Cır mərsin – Голубика – Vaccinium uliginosum L.
Bitkinin adı meyvəsinin və yarpaqlarının rəngi ilə əlaqədardır.
Cır mərsin Mərcangilə (Vacciniaceae) fəsiləsindən, çox da
böyük olmayan kol bitkisidir. Yarpaqları ellips formada, alt his-
sədə göyümtül-yaşıl rəngdə, xırda ağ, azacıq çəhrayı rəngli
çiçəkləri var. Meyvəsi oval formalı, rəngi göyümtül-mavi, ətliyi
ş
irinə-turş yaşıldır. May-iyunda çiçəkləyir, meyvəsi avqust-
sentyabrda yetişir. Cır mərsin iynəyarpaqlı və iriyarpaqlı meşə-
lərdə kol halında, Rusiyanın şimal və orta zonasının torflu
124
bataqlıqlarında rast gəlinir. Meyvəsi tam yetişmiş halda quru
hava şəraitində toplanır. Cır mərsini topladıqda ehtiyatlı olmaq
lazımdır, çünki meyvələr asan əzilir.
Ə
sasən təzə halda yeyilir və pəhriz xörəklərinin hazır-
lanmasında istifadə olunur. Onun tərkibində 6,5% şəkər, 1%
üzvi turşu, 1,2% sellüloza, pektin, aşı və boya maddələri, 25
mq% C vitamini və karotin vardır. Giləmeyvələrini qurutmaq,
kompot, mürəbbə, şirə və şərab hazırlamaq olar. Tərkibində C
vitamini olduğundan şimal rayonlarında sinqa əleyhinə qəbul
edilir. Donmuş giləmeyvələrdə C vitamini yaxşı qorunur. Təzə
ş
irəsi və giləmeyvədən hazırlanan həlim içki kimi qızdırmalı
xəstələrə verilir.
Çaytikanı – Облепиха - Hippophae rhamnoides L.
Iydə (Elaeagnaceae) fəsiləsinin çaytikanı cinsinə mənsubdur.
Məlum olan 3 növündən biri Azərbaycanda bitir. Çaytikanı
Orta Asiyada, Sibirdə, Qafqazda və Rusiyanın Avropa hissəsin-
də çay vadilərində, çəmənliklərdə, meşə yaxınlıqlarında, hün-
dür dağlarda təsadüf edilir.
Azərbaycanın Samur çayı vadisində, Quba-Xaçmaz,
Şə
ki-Zaqatala, Naxçıvan, Lənkəran zonalarında dəniz səthindən
2000 m hündürlüyə qədər yerlərdə kolluqlar və ağac şəklində
bitir. Bu bitki Azərbaycanın, demək olar ki, əksər dağ-meşə
rayonlarında yayılmışdır.
Çaytikanı meyvəsinin xoş ətrinə görə, çox vaxt «Sibir
ananası» adlanır. O, doğrudan da, ananas ətri verir. Lakin çayti-
kanı meyvəsi tibbi əhəmiyyətinə görə əsl ananasdan xeyli
üstündür.
Çaytikanı qollu-budaqlı, hündürlüyü 4-6 m-ə çatan ağac-
dır. Gövdə və qol-budağının üzəri yaşıl-qonur və ya boz-qonur
rəngli qabıqla örtülmüşdür. Çaytikanı bitkisinin iynəvarı bu-
daqları və növbə ilə yerləşən sadə, xətkeşlanset formalı, uzun-
luğu 8 sm-ə çatan, üst hissəsi boztəhər yaşıl, alt hissəsi gü-
müşü-qonur rəngli yarpaqları vardır. Nəzəri cəlb etməyən xırda,
sarı rəngli çiçəkləri qol-budaqları üzərində yerləşmişdir. Mey-
125
vələri yetişəndə sarı və ya çəhrayı-sarı rəngdə olur. Çaytikanı,
adətən aprel-may aylarında çiçək açır, meyvələri isə sentyabr-
oktyabr aylarında yetişir. Başqa ağac bitkilərindən fərqli olaraq
onun meyvələri ağacdan tökülmür, fevral-mart aylarına kimi
kolun üstündə qalır. Meyvəsi şirəli sarımtıl-narıncı və qırmızı
rəngdədir. Meyvələri, əsasən girdə, oval və uzunsov formada
olub, 0,5-1 sm uzunluğunda və 0,3-0,5 sm enindədir. Dadı
ş
irin, turş, acıtəhər-turş, turşməzə və ananas ətirli olur. Toxumu
tünd qəhvəyi və parlaqdır.
