ətirləndirilməsində tətbiq olunur.
Müalicəvi məqsədlə albalının meyvələrindən alınmış
ekstraktdan, yarpaqlarından və meyvə saplağından istifadə edi-
lir. Yarpaqlarından alınmış sulu tinktura sarılığa qarşı, meyvə
saplağından alınmış sulu ekstrakt ishala qarşı tətbiq olunur.
Albalının ətliyi və şirəsi antiseptik təsirə malikdir. Xalq
təbabətində albalının südlə birlikdə oynaqların iltihabı zamanı
qəbul edirlər. Həmçinin, nəfəs yollarının iltihabında bəlğəm-
gətirici kimi tətbiq edilir.
Albalı həm də balverən bitkidir. 1 hektar albalı sa-
həsindən arılar 15-53 kq bal hasil edə bilir.
Albalının müalicəvi xassələri. Albalı təzə, qurudulmuş
və konservləşdirilmiş halda yeyilir. Ondan kompot, mürəbbə,
şə
rbət, ekstrakt, konfet, nastoyka, nalivka, şərab və spirtsiz iç-
kilər hazırlanır. Albalı yarpaqlarından xiyarın və bəzi tərəvəz-
lərin turşudulmasında və sirkəyə qoyulmasında istifadə olunur.
Albalı çəyirdəyindən və nüvəsindən alınan yağ əl-üz
sabunlarının və digər ətriyyat məhsullarının ətirləndirilməsində
tətbiq olunur.
Albalı iştahanı yaxşılaşdırır və pəhriz məhsulu kimi qiy-
mətlidir. Tərkibində dəmir nisbətən çox olduğundan albalıdan
və onun emalı məhsullarından qanazlığında istifadə olunması
məsləhət görülür. Albalı tinkturası (nastoy) susuzluğu daha tez
yatırdır və qızdırmalı vəziyyətdə olan xəstələrə verilir. Alba-
lının ətliyi və şirəsi antiseptik təsirə malikdir. Xroniki qəbiz-
likdə albalı zərif yumşaldıcı kimi tətbiq olunur. Xalq təbabə-
tində südlə albalı artritdə, orqanların iltihabında, albalı şirə-
sindən isə bəlğəmgətirici vasitə kimi nəfəs yollarının xəstəlik-
lərində istifadə olunur. Albalı yarpağının süddə hazırlanmış
həlimindən sarılıqda, xırdalanmış yarpaqlarından və ondan
alınan həlimdə isladılmış tampondan qankəsici kimi burun qan
axmalarında və dəri zədələrinin sağalmasında istifadə olunur.
92
Elmi cəhətdən isbat olunmuşdur ki, albalı saplaqlarından
hazırlanmış həlim sidikqovucu kimi və ishala qarşı istifadə olu-
nur. Həlimi bəzən qantəzyiqini aşağı salmaq üçün hipertoniklər
də içirlər. Bu məqsədlə 10 q xammaldan 1 stəkan suda həlim
hazırlanır və gün ərzində bir neçə dəfə içilir. Podaqrada və sidik
kisəsində daş xəstəliklərində albalı çəyirdəyindən alınmış
emulsiya sidikqovucu vasitə kimi tətbiq olunur. Lakin albalı çə-
yirdəyindən istifadə olunması onun tərkibində zəhərli amiq-
dalin qlükozidinin olması ilə təhlükəlidir. Onun dozasının artı-
rılması və digər dərmanların əvəzinə istifadə olunması or-
qanizmin zəhərlənməsinə səbəb ola bilər. Çünki amiqdalin
parçalandıqda kəskin zəhər olan sinil turşusu əmələ gətirir.
Alça – Алыча – Prunus divaricata Ledeb. Gülçiçəklilər
(Rosaceae) fəsiləsinin gavalı cinsinə aiddir. 30-dan çox növü
vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş
yayılmışdır. Azərbaycanda ən çox Quba və Xaçmaz ra-
yonlarında, Dağlıq Qarabağda bitir.
Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında
çiçəkləyir. Çiçəkləri ağ və xırdadır. Yabanı alçanın meyvələri
iyun ayından başlamış sentyabrın axırına qədər müxtəlif
vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömürü olur.
Meyvələri əksəriyyətlə yumrudur. Yastı-yumru və bir qədər
oval şəklində olanları da vardır. Bir meyvənin çəkisi 2-6 qr-dır.
Ə
tliyi çəyirdəyindən ayrılmır. Meyvələri sarı, qırmızı, çəhrayı,
tünd bənövşəyi, yaşıl və ağ rəngdə olur. Meyvələri, həmçinin,
ölçüsünə, dadına, formasına və yetişmə müddətinə görə fərq-
lənir.
Yabanı alçanın tərkibində 3,12-5,96% şəkər, 1,32-3,97%
üzvi turşu (ən çox limon), 0,46-1,39% pektinli maddə, karotin
və C vitamini vardır.
Təzə halda yeyilir. Yabanı alça qurudulur, kompot, mü-
rəbbə, povidlo, pastila hazırlanmasında istifadə edilir. Şirə-
sindən spirtsiz içkilər üçün cövhər hazırlanır. Ətlik hissəsindən
hazırlanan lavaşana aşpazlıqda geniş tətbiq olunur. Meyvələri
93
(həmçinin, kal meyvələri) bəzi xörəklərin hazırlanmasında
istifadə edilir ki, nəticədə hazır xörək turşməzə dadlı olur. Çə-
yirdəyində yağ vardır, lakin ondan təcrübi olaraq hələlik isti-
fadə edilmir.
Xalq təbabətində alça lavaşanası sinqaya qarşı tətbiq
olunur. Boğaz ağrısında alça ekstraktından istifadə edilir. Al-
çanın qabıq hissəsindən alınan qatran öskürəyi zəiflətmək
məqsədilə işlədilir.
Alçadan kompot, dadlı şərbətlər, mürəbbə, cem, alça şi-
rəsindən spirtsiz içkilər, şərab və nalivka (meyvə şirəsindən ha-
zırlanan spirtli içki) hazırlanır. Tərkibində pektinli maddə nis-
bətən çox olduğundan alçadan ətirli və davamlı jele alınır.
Alçadan tamlı qatmalar – alça məti, alça pastası (Şəkidə bu
məhsul «coo» adlanır), lavaşana, alçaşərab (Gürcüstanda
tkemali sousu) hazırlanır.
Azərbaycanın bəzi bölgələrində yabanı alçanın püre-
sindən alınan qatı alça turşusunu «palçıq turşu» adlandırırlar.
Xörəyə «palçıq turşusu» əlavə edilir – dedikdə adama pis təsir
edir. Axı, palçıq bataqlıqdakı sulu torpağa da deyilir. Yaxşı olar
ki, alça pastası, turş alça püresi və sadəcə coo adlandırılsın.
Lavaşana hazırlamaq üçün alçadan alınan püre bir qədər
qatılaşana qədər qaynadılır, sonra yastı qaba (mis məcməyi,
sini, emallı dövrəyə) tökülüb gün altında qurudulur.
Alçanın müalicəvi xassələri. Xalq təbabətində lava-
ş
anadan sinqa xəstəliyinə qarşı istifadə edirlər. Alça şirəsinin
kamfora ilə qarışığından gec sağalan yaralara islatma qoyulur.
Alça həlimindən və tinkturasından öskürəyə və boğaz ağrılarına
qarşı istifadə olunur. Azərbaycanın bəzi bölgələrində alça
ağacının qabığında toplanan kamedlər çeynənilərək öskürək
tutmalarının yumşaldılmasında istifadə olunur.
Alma – Яблоня домашняя – Malus domestica Borkh.
