Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

aftalı,  hulu  –  Персик  --  Persica  Vulgaris  Mill.  Gül-
çiçəklilər  (Rosaceae)  fəsiləsindəndir.  stisevən  olduğundan, 
ə
sasən  ölkəmizin  cənub  rayonlarında  yayılmışdır.  Şaftalının 
vətəini  Irandır.  Lakin  son  zamanlar  müəyyən  edilmişdir  ki, 
ş
aftalının vətəni Şərqi Asiya, çox güman ki, Çindir. 
 Sənaye  əhəmiyyətli  şaftalı  Özbəkistanda,  Türkmənis-
tanda, Zaqafqaziya respublikalarında, Şimali Qafqazda, Ukray-
nada  və  Moldovada  becərilir.  Şaftalıdan  təzə  halda  itsifadə 
edilir,  kompot,  şirə,  mürəbbə,  sukat,  marmelad  hazırlanır  və 
qurudulur. 
Ş
aftalı  meyvələri  yumru  və  oval  formada  olur.  Təpələri 
düz, yumru və  ya məməlidir. Meyvələri yaşıl, ağ, qırmızı, sarı 
və  ya  qarışıq  rəngdə  olur.  Meyvənin  üzəri  çılpaq  və  ya  tüklü 
(pənbəli)  olur.  Üzəri  tüklü  şaftalılar  öz  növbəsində  həqiqi  şaf-
talıdan (bunların çəyirdəyi ətlikdən tamam ayrılır) və pavi şaf-
talısından (bunların ətliyi çəyirdəkdən ayrılmır) ibarətdir. Üzəri 

 
113
çılpaq  şaftalıları  uyğun  olaraq  nektarin  və  bryunyon  (gərdi  və 
ya güşdü) adlandırırlar. 
Ə
tli  hissəsi  çəyirdəyindən  tam  ayrılanlar  daha  zərif  və 
ş
irəli  olur.  Bunlarda  pektin  maddələri  az  olur.  Geniş  yayılmış 
sortlarından  Lola,  Sarı  nektarin,  Nikitin,  Çempion,  Qızıl 
yubiley şaftalılarıdır. 
Ə
tli hissəsi çəyirdəyindən ayrılmayanlar xırçıldayan olur. 
Bunlarda  pektin  maddə  nisbətən  çoxdur.  Sortları  Ağ  qoriyski, 
Brusski, Pauni, Zəfərani şaftalılarıdır. 
Azərbaycanda  şaftalının  standart  sortlarından  Çempion, 
Qrinobero,  Salami,  Qızıl  yubiley,  Elberta,  gecyetişən  narıncı, 
gecyetişən  zəfəranı,  Nikita,  Mayflever,  Salvey,  Fidan,  Malik, 
Ağ  nazlı  yetişdirilir.  Təzə  şaftalı  hər  pomoloji  sort  üzrə  key-
fiyyətinə  görə  birinci  və  ikinci  əmtəə  sortuna  bölünür.  Ölçü-
sünə görə iri (50 mm-dən çox), orta iri (35-50 mm) və xırda (35 
mm-dən kiçik) qruplarına bölünür. 
Yeni  perspektiv  ağ  ətli  şaftalılardan  Jemçujina,  Flamin-
qo,  Yubiley,  Znamya,  Krım,  Tavriçeski,  sarı  ətli  şaftalılardan 
Mayak,  Fakel,  Krım  kəhrəbası,  Xəzinə  sortlarını  göstərmək 
olar. 
Ş
aftalının tezyetişən sortlarını soyuducuda (0-6
0
C-də) 6-
10 gün, gecyetişən sortlarını isə 1-2 ay saxlamaq mümkündür. 
Meyvəsinin  ətliyində  15%-ə  qədər  şəkər,  alma,  şərab, 
limon və xinin turşuları , efir yağı, dəmir, kalium, C vitamini, B 
qrupu vitaminləri, karotin vardır. Çəyirdək ləpəsində 57% yağ, 
acı  badam  efir  yağı,  amiqdalin  qlükozidi  və  digər  maddələr 
vardır. 
Ş
aftalının müalicəvi xassələri. Şaftalı təzə halda yeyilir, 
ondan kompot, mürəbbə, sukat hazırlanır. Şaftalı şirəsi, əsasən 
də  ətliyi  ilə  hazırlanmış  şirə  çox  dadlı  və  xoşagələndir. 
Uşaqlara və xəstələrə verilir. 
Ş
aftalı mədəaltı vəzinin şirə ifrazını sürətləndirdiyi üçün 
qidanın  həzmini  yaxşılaşdırır.  Lakin  şəkər  xəstəliyində  və  kö-
kəlməyə  meyilli  olanlar  üçün  çox  şaftalı  yemək  məsləhət  gö-
 