Çaytikanı meyvəsi olduqca qidalıdır. Meyvəsinin tər-
kibində 3,5% şəkər, 3,2% üzvi turşu, 6%-ə qədər zülali maddə,
9% yağ vardır. Toxumunda yağın miqdarı 12,5%-ə çatır. Çay-
tikanı itburnu kimi vitamin mənbəyidir. Çaytikanının tərkibində
16,9-272,5 mq% C, 75-100 mq% P, 0,016-0,055 mq% B
1
,
0,037-0,066 mq% B
2
, 0,79 mq% B
6
,
8 mq% E, 1,1-10,9 mq% karotin (provitamin A), 0,79
mq% fol turşusu (vitamin B
c
) və 1,2 mq% K vitamin vardır.
Toxumunda 0,28 mq% B
1
, 0,38 mq% B
2
, 14,3 mq% E vitamin
vardır. Toxumundan alınan yağın tərkibində 250 mq%
karotinoidlər, 165 mq% E vitamini və yarımdoymamış yağ
turşuları (F vitamini aktivliyində) vardır.
Çaytikanının meyvəsindən müalicə əhəmiyyəti olan
müxtəlif şirə, dadlı və ətirli kompot, kisel, mürəbbə, cem, jele,
püre, povidlo, marmelad, vitaminli çay, spirtli içki, nastoyka və
likör hazırlanır. Dondurulmuş halda yaxşı saxlanıla bilər.
Çaytikanının müalicəvi xassələri. Dərman məqsədilə
çaytikanı çox qədim zamanlardan bəri istifadə edilir. Onun yar-
paq və çiçəklərindən xalq təbabətində çay kimi dəmləyib mədə-
bağırsaq və ya yel xəstəliklərində, meyvələrindən isə qanaz-
lığında qüvvətverici dərman kimi istifadə edilir. Meyvələrinin
toxumu isə zərif işlətmə dərmanı kimi qəbul olunur. Müasir
təbabətdə çaytikanının ancaq meyvələrindən istifadə olunur.
Meyvələrinin tərkibində bir sıra qiymətli müalicə əhəmiyyətli
maddələr vardır. Bu maddələrdən olein, stearin, linol və pal-
126
mitin turşularının qliseridi olan 8%-ə qədər piyli yağı göstər-
mək olar. Bunlardan başqa, meyvəsinin şirəsində şəkər (qlü-
koza), üzvi turşular (alma və şərab turşuları), aşı maddələri də
müəyyən edilmişdir. Meyvəsinin toxumlarında 12,5%-ə qədər
piyli yağ, çoxlu miqdarda A, B
1
, B
2
, E vitaminləri, eləcə də
karotin vardır. Məhz, ona görə də, çaytikanının meyvələri son
illərdə alimlərin diqqətini xüsusilə cəlb etmişdir. Aparılan təd-
qiqatlar nəticəsində müəyyən olunmuşdur ki, çaytikanının
meyvələrində olan maddələr bədxassəli şişlərin müalicəsində
müsbət təsir göstərir. Meyvələrində olan vitaminlər isə dəri
xəstəliklərinin müalicəsində, avitaminozda son dərəcə fay-
dalıdır. Qeyd etmək lazımdır ki, çaytikanı meyvələrində olan
vitaminlərin hər birinin mühüm müalicə əhəmiyyəti vardır.
Məsələn, yoluxucu xəstəliklərə qarşı müqaviməti artıran A
vitamini xüsusən uşaqlar üçün son dərəcə faydalıdır. Bu gözün
görmə qabiliyyətinə müsbət təsir göstərir. B
1
vitamini sinir
sisteminin möhkəmlənməsinə və iş qabiliyyətinin artmasına
kömək edir. B
2
vitamini diabet, qaraciyər xəstəliklərinin müa-
licəsində, eləcə də qanazlığında və antibiotik dərmanlarla uzun-
müddətli müalicədən sonra baş verən müxtəlif ağırlaşmalarda
müsbət təsir göstərir.