Alma Gülçiçəklilər (Rosaceae) fəsiləsindən olub, 30-dan çox
növü vardır. Yabanı formalardan meşə, Şərq, Sibir, Çin və ya
94
gavalıyarpaq alma növləri daha çox yayılmışdır. Azərbaycanda,
ə
sasən Şərq alması bitir. Vətəni Kiçik Asiyadır.
Böyük və Kiçik Qafqaz sıra dağlarının, həmçinin, Talış
dağlarının meşələrində alma ağacları çoxdur. Bunlar meşə
ağacları içərisində ya qarışıq və ya da xalis almalıqlar şəklində
bitir. El arasında «almalıq» adı ilə tanınmış bir neçə meşə
sahələri vardır.
Yabanı alma aprelin axırı, mayın əvvəllərində çiçəkləyir.
Eyni zamanda, yarpaqlar da əmələ gəlir. Meyvəsi sentyabrın
sonu, oktyabrın əvvəllərində yetişir. Ağacı 5-10 yaşından mey-
və verir. Alma çarpaz tozlandığından yabanı almaların müxtəlif
formaları vardır. Əsasən yumru, yastı-yumru, yumurtavarı və
başqa formalarda olur. Yabanı almanın diametrə görə ölçüsü
orta hesabla 2 sm-dir (1-dən 2,5 sm-ə qədər). Iri ağaclar orta
hesabla 30-50, bəzən isə 100 kq-a qədər məhsul verir. Mey-
vələri yaşıl, ağ-sarımtıl, qırmızı və ya qarışıq, əsasən də yaşıl-
sarı rəngdə olur. Əsas rəngdən başqa, üzərlərində qırmızı yanaq
və ya xətlər olur. Qabığının altında müxtəlif rəngli xallar,
nöqtələr ola bilər. Dad və ətrinə görə müxtəlif formalar bir-
birindən fərqlənir. Dadı turşa-şirin, ətirlidir. Ətliyi bərk, tam
yetişdikdə isə yumşaq və pürevarı olur. Meyvə yuvacığında bir
neçə arakəsmələr var. Onların hərəsində bozumtul-qəhvəyi
rəngli bir toxum yerləşir.
Almanın tərkibində orta hesabla 6,5-11,8% fruktoza, 2,5-
5,5% qlükoza, 1,5-5,3% saxaroza, 0,2-0,7% azotlu maddə,
1,05-1,49% pektin maddəsi, 0,02-0,2% aşı maddəsi, 0,9%
sellüloza, 0,5-1,0% pentozan, 0,2-0,4% mineral maddə və 0,2-
0,6% üzvi turşu, eyni zamanda 20-40 mq% C vitamini və az
miqdarda B
1
, B
2
və PP vitaminləri də olur.
Yabanı almanın tərkibində 7-14% şəkər (fruktoza, qlü-
koza, saxaroza), 2,4% üzvi turşu (alma, şərab, limon və s.), 3%-
dən çox pektinli maddə, 30-80 mq% C, B
1
, B
2
vitaminləri, ka-
rotin (provitamin A), aşılayıcı maddələr, dəmir, fosfor və kal-
sium duzları, toxumunda isə 23-33% yağ vardır. Üzvi turşuların
95
çox olması yabanı almadan təzə halda istifadəni məhdud-
laşdırır. Lakin uzun müddət saxladıqda biokimyəvi proseslər
nəticəsində dadı yaxşılaşır.
Yabanı almadan şirə, kvas, şərbət, ekstrakt, mürəbbə, po-
vidlo və həmçinin, meyvə-giləmeyvə şərabları (məsələn, sidr)
hazırlanır. Tərkibində pektinli maddə çox olduğu üçün onu
marmelad, pastila və jele istehsalında qiymətli xammal kimi
istifadə edirlər. Yabanı alma qurusu çay və qəhvə içkilərində də
işlədilir.
Almanın oduncağının rəngi və forması gözəl olduğundan
böyük təsərrüfat əhəmiyyəti vardır. Alma, həmçinin, bahar
fəslində bol nektar verən bal bitkisi də hesab edilir.