114
rülmür. Tərkibində kalium çox oduğundan ürək-damar xəstəliyi 
olanların  gündəlik  qida  rasionuna  daxil  edilir.  Şaftalının  tu-
mundan alınan  yağ əczaçılıqda yüksək qiymətləndirilir. Şaftalı 
yağı  ərik  yağı  kimi  həlledici  rol  oynayır  və  bəzi  dərialtı  və 
ə
zələdaxili  iynələrin  tərkibinə  qatılır.  Şaftalı  yağından  duru 
məlhəmlər də hazırlanır. 
Xalq təbabətində şaftalının yarpaqlarından və çiçəyindən 
alınan  həlimdən  və  şaftalı  şirəsindən  baş  ağrılarında,  revma-
tizm, bəzi mədə-bağırsaq xəstəliklərində istifadə olunur. Şaftalı 
çiçəkləri  sidikqovucu  və  yumşaldıcı  vasitə  kimi  təyin  olunur. 
Ekzemaya  qarşı  yarpaqlarından  hazırlanan  həlimdən  qaynar 
vannalar edilir. Şaftalı yağı ən vacib ürək dərmanı olan və təcili 
yardım  məqsədilə  geniş  istifadə  olunan  «Oleum  kamfora»nın 
hazırlanmasında istifadə olunur. Şaftalının ürək-damar sistemi, 
böyrək və mədə xəstəliklərində müalicəvi əhəmiyyəti vardır. 
Zoğal  –  Кизил  –  Cornus  mas  L.  Zoğal  (Cornaceae) 
fəsiləsinin zoğal cinsindəndir. Zoğal cinsinin 4 növü məlumdur 
ki,  bunlardan  yalnız  biri  –  adi  zoğal  yayılmışdır.  Adi  zoğal 
yabanı halda Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda, 
Orta Asiyada, Moldovada bitir. Azərbaycanda, Böyük və Kiçik 
Qafqaz sıra dağlarının ətəklərində, orta dağ döşlərində, açıq və 
güney  yerlərdə  balaca  meşəliklər  təşkil  edir.  Başqa  meşə 
ağacları arasında da tək-tək bitir. 
Zoğal  yarpaqlamazdan  çox  əvvəl  fevral-martda  çiçəklə-
yir.  Sarı  çiçəkləri  bir  yerə  toplanıb  çətir  kimi  sallanır.  Mey-
vələri  avqustun  axırı  və  sentyabrda  yetişir.  Meyvələri  yumru, 
oval, armudaoxşar və silindrik olur. Meyvəsinin  rəngi qırmızı, 
tünd qırmızı, qara qırmızı və bəzi formaları açıq sarı olur. Adi 
zoğal meyvəsi iriliyinə, formasına və rənginə görə çox müxtə-
lifdir. Yabanı zoğal xırda olmaqla 2-6 q, mədəni halda bağlarda 
becərilənlər  isə  20-22  qr  çəkisində  olur.  Ətliyi  çəyirdəyindən 
ayrılan və ayrılmayan formaları da vardır. Ətliyi bərkdir, lakin 
yetişib  ötdükdə  və  dərildikdən  bir  müddət  sonra  yumşalır.  Bu 
zaman biokimyəvi proseslərin təsirindən zoğalın dadı şirinləşir. 