A vitamini ilə P vitamini birlikdə hipertoniya xəstəliyinin
müalicəsi üçün gözəl vasitədir. C vitamini orqanizmin normal
inkişafını tənzim edir, orqanizmin maddələr mübadiləsini yax-
ş
ılaşdırır, qan təzyiqini normallaşdırır, iltihabı aradan qaldırır.
Ona görə də C vitamini bir sıra xəstəliklərdə (qanazlığında,
sinqada, anginada, səpkili yatalaqda) geniş tətbiq olunur. Mey-
vəsinin yağı yaraların sağalmasını sürətləndirir, dərini şüa
zədələdikdə sağaldıcı təsir göstərir. Yağından hazırlanan 5%-li
məlhəm dəridən kəskin qızartını, ağrını aradan qaldırır, çatla-
maların, dəmrovun sağalmasına, A vitamininin orqanizmdə
normaya düşməsinə səbəb olur.
Ağız boşluğunun zədələnməsində, üzün fleqmanoz səp-
kilərində bu yağ faydalı dərman kimi tətbiq olunur. Qida bo-
127
rusunun xərçəngi zamanı həmin yağdan gündə iki-üç dəfə ya-
rım xörək qaşığı müalicə müddəti ərzində daxilə qəbul etdikdə
yaxşı nəticə verir.
Çaytikanı vitamin konsentratı olduğundan, hipo- və avi-
taminozun profilaktikasında ən yaxşı vasitə hesab olunur. On-
dan 1:1 nisbətində (tumsuz) püre hazırlanıb qış mövsümündə
gündə 2-3 dəfə 1 xörək qaşığı yeyilir və orqanizmin vitaminlərə
olan tələbatı ödənir.
Çaytikanı yağından yanıqların, dərinin şüa ilə zədələn-
məsi və digər xəstəliklərdə istifadə olunur. Çaytikanı yağından
qinekoloji təcrübədə qadın cinsiyyət orqanlarının müxtəlif
iltihabi xəstəliklərində də istifadə olunur. Boğazdakı badamcıq
vəzilərinin (qlandanın) cərrahi əməliyyatından sonra yaralara
çaytikanı yağı sürtülür ki, epitel toxumaları daha tez əmələ
gəlsin və irinləmədən təmizlənsin.
Çiyələk – Клубника. Bu qrupa bağ çiyələyi (Fragaria
moschata Duch.) və meşə çiyələyi (Fragaria vesga) aiddir.
Bunlar bioloji xüsusiyyətlərinə görə biri digərinə çox yaxındır.
Bunların giləmeyvələr içərisində xüsusi çəkisi azdır. Meşə
çiyələyi bağ çiyələyinə nisbətən daha tez yetişir. Meşə çiyələyi
yabanı halda yayılmış və soyuğa davamlı olduğundan şimal və
orta zona rayonlarında yayılmışdır. Bağ çiyələyinin meyvəsi iri
olmaqla diametri 3-5 sm və çəkisi 50 q-a qədər olur.
Bağ çiyələyi – Клубника – Fragaria moschata Duch –
Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Çiyələk Azərbaycanın
dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz,
Qusar, Qonaqkənd, Laçın, Şuşa, Kəlbəcər, Dağlıq Qarabağ,
Şə
ki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı
çoxdur.
Bağ çiyələyinin tərkibində 80-88% su və 10-12% quru
maddə vardır. Sortundan və yetişdiyi yerdən asılı olaraq çiyələ-
yin tərkibində 6-11% şəkər, 1-2% üzvi turşu vardır. 30-80 mq%
C vitamini və az miqdarda B qrupu vitaminləri, karotin, turşu-
lardan ən çox limon və azacıq alma turşusu vardır. Şəkərlərdən
128
2,8% qlükoza, 3,3% fruktoza və 0,4% saxaroza olur. Birinci
yığımda çiyələyin tərkibində şəkərin miqdarı 2-ci və 3-cü
yığıma nisbətən 1% çox olur.
Bunlardan başqa çiyələkdə 0,6% aşı və boya maddəsi,
0,6% yağ, 1,5% sellüloza, 1,3% pektin maddəsi, 0,5% mineral
maddə vardır. Ən çox dəmir, fosfor və kobalt duzları rast gə-
linir.