Almanın müalicəvi xassələri. Alma təzə və emaledilmiş
şə
kildə yeyilir. Isladılmış və sirkəyə qoyulmuş alma çox dadlı-
tamlı məhsuldur. Almadan kompot, püre, mürəbbə, povidlo,
pastila, marmelad, sirkə, kvas, sidr və şərab hazırlanır.
Yabanı alma xalq təbabətində geniş tətbiq olunur. Ondan
mədə-bağırsaq xəstəliklərinə, qanazlığına və başqa xəstəliklərə
qarşı istifadə edilir. Bişirilmiş alma və ya onun çayı soyuqdəy-
məyə və öskürəyə qarşı effektli dərmandır.
Tərkibində pektinli maddə çox olduğundan təzə alma
püresi ishala qarşı ən yaxşı vasitədir. Təzə alma püresi ilə
uşaqlarda xroniki kolit və digər bağırsaq xəstəlikləri, Qafqazın
xalq təbabətində isə alma şirəsi və sidr içkisi ilə mədə-bağırsaq
xəstəlikləri müalicə olunur. Almanın müalicəvi xassəsi onun
antimikrob və antiseptik xassələri ilə izah edilir.
Almanın tərkibindəki fitonsid xassəli maddə ondan ba-
ğ
ırsaq xəstəliklərinin müalicəsində istifadə etməyə imkan verir.
Lakin, bu zaman almanın şirin sortlarından istifadə etmək daha
yaxşıdır, çünki turş almalar bağırsağın arzuolunmaz peristal-
tikasını artırır.
Alma ürək-damar xəstəliklərində faydalıdır. Almanın az
kaloriliyi ondan kökəlməyə qarşı pəhrizlərdə qiymətli və
keyfiyyətli məhsul kimi istifadə olunur. Bu məqsədlə həkimlər
96
həftədə bir dəfə yüngülləşdirici alma günü (gündə 1,5-2 kq
almanı bərabər hissələrə bölüb, 5-6 dəfəyə yemək) təyin edirlər.
Almanı əqli əməklə məşğul olan və digər az hərəkətdə olan
insanlar üçün də hər gün qəbul etmək məsləhət görülür.
Almada az da olsa, C vitamini vardır. Lakin Anton, Ağ
naliv, Titovka və digər orta zonada yetişən alma sortları vi-
taminlik cəhətdən daha üstündür. Lakin uzun müddət sax-
ladıqda almada C vitamini azalır. Məsələn, Anton almasını 100
gün saxladıqda C vitamininin miqdarı ilk miqdardan 28%-ə
qədər azalır. Konservləşdirilmiş almada və alma kompotunda C
vitamini uzun müddət yaxşı qalır. Iki il saxlanılmış alma
kompotunda C vitamini 70% qorunub saxlanmışdır.
C və P vitaminləri ateroskleroz və hipertoniya xəstə-
liklərində orqanizmə yaxşı təsir göstərir. Lakin bu vitaminlər
Kulon-Çin, Naliv, Renet, Qızıl-Əhməd və Qəndil-Sinap al-
malarında lazımi qədərdir. Bəzi sort almalarla alma pəhrizi apa-
rıldıqda başağrıları azalır, qantəzyiqi aşağı düşür, başgi-
cəllənmə və başda səs-küy azalır. Xalq təbabətində almanın
yabanı sortlarından da istifadə olunur.
Alma qanazlığında da faydalıdır. 100 ml alma şirəsinə 2
mq dəmir həbi əlavə etdikdə dəmir-turş alma ekstraktı alınır ki,
bundan da qanazlığının müalicəsində istifadə olunur.
Çiy, bütöv bişirilmiş almadan sidikqovucu kimi və şişlərə
qarşı istifadə olunur. Alma həlimi və ya çayı öskürəyi yum-
ş
aldır. Almada olan kalium duzları və tanin orqanizmdə sidik
turşusunun əmələ gəlməsini ləngidir. Ona görə də, almadan
hazırlanmış həlim və çaylar podaqra və böyrəkdaşı xəstəlik-
lərindən əziyyət çəkənlər üçün çox faydalıdır. Alma qabığından
hazırlanmış çay sakitləşdirici vasitə kimi, eyni zamanda kö-
kəlməyə qarşı da istifadə edilir.