 
115
Dadı turş, turşaşirin və müxtəlif dərəcədə şirin olur. Tam yetiş-
məmiş  meyvələrdə  aşılayıcı  maddələrin  miqdarı  çox  oldu-
ğ
undan ağız büzüşdürücüdür. Çəyirdəyi  çox bərkdir, ucları şiş 
və ya küt olur. 
Zoğalın  tərkibində  10%-ə  qədər  şəkər  (əsasən,  invert 
şə
kər),  2-3,5%  üzvi  turşu,  0,62-1,6%  pektinli  maddə,  1,14% 
azotlu  maddə,  1,03%  sellüloza,  1,18%  minerallı  maddə,  0,71-
1,24% aşılayıcı və rəngləyici maddə vardır. Zoğalın tərkibində 
55  mq%-ə  qədər  C  vitamini  olduğundan  sinqa  əleyhinə  tətbiq 
edilir.  Zoğalın  ətri  onun  tərkibindəki  efir  yağının  miqdarından 
asılıdır. Çəyirdəyində 30% yağ olur. 
Zoğaldan  şirə,  mürəbbə,  kompot,  povidlo,  jele,  pastila, 
şə
rbət,  spirtli  içkilər  (likör,  nalivka,  punş,  şərab,  araq),  sirkə, 
sərinləşdirici  içkilər,  lavaşana  hazırlanır.  Zoğal  çəyirdəkli  və 
çəyirdəksiz qurudulur. Qurudulmuş zoğal axtası və tamlı zoğal 
ekstraktı (məti) aşpazlıqda işlədilir. 
Zoğal  texniki  yetişmə  dövründə  dərilir.  Lavaşana,  sirkə 
və  şirə  hazırlamaq  üçün  dərilmiş  meyvələr  saxlanılır  və 
yumşaldılır (lalıxlayır). 
Zoğalın  müalicəvi  xassələri.  Zoğalın  həlimindən  və 
kiselindən ishala qarşı istifadə edilir. Həlim və tinkturası 5-10 q 
quru zoğal ilə 1 stəkan suda hazırlayıb gündə 4 dəfə 1/4 stəkan 
içilir.  Gürcüstanda  zoğal  və  yabanı  armuddan  hazırlanan  qatı 
ekstraktdan ishala qarşı istifadə olunur. Zoğal maddələr müba-
diləsinin  pozulması  zamanı,  podaqrada,  qanazlığında  və  dəri 
xəstəliklərində  məsləhət  görülür.  Soyuqdəymədə  və  mədə 
xəstəliklərində  zoğal  mürəbbəsi  ilə  çay  içilir.  Zoğallı-nanəli 
düyü  sıyığı  bişirilib  sətəlcəmli  xəstələrə  verilir.  Tərgətirici  və 
sidikqovucu kimi də xeyirlidir. 
Zoğal yarpaqlarında 10-14% tannidlər var. Yarpaqlardan 
hazırlanmış  tinkturadan  (1  xörək  qaşığı  yarpaq  1  stəkan  suda) 
gündə 3-4 dəfə 1/4 stəkan içmək məsləhət  görülür. Xalq təba-
bətində zoğal yarpağı sidikqovucu və ödqovucu vasitə kimi də 
istifadə olunur. 
 