Yetişmə dövründən asılı olaraq tez, orta və gecyetişən
növlərə ayrılır. Əsas aşağıdakı sortlar yetişdirilir. Tezyetişən-
lərdən Mısovka, Komsomolçu, orta yetişənlərdən Çəhrayı ana-
nas, osif Maqomet, Muto, Koraska, Luiza və gecyetişənlərdən
Zaqorya gecyetişənini göstərmək olar. Azərbaycanda, əsasən
Madam Muto və Festival sortları yetişdirilir. Giləmeyvələri
qablaşdırmaq üçün tutum 3-8 kq olan səbət və səbətcikdən
istifadə edilir.
Standarta əsasən, çiyələyin gilələri təzə, təmiz, saplaqlı,
rəngi normal və sağlam olmalıdır. Bunların içində 10%-ə qədər
nisbətən xırda gilələrin, 5%-ə qədər qeyri-pomoloji sortların,
3%-ə qədər nisbətən kal, lakin lazımi qədər inkişaf etmiş, satış
yerində 5%-ə qədər əzilmiş və yetişib ötmüş gilələrin olmasına
icazə verilir.
Bağ çiyələyinin müalicəvi xassələri. Xalq təbabətində
çiyələyin meyvəsindən podaqra və böyrəkdaşı xəstəliyində,
yarpaqlarından isə sidikqovucu dərman kimi istifadə edirlər.
Çiyələk, eyni zamanda orqanizmin maddələr mübadiləsinə
kömək edir və həzmi yaxşılaşdırır, qaraciyərin və öd kisəsinin
iltihabını aradan qaldırır. Çiyələk avitaminoza qarşı da yaxşı
təsir göstərir.
Xalq təbabətində bağ çiyələyinin meyvəsindən qanaz-
lığında, sinqa və böyrəkdaşı xəstəliyində geniş istifadə edirlər.
Çiyələyin qurudulmuş yarpaqlarından isə moruq meyvəsi ilə
birlikdə çay kimi dəmləyib, soyuqdəymədən baş verən xəs-
təliklərdə tərlədici və hərarəti aşağı salan dərman kimi iş-
lədirlər.
129
Dəfnəgilas – Лавровишня – Laurocerasus officinalis
roem. Firəngüzümü (Groasulariaceae) fəsiləsindən oval
formalı parıldayan həmişəyaşıl yarpaqlı ağac və ya koldur. Ya-
banı halda bir, mədəni halda 3 növü məlumdur. Dərman, de-
korativ və meyvə bitkisi kimi becərilir. Çiçəkləri kiçik ağ sal-
xımdadır. Kasacıq və tac beşyarpaqlıdır, erkəkciklər çoxdur.
Meyvəsi qara rəngdə, şar formalı iri çəyirdəklidir. Qərbi Zaqaf-
qaziyada və Talış dağlarının meşələrində bitir. Meyvələri təzə
halda istifadə olunur, qurudulur. Dəfnəgilasdan sərinləşdirici və
təravətləndirici içki hazırlanır. Yarpaqlarından və meyvəsindən
alınan yağdan ətriyyat sənayesində istifadə olunur. Bu bitkinin
tərkibində amiqdalin qlükozidi var və bu parçalandıqda zəhərli
sinil turşusu əmələ gəlir. Yarpaqlarından dəfnəgilas suyu
hazırlamaq üçün istifadə olunur və bu, Qafqazda ürək ağrılarına
qarşı acı badam suyunu əvəz edir.
Dəliböyürtkən – Куманика – Rubus nessensis W.
Hall. (R.Suberectus Anders). Gülçiçəklilər (Rosaceae) fəsilə-
sindən kol bitkisidir. Yabanı halda bitən mürəkkəb giləmey-
vəlidir. Giləmeyvəsi qara-qırmızımtıldır. Avqust-sentyabr
aylarında yetişir, dadı xoşagələn və yeməlidir. Təzə halda isti-
fadə olunur, ondan mürəbbə, cem, marmelad, jele, şirə hazır-
lanır. Tərkibində şəkər, üzvi turşular, C vitamini və digər bio-
loji maddələr vardır. Xalq təbabətində soyuqdəymə əleyhinə
istifadə olunur. Azərbaycanda, demək olar ki, yetişmir.