Almadan xalq təbabətində xaricdə olan yaralara qarşı
istifadə edirlər. Bu məqsədlə təzə alma dilimləri və təzə alma
püresi yanıqlarda, donmuş əl və ayaqlarda və uzun müddət sa-
ğ
almayan yaralara yaxırlar. Dodağın çatlaması, döş uclarının
97
sıyrıntısı və çatlamasında alma püresi ilə kərəyağından hazır-
lanan məlhəm sürtülür. Şəkər xəstəliyinin zəif formalarında
almanın köklərindən istifadə olunur. Çünki almanın köklərində
olan qlükozid florisin qanda və sidikdə şəkərin miqdarını aşağı
salır.
Xalq təbabətində soyuqdəyməyə və səs tutulmasına qarşı
1:10 nisbətində quru alma yarpaqlarından hazırlanmış tink-
turadan hər 2 saatdan bir 0,5 stəkan ilıq halda içmək məsləhət
görülür.
Armud – Груша домашняя – Pyrus domestica Medic.
Armud Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir, 30-dan çox
növü vardır. Bu armudun ən çox yayılmış növlərindən Rus,
Qafqaz, Ussuriya, Çin, söyüdyarpaqlı və kirkan armudunu gös-
tərmək olar. Azərbaycanda ən çox Qafqaz meşə armudu, bəzi
rayonlarda isə söyüdyarpaqlı armud (Şabran, Şirvan, Cənubi
Qarabağ meşələrində) və Kirkan armudu (məsələn, Talışda)
yetişir. Qafqaz armudu Böyük və Kiçik Qafqaz dağlarının
meşələrində böyük sahələri tutur. Armud eramızdan 1000 il
ə
vvəl Yunanıstanda mədəni halda becərilmişdir. Lakin bəzi təd-
qiqatçılar tərəfindən armudun Qafqazda daha əvvəllər məlum
olduğu qeyd edilir.
Yabanı armud aprelin axırlarında çiçəkləyir. Çiçəkləri
ağdır. Yarpaqları ilə birlikdə əmələ gəlir. Meyvələri payızda
yetişir (6-10 yaşından bar verir). Hər ağacın 10-40 kq və daha
çox meyvəsi olur. Tumları ilə çoxalır. Yabanı armud ağacının
50-80 il, bəzən 150-300 il ömrü olur. Meyvələri armudu, yumru
və konusvarı olur. Rəngləri yaşıl, sarı, bəzən qırmızımtıl ya-
naqlı və yaxud pas ləkəlidir. Saplağı armudun özündən uzun-
dur. Ətliyində çoxlu daşlaşmış toxumalar vardır. Dadı şirin,
turş və ya meyxoşdur. Yabanı armud meyvəsinin formasına,
rənginə, dadına və başqa xassələrinə görə müxtəlif formalar
yaradır. Beş hissədən ibarət meyvə yuvasının hər birində 1-2
ə
dəd boz və ya parlaq qara rəngli toxumu olur. Meyvələr də-
rildikdən sonra yetkinləşir, xüsusi dad və ətir kəsb edir.
98
Armudun tərkibində orta hesabla 81-84% su, 6,2-18,7%
şə
kər, 0,1-0,5% turşu, 0,1-0,3% pektin maddəsi, 0,3-0,6% mi-
neral maddələr, 0,02-0,17% aşı maddəsi, 0,9% sellüloza, ya-
banı sortlarda 12-21 mq% və mədəni sortlarda 3-17 mq% C
vitamini vardır. Şəkərlərdən 6,9-9,7% fruktoza, 1-3,7% qlükoza
və 0,4-2,6% saxaroza vardır. Üzvi turşulardan limon və alma
turşusu rast gəlnir.