116
Təzə  zoğal  qabığı  malyariya  xəstəliyinə  qarşı  istifadə 
olunur.  Xalq  təbabətində  titrətməyə  qarşı  zoğal  güllərindən 
alınan ekstrakt, zoğal şirəsi və ya meyvələrdən alınan tinktura-
dan  istifadə  olunur.  Zoğal  ağacının  qabığından  ümumi  möh-
kəmlik, tonusqaldırıcı və şəfqətləndirici vasitə kimi də istifadə 
olunur.  Qafqazda  zoğal  qabığı  ilə  arpa  unundan  hazırlanmış 
təpitmədən  irinli  yaraların  və  çibanların  müalicəsində  istifadə 
olunur.  Bu  məqsədlə  və  mədə-bağırsaq  xəstəliklərində  xırda-
lanmış  zoğal  çəyirdəyindən  hazırlanan  həlimdən  də  istifadə 
edilir. 
Zoğalın  büzüşdürücü  xassəsi  və  tərkibində  fitonsidlərin 
olması,  ondan  müalicəvi  məqsədlə  mədə-bağırsaq  xəstəlik-
lərində  istifadə  olunmasına  imkan  verir.  shala  qarşı  zoğalın 
sulu  məhlulundan  istifadə  edilir,  uşaqlara  isə  zoğal  kiseli 
verilir.  Zoğal  mürəbbəsini  qarın  ağrısına  və  soyuqdəyməyə 
qarşı tətbiq edirlər. Maddələr mübadiləsinin pozulmasında, qa-
nazlığında və dəri xəstəliklərində zoğaldan istifadə olunur. 
Zoğalın  yarpaqlarından  və  cavan  budaqlarından  alınan 
sulu  məhlul  öd  və  sidikqovucu  vasitə  kimi  istifadə  edilir. 
Zoğalın  kökləri  və  oduncağının  qabığı  kinə  (xinin)  əvəzinə 
isitməyə  qarşı  tətbiq  edilir.  Bəzi  yerlərdə  cavan  yarpaqlarını 
qurudub çay əvəzinə işlədirlər. 
Zoğal  bütün  meyvələrdən  əvvəl  çiçəkləyir.  Çiçəkləri 
ə
tirli və çox nektarlı olduğundan arılar sarı tozcuqlarla birlikdə 
zoğal nektarını çox həvəslə toplayırlar. 
Oduncağı sarı rəngdə, olduqca möhkəmdir. Şəmşid ağacı 
kimi  bərk  olduğundan  toxuculuq  alətləri  (eşmə  aləti,  məkik, 
masura, mil) hazırlamaq üçün işlədilir. 
 
 
 
 
 
 

 
117
G LƏMEYVƏLƏ
 
Adi  ardıc  –  Можжевельник  обыкновенный  – 
Juniperus  communis  L.  ynəyarpaqlılar  (Coniferae)  fəsilə-
sindən  həmişəyaşıl  kol  bitkisidir.  Qotaz  şəklində  üç-üç  dü-
zülmüş iti tikanları və əzgilşəkilli çiçəkləri vardır. Yetişməmiş 
kal  meyvələri  yaşıl,  yetişdikdə  isə  qara  rəngdə  olur.  Meyvələr 
çox  gec,  adətən  ikinci  ildə  yetişir.  Bu  bitki  təbii  halda  Ru-
siyanın  Avropa  hissəsində,  iynəyarpaqlı  meşələrdə  və  Sibirdə 
yayılmışdır.  Azərbaycanda  ardıcın  6  növünə  təsadüf  olunur. 
Ə
sasən yetişmiş qara rəngli giləmeyvələri istifadə olunur. Dadı 
ə
dviyyəli şirin, iyi özünəməxsus ətirlidir. 
Dərman  məqsədilə  ardıcın  meyvələrini  tam  yetişdikdən 
sonra  toplayıb  açıq  havada  və  ya  çardaqlarda  qurudurlar.  Bu 
meyvələrin təsiredici maddəsi 0,5-1,2% efir yağından ibarətdir. 
Efir  yağının  tərkibində  α-pinen,  kadinen,  kamfen,  α-terpinen, 
α-felandren,  dipenten,  sabinen,  terpineol,  borneol,  izoborneol, 
sidrol və digər seskviterpenlər vardır. Bunlardan başqa ardıcın 
tərkibində  40%-ə  qədər  invertli  şəkər  (qlükoza  və  fruktoza), 
9,5%  qatranvarı  maddə,  yuniperin  boya  maddəsi,  piyli  yağ, 
üzvi  turşular  (alma,  qarışqa,  sirkə)  vardır.  Qabığında  8%-ə 
qədər  aşı  maddəsi,  iynəyarpaqlarında  266  mq%  C  vitamini 
vardır. 
Ardıcın  müalicəvi  xassələri.  Xalq  təbabətində  ardıcın 
meyvələrindən  dəmləmə  və  yığıntılar  şəklində  sidikqovucu  və 
iştahaartırıcı  dərman  kimi,  yeyinti  sənayesində  isə  likör  və 
arağın  tərkibində  ətirli  və  tamlı  maddə  kimi  istifadə  edilir. 
Meyvələrindən alınan efir yağından yarasağaldıcı dərman kimi 
«Vişnevski»  məlhəminin  tərkibində  istifadə  olunur.  Bundan 
ə
lavə,  efir  yağından  spirtdə  hazırlanmış  məhlul  və  məlhəm 
şə
klində  revmatizmdə  ağrıkəsici  maddə  kimi  də  işlədilir.  Ar-
dıcın odun hissəsindən quru distillə  yolu ilə alınmış qatrandan 
dəri  xəstəliklərində  dezinfeksiyaedici  və  yarasağaldıcı  dərman 
kimi istifadə olunur. 
 