Firəng üzümü, rus alçası, – Крыжовник обыкно-
венный
– Grossularia reclinata (L.) Mill. Daşdələnkimilər
(Saxifraqaceae) fəsiləsinə mənsub olub, 50-dən çox növü
vardır. Azərbaycanda 2 növü yabanı halda bitir. Yabanı halda
Qərbi Avropada və Qafqazda yayılmışdır. O çoxbudaqlı koldur.
Firəng üzümü Qərbi Avropada geniş yayılmışdır. Lakin
Rusiyada bu bitki XI əsrdə monastr bağlarında əkilirdi. Lakin o
vaxt becərilən firəng üzümü sortları çox xırda idi. XIX əsrdə
artıq irimeyvəli firəng üzümü sortları yetişdirilməyə başlandı.
Hazırda firəng üzümü Qafqazda, Qərbi Ukraynada, Rusiyanın
130
mərkəzi vilayətlərində, Belorusda və Baltiksahili ölkələrində
ə
kilib-becərilir. Firəng üzümü «Şimal üzümü» də adlanır.
Azərbaycanda firəng üzümü nisbətən az sahələrdə becərilir.
Firəng üzümü mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçək-
ləri şivlərdə, tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda ye-
tişir. Meyvəsi yumru və ya oval formalıdır. Meyvələrinin rəngi
yaşıl, sarı, ağ, qırmızı, tünd qırmızı, qara olur. Dadı şirin, turş-
məzə, qabığı nazik və incətüklüdür. Çoxlu xırda toxumları var-
dır. Hazırda firəng üzümünün bir çox mədəni sortları yetiş-
dirilmişdir.
Firəng üzümünün tərkibində 13,5% şəkər, 2% üzvi turşu,
1% pektinli maddə, 54 mq% C, 0,25 mq% P, B qrupu vita-
minləri və karotin vardır. 0,2-0,7% mineral maddə vardır ki,
bunun da əsasını fosfor, mis, dəmir, kalium, natrium, kalsium
və maqnezium təşkil edir.
Firəng üzümü təzə halda yeyilir, mürəbbə, konfityur,
kompot, jele, marmelad, konfet və karamel üçün içlik, eləcə də,
şə
rab hazırlamaq üçün sərf edilir. Qış üçün firəng üzümünü
qurudur, sirkəyə qoyur və əzişdirib şəkərlə 1:2 nisbətinə
qarışdırırlar.
Firəng üzümünün müalicəvi xassələri. Firəng üzümü
pəhriz və uşaq qidası üçün qiymətli giləmeyvədir. Piylənməyə
qarşı 3-4 həftə ərzində çox miqdarda firəng üzümü yemək və
qidanın kaloriliyini məhdudlaşdırmaq məsləhət görülür. Lakin
bunu həkim nəzarəti altında aparmaq lazımdır. Rus xalq təba-
bətində firəng üzümü təravətləndirici vasitə kimi məşhurdur.
Ə
vvəllər Qafqazda firəng üzümü yarpaqlarından ağciyərin
vərəmində istifadə olunurdu.
Firəng üzümündən maddələr mübadiləsi pozulduqda və
piylənməyə qarşı istifadə olunur. Xalq təbabətində isə böyrək
və sidik kisəsi xəstəliyində öd və sidikqovucu vasitə kimi iş-
lədilir. Qanazlığında, dəri xəstəliklərində firəng üzümü yemək
məsləhət görülür. Xroniki qəbz zamanı yüngül işlətmə vasitəsi
kimi də istifadə olunur.
131
tburnu (dərgil) – Шиповник – Rosa cinnamomea L.
Gülçiçəklilər (Rosoceae) fəsiləsinin qızılgül cinsinə mənsub-
dur. Bu cinsin 300 növündən 42 növünə Azərbaycanın dağ-
meşə rayonlarında təsadüf olunur (bunlardan 6 növü becərilir).
Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qı-
rışıq itburnulardır.
Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda
az rast gəlinir. Bunun məhsuldarlığı daha yüksəkdir. Hər kol-
dan 3-4 kq, 1 ha-dan isə 3 tona qədər məhsul yığılır. Meyvəsi
6-16 qr-dır.
Qəhvəyi itburnu kol halında 2 m-ə qədər hündürlükdə
bitir. 20-25 il ömrü olur. Hər koldan 1-3 kq, 1 hektardan isə
700-1000 kq meyvə verir. C vitamininin miqdarına (5-7%,
bəzən 14%) görə 1-ci yer tutur.