Yabanı armudun tərkibində 6-13% şəkər (əsasən, qlü-
koza və fruktoza), 0,12-0,19% (bəzən 1,3%-ə qədər) üzvi turşu
(alma və limon) , azotlu, aşılayıcı və rəngləyici, pektinli və
mineral maddələr, karotin, C və B
1
vitamini vardır. Toxumunda
12-21% yağ olur.
Yabanı armud kompot, meyvə içkiləri üçün cövhər, kvas,
meyvə şərabı, sirkə və s. məhsulların istehsalında istifadə edilir.
Yabanı armudun tərkibində 4%-ə qədər pektinli maddə oldu-
ğ
undan, ondan povidlo, sukat, marmelad, pastila, karamel üçün
içlik və eləcə də mürəbbə hazırlamaq mümkündür. Qovrulmuş
tumları qəhvənin, qurudulmuş meyvəsi isə çayın əvəzedicisi
kimi işlədilir.
Armudun oduncağı ağır, elastiki, qırmızı-qonur rəngli
olub, yaxşı parlaqlaşdırıla bilir. Ondan keyfiyyətli mebel, mu-
siqi alətləri və bir çox məmulat hazırlanır. Armudun oduncağı
yaxşı qatlanır və çatlamır.
Armud, həmçinin, balverən bitki kimi də məşhurdur. Çi-
çəklərinin pis ətri olmasına baxmayaraq, bahar fəslində arılar
üçün yaxşı nektar və çiçək tozcuğu mənbəyi hesab edilir. Ar-
mudun ağac qabığından qəhvəyi, yarpaqlarından isə sarı rəngli
boyaq (parça üçün) alınır.
Armudun müalicəvi xassələri. Xalq təbabətində armud-
dan ishal əleyhinə və sidikqovucu kimi böyrək xəstəliklərində
istifadə olunur. Armudun tərkibində fitonsidlər də tapılmışdır.
Armud qurudulur, ondan mürəbbə, povidlo, sukat, armud
balı – bəkməz, kompot, kvas, meyvə içkiləri üçün cövhər, sidr
99
və şərab hazırlanır. Armudun qurudulmuş toxumları qəhvə
içkilərinin tərkibinə qatılır.
Xalq təbabətində quru armuddan hazırlanmış həlimdən
titrəmədə, öskürəyə və ishala qarşı tətbiq edirlər. Ishala qarşı
armud həliminin istifadə olunması ondakı aşı maddələrinin çox
olmasından irəli gəlir. Armudun bu xassəsi yabanı armud
sortlarında daha kəskin özünü göstərir. Qarını bərkidici vasitə
kimi uşaqlara armud tinkturası, armud kiseli və ya kompotu
verirlər. Bunun üçün quru armudla vələmirdən hazırlanan həlim
də içmək məsləhət görülür.
Armud şirəsi sidikqovucu vasitə kimi də təyin edilir.
Armud həlimi də sidikqovucu xassəyə malikdir. Armud şirəsi
və həlimi yalnız sidik ifrazını artırmır, o, həm də antibakterial
təsirə malik olduğu üçün sidiyin rənginin açılmasına səbəb
olur.
Cavan armud yarpaqlarında hind alimləri yeni fenol mad-
dəsinin olduğunu müəyyən etmişlər ki, bu da orqanizmə tə-
sirinə görə arbutinə yaxındır.
Daryarpaq iydə – Лох узколистый – Elaeganus
angustifolius L. İydə (Elaeagnaceae) fəsiləsinin iydə cinsinə
mənsubdur. 45 növ ağac və meyvə kolundan yabanı halda 2
növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq ra-
yonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında
geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azər-
baycanın aran hissələrində olduqca çoxdur.
İ
ydə 3-7 m hündürlükdə olur. Yabanı iydənin hündür və
kol halında bitən formaları vardır. Yabanı ağacları balaca ti-
kanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir.