Cinsi xüsusiyyətinə görə dərgil bir neçə seksiyalara bölü-
nür. Bunlardan C vitamini ilə ən zəngin olanı darçınabənzər
seksiyadır. Bu seksiyaya daxil olan dərgil növlərinin çiçəkləri
çəhrayı, meyvələri isə qırmızı olur. Ümumiyyətlə, təbabətdə
daha çox istifadə olunan növü darçın, daur, tikanlı və qırışıq
meyvəli dərgildir. Göstərilən dərgil növləri Qərbi və Şərqi
Sibirdə, Uşaq Şərqdə və digər rayonlarda daha geniş yayıl-
mışdır. Son illərdə Azərbaycanda yayılan bir sıra dərgil növləri
də öyrənilmiş və onların tərkibində çoxlu miqdarda müxtəlif
vitaminlərin olduğu müəyyən edilmişdir. Tədqiqat nəticəsində
aydınlaşdırılmışdır ki, Azərbaycan florasının dərgil bitkilərində
müxtəlif vitaminlər, o cümlədən C vitamini miqdarca çoxdur.
tburnu tikanlı kol bitkisi olub, növbə ilə düzülmüş ellips
və ya yumurtaşəkilli yarpaqları vardır. Nəzəri cəlb edən gözəl
iri çiçəkləri, giləmeyvəyə bənzər şirəli meyvələri olur. May
ayından başlayaraq iyul ayına kimi bitki çiçəkləyir. Çiçəkləri
açıq və tünd çəhrayı rəngdə olmaqla ətirlidir. Meyvəsi isə
avqust-sentyabr aylarında yetişir. Dərgil, demək olar ki, bütün
meşə və kolluq yerlərində yayılmışdır. Vitamin C yetişmə
müddətində artır. Ona görə də yetişmiş meyvələr dərilməlidir.
132
Ş
axtalar düşənədək itburnu yığılmalıdır. Çünki şaxta vurduqda
C vitamini azalır.
Yığılmış meyvələr 5 sm qalınlığında sərilir və 2 gündən
çox olmayaraq saxlanılır. Sonra zədəli və kal meyvələr seçilir.
80-100
0
C temperaturda qurudulur və yenidən xarab olmuşlar
təmizlənir. Beləliklə, əldə edilmiş quru itburnu müvafiq şərait-
də 2 ilə qədər saxlanıla bilər.
tburnunun müalicəvi xassələri. Dərman məqsədilə
dərgil bitkilərinin ancaq meyvələrindən istifadə edilir. Mey-
vələri, adətən sentyabr-oktyabr aylarında toplanılır. Bu dövrdə
çəhrayı-qırmızı rəngə boyanan dərgil meyvələrini əllə toplayır
(toplayanlar əllərinə əlcək geyir və önlük bağlayırlar), sonra isə
xüsusi sobalarda və ya quruducularda 70-80
0
C temperatur
şə
raitində qurudurlar. Nəzərə almaq lazımdır ki, dərgil mey-
vələri şaxta düşənə kimi toplanmalıdır, şaxtadan sonra toplanan
meyvələrdə C vitamini, eləcə də digər vitaminlər az olur və ona
görə də toplanılan xammal keyfiyyətsiz olur. Bundan əlavə,
nəzərə almaq lazımdır ki, dərgil meyvələrini gün altında
qurutmaq olmaz, çünki günəş şüası meyvələrdə olan vitaminləri
parçalayaraq xammalı yararsız hala salır.
Yuxarıda göstərdiyimiz qayda üzrə qurudulmuş dərgil
meyvələri xüsusi torbalara və ya qutulara yığılaraq quru havalı
binalarda saxlanılır. Belə tədarük edilən dərgil meyvələri dövlət
standartına əsasən iki il müddətində saxlanılıb istifadə oluna
bilər. Qeyd etmək lazımdır ki, dərgil meyvəsi çox qiymətli təbii
nemətlərdən biridir. Onun tərkibində müalicəvi əhəmiyyətli bir
sıra maddələr vardır.
tburnuda C vitamini birinci dəfə 1931-ci ildə aşkar
edilmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin
dibindən qanaxmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi.
tburnu əbəs yerə vitamin daxılı adlandırılmamışdır. Onun
tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B
1
, 30-73 mkq%
B
2
, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında
133
300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19
mq% B
c
vitamini (fol turşusu) vardır.
Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7%
pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə),
4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral mad-
dələr vardır.
Qurudulmuş meyvələrində 5-6%-ə qədər C vitamini olur.
Lakin seleksiya yolu ilə yetişdirilən dərgil meyvəsində C
vitamini daha çox olur (15-16%). Ona görə də dərgil çox zən-
gin C vitamini mənbəyi hesab olunur. Dərgil meyvəsində C
vitaminindən başqa 12-18 mq% karotin (provitamin A), 0,3
mq% B
1
və B
2
vitaminləri, bir qramında 40 bioloji vahid K
vitamini, karotinoidlər, P vitamini, flavanoidlər (kempferol,
kversetin və s.), 18%-ə qədər şəkər, 4% aşı maddələri, 3,7%
limon və alma turşuları, pektin maddələri və s. vardır. Toxum-
larında isə çoxlu miqdarda piyli yağ və E vitamini vardır.
Dərgil meyvələrindən zəngin C vitamini, eləcə də polivitamin
mənbəyi kimi təbabətdə geniş istifadə olunur. Meyvələrindən
çay kimi dəmləmə şəklində bir sıra vitamin yığıntılarının
tərkibində, bundan əlavə toz və həb formasında, təzə dərilmiş
meyvələrindən isə konsentrat, şərbət və mürəbbə şəklində bir
sıra xəstəliklərin müalicəsində, məsələn, sinqa, raxit, qızılyel,
vərəm, böyrək, öd xəstəliklərində geniş istifadə olunur. Son
illərdə toxumlarından piyli yağ da alınır ki, bu yağ yanıqlarda,
dermatitdə yarasağaldıcı vasitə kimi işlədilir. Ümumiyyətlə,
dərgil meyvəsi son illərdə ödqovucu, sidikqovucu, eləcə də
ateroskleroza qarşı geniş tətbiq olunur. Bu məqsədlə dərgil
meyvəsindən bir sıra preparatlar hazırlanır (askorbin turşusu,
halaskorbin, xolosas, meyvəsindən isə dəmləmə, şərbət, tablet,
qarağat çayı, armud çayı və s.).
Dərgil meyvəsindən çayı belə hazırlayırlar: əvvəlcə bir
xörək qaşığı (20 q) bütöv meyvələrdən götürüb soyuq su ilə
yuyurlar. Sonra emalı qaba töküb üzərinə iki stəkan qaynar su
ə
lavə edib 15 dəq od üzərində dəmləyirlər. Sonra götürüb 24
134
saat saxlayırlar. Dəmlənmiş çayı süzərək ondan gündə iki dəfə,
hər dəfə də yarım stəkan içirlər. Dərgil çayını belə hazırlamaq
da olar: qurudulmuş meyvəsindən 20 q götürüb təmiz ağ
kağızın üstündə xırdalayandan sonra emalı qaba töküb üzərinə
iki stəkan qaynar su əlavə etdikdən sonra 15 dəq od üzərində
dəmləyirlər, sonra isə 20 dəq durulmağa qoyurlar. Belə hazır-
lanmış çayı ikiqat tənzifdən süzərək gündə 3-4 dəfə, hər dəfə də
yarım stəkan qəbul edirlər. Qeyd etmək lazımdır ki, dərgil
meyvəsinin müalicə əhəmiyyəti, əsas etibarilə ondan olan C
vitamini ilə izah edilir. Doğrudur, C vitamini ilə birlikdə dərgil
meyvəsində digər vitaminlər və üzvi maddələr də müəyyən
dərəcədə tibbi əhəmiyyətə malikdir. Lakin burada olan C vita-
mini miqdarca çox olduğu üçün onun rolu müəyyənedicidir.
Məlum olduğu kimi, insan orqanizmi C vitamini sintez etmir.