May-iyunda çiçəkləyir. Çiçəkləri ətirli olub, 1-3 ədəd
yarpaq qoltuğunda açılır. Dördləçəklidir. Ləçəyin xarici hissəsi
parlaq gümüşü, iç hissəsi sarıdır. 4 erkəkciyi və bir dişiciyi
vardır.
İ
ydənin meyvələri sentyabr-oktyabrda yetişir. Çəyirdə-
yinin üzərini meyvənin unlu ətliyi bürüyür. Çəyirdəyi uzunsov-
100
oval şəklindədir, ətliyi şirin və azacıq turşməzədir. Yabanı iy-
dələrin meyvələri dadsız və gər (büzüşdürücü) olur. Mey-
vəsinin qabığı boz sarı, tünd darçını, qırmızı rəngdə, unlu ətliyə
yapışmır, yeyiləndə kənar edilir. Sortlarından Xurmayı, İnnabı
və Didivar qədimdən becərilir.
İ
ydənin meyvəsi çox qidalı və uzun müddət saxlanılmağa
davamlıdır. Ətliyi meyvəsinin 52%-ni təşkil edir. Tərkibində
40% şəkər, o cümlədən 20% fruktoza, 10% azotlu maddə, üzvi
turşu, rəngləyici maddələr, kalium və fosfor duzları vardır.
Yarpaqlarında 350 mq% C vitamini, oduncaq qabığında və çə-
yirdəyində isə alkaloid vardır. Meyvəsi təzə halda yeyilir, on-
dan hazırlanmış unu çörəyə, şorbaya və başqa yeməklərə qa-
tırlar. Təzə meyvələrindən spirt alırlar. 100 kq iydədən 13 litr
spirt almaq olar.
İydənin tərkibində su az olduğundan uzun müddət sax-
lanıla bilər. Təzə halda yeyilir və ev şəraitində müxtəlif unlu
məmulatların və qidaların hazırlanmasında istifadə olunur.
İ
ydənin müalicəvi xassələri. İydənin tərkibindəki aşı və
kalloid maddələrin konsentratından tibbidə büzüşdürücü vasitə
kimi istifadə olunur. Bu preparatdan iltihaba qarşı istifadə
olunduqda bağırsaqdakı qidanın hərəkətini fəallaşdırır və yerli
qıcıqlandırıcı təsir göstərir. O nazik və yoğun bağırsaqların
xəstəliklərində, eləcə də ağız boşluğunun iltihabi xəstəliklə-
rində qarqara etmək üçün işlədilir. Xalq təbabətində bişirilmiş
meyvələrdən ishala qarşı istifadə olunur. Bu məqsədlə yemək-
dən sonra 2 xörək qaşığı iydə həlimi (30 q iydə 1 stəkan suda)
içmək məsləhət görülür.
İ
ydədən hazırlanmış həlim bəlğəmgətirici kimi nəfəs
yolları xəstəliyində içilir. Ondan sidikqovucu və qurd əleyhinə
də istifadə edilir. 1:10 nisbətində su və ya araqda iydə çiçək-
lərindən hazırlanmış tinkturanın tərkibində efir yağları oldu-
ğ
undan, yuxarı nəfəs yollarının iltihabında və ürəyin fəaliy-
yətinin gücləndirilməsində istifadə olunur. İydənin xırdalanmış
yarpaqları köhnə yaraların üstünə səpilir ki, çirkdən daha tez
101
azad olub sağalsın. Radikulit, revmatizm, podaqrada buxara
verilmiş yarpaqları nazik parçaya büküb xəstə yerlərə təpitmə
qoyurlar. Homeopatiyada yetişmiş iydə meyvələrindən hazır-
lanmış nastoykadan istifadə olunur. Tibbidə bəzi dərmanların
hazırlanmasında iydənin tərkibində olan kamedlərdən də isti-
fadə edilir.
Qarın xəstəlikləri üçün iydə unundan hazırlanmış horra
olduqca xeyirlidir. İydə həm də balverən bitkidir.
Ə
Dostları ilə paylaş: |