Müəyyən edilmişdir ki, orta hesabla böyüklər üçün bir sutkada
50 mq, fiziki işlə məşğul olan adamlar üçün 75-100 mq C vita-
mini tələb olunur. Hamilə qadınlar üçün sutkada 75 mq, uşaq
ə
mizdirən analar üçün 100 mq, 7 yaşlı uşaqlar üçün 30-35 mq
C vitamini norma hesab olunur. Insanın C vitamininə olan
ehtiyacını nəzərə alaraq son illərdə C vitaminini (askorbin
turşusu) süni üsulla da istehsal edirlər. Lakin, buna baxma-
yaraq, təbii mənbədən alınan C vitamininə daha böyük ehtiyac
vardır. Bundan əlavə C vitamini ilə zəngin olan təbii nemət
daha yaxşı nəticə verir. Məsələn, hazırda müasir təbabətdə sin-
qa xəstəliyinin profilaktikasında və müalicəsində, hemorragik
diatezdə, hemofiliyada müxtəlif qanaxmalarda (burun, ağciyər,
uşaqlıq qanaxmalarında), şüa xəstəliyində, infeksion və ağciyər
xəstəliklərində, eləcə də gec sağalan yaralarda, çıxıqlarda və
sümük sınıqlarında C vitaminindən və onunla zəngin olan
dərgil meyvəsindən daha geniş istifadə olunur. Bundan başqa,
son illərdə dərgil meyvəsindən skleroza qarşı da istifadə edilir.
Qeyd etmək lazımdır ki, dərgil meyvəsində olan hər bir
vitaminin özünəməxsus müalicə əhəmiyyəti vardır. Məsələn, C
vitamini orqanizmin normal inkişafını tənzim edir, o orqanizm-
135
də gedən maddələr mübadiləsini yaxşılaşdırır, qan təzyiqini
normallaşdırır, iltihabı aradan qaldırır. Məhz, ona görədir ki, C
vitamini bir sıra xəstəliklərdə geniş tətbiq edilir.
Karotin və ya provitamin A xüsusən uşaqlar üçün son
dərəcə vacibdir. O yoluxucu xəstəliklərə qarşı uşaqlarda müqa-
viməti artırmaqla bərabər, gözün görmə qabiliyyətinə müsbət
təsir edir. B
1
vitamini sinir sisteminin möhkəmlənməsinə və iş
qabiliyyətinin artmasına kömək edir. B
2
vitamininin əhəmiyyəti
daha yüksəkdir. O şəkər, qaraciyər, dəri xəstəliklərinin müa-
licəsində, eləcə də qanazlığında və antibiotik dərmanlarla uzun
müddət müalicədən baş verən müxtəlif xəstəliklərdə çox gözəl
müalicəvi təsir göstərir, həmçinin, A, P vitaminləri hipertoniya
xəstəliyinin müalicəsində gözəl nəticə verir.
tburnu xalq təbabətində qədimdən istifadə edilir. Itburnu
soyuqdəyməyə, böyrək və qaraciyər xəstəliklərində, öd və
sidikqovucu kimi tətbiq edilir. tburnu çiçəyindən dəmlənmiş
çay qızdırmaya qarşı təsiredici vasitədir.
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, müxtəlif
vitaminlərlə, üzvi turşularla, şəkər, piyli yağ və karotinoidlərlə
zəngin olan dərgil meyvəsi yaxşı müalicəvi əhəmiyyətə malik
təbii nemətdir.
Ev şəraitində itburnu dəmləmək üçün bir xörək qaşığı
itburnu (20 qr) bir stəkan su ilə şüşə və ya emallı ağzı örtük
qabda 10 dəq qaynadırlar. Ağzını açmadan bir sutka saxlayıb,
sonra ikiqat tənzifdən süzür və gündə iki dəfə bir və ya yarım
stəkan içirlər. Dadını yaxşılaşdırmaq üçün şəkər və ya şərbət
qatmaq olar. 1-3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara
isə yarım stəkan vermək olar.
tburnudan kompot, kisel və yarı bölüb toxumlardan
təmizlədikdən sonra mürəbbə hazırlamaq olar. O təzə halda da
yeyilir. Sənayedə itburnudan toz, həb və şərbət hazırlayırlar.
Sarılığa qarşı və ödqovucu kimi tətbiq edilən «Xolosas», əsasən
itburnu meyvəsindən hazırlanır.
136
tburnu meyvəsinin belə qiymətli olduğunu nəzərə alıb,
onun toplanmasına və gündəlik qidada istifadə edilməsinə
diqqət verilməlidir.
Dostları ilə paylaş: |