118
Mədə-bağırsaq  möhtəviyyatının  xəstəliklərində  sidik-
qovucu çay aşağıdakı kimi hazırlanır: 100 q quru ardıc meyvəsi 
400 ml suda  
yumşalana  qədər  bişirilir,  süzülür,  şərbət  ha-
lına gəlincə şəkər əlavə edilir və yeməkdən əvvəl gündə 3 dəfə 
1 çay qaşığı içilir. 
Podaqra və revmatizmdə 200 q quru meyvənin 2 litr suda 
qaynadılmasından alınan məhlulla vanna qəbul olunur. 
Yazbaşı  qanın  tərkibini  yaxşılaşdırmaq  məqsədilə  ac-
qarına birinci gün 1 ədəd, ikinci gün 2 ədəd, beləliklə hər gün 
bir ədəd artırmaqla 15-ci gün 15 ədəd ardıc meyvəsi çeynəmək 
məsləhət görülür. Sonradan meyvələrin sayını gündə 1 ədəd (5 
ə
dədə qədər) azaltmaqla 25 gün qəbul edilir. 
Ardıc  meyvələrindən  az  dozalarda  dezinfeksiyaedici, 
damarları  genişləndirən  vasitə  kimi,  böyrəklərdə,  öd  kisəsində 
daş olduqda və qanazlığında istifadə olunur. 
Aktinidia,  “kişmiş”  –  Актинидия  –  Aktinidia  Lindl
Bu  Aktinidia  (Actinidiaceae)  fəsiləsindəndir.  Onun  iki  növü-
nün  meyvəsindən  istifadə  olunur.  Bunlardan  biri  kişmiş  (Akti-
nidia  arguta  (Sieb.  Et  Zucc.)  Planch)  digəri  isə  kolomikt 
(Aktinidia kolomicta (Rupr.) Maxim) aktinidiadır. 
Adları  çəkilən  hər  iki  növ  aktinidia  sarılan  incə  budaqlı 
sarmaşıq bitkisidir. Bu növlərin ikisi də iyun ayında çiçəkləyir, 
meyvələri  isə  sentyabr-  oktyabr  aylarında  yetişir.  Meyvələri 
ş
irəlidir, xoşagələn şirin və ətirli dada malikdir. 
Primorsk  vilayətinin  iriyarpaq  meşələrində  geniş  yayıl-
mışdır. Bu bitkilər bəzən dekorativ məqsəd üçün də becərilir. 
Aktinidianın meyvələri tam yetişən zaman toplanır. Uzaq 
məsafəyə  daşımaq  lazım  gəldikdə  soyuducu  sistemli  nəqliy-
yatlarda nəql edilir. Belə şəraitdə meyvələrin tərkibində olan C 
vitamini  tamamilə  qorunub  saxlanılır.  Bundan  başqa,  aktinidia 
meyvələri  şəkərlə  konservləş-dirməklə  də  uzun  müddət  sax-
lanıla  bilir.  Yerli  əhali  isə  meyvələri  qurudaraq  “izyum”a  və 
kişmiş”ə çevirirlər.  

 
119
Aktinidianın  meyvələri  C  vitamini  ilə  çox  zəngindir. 
Meyvələrdə  olan  C  vitamininin  miqdarı  (700  mq%)  itburnu 
meyvələrinə  nisbətən  daha  çoxdur.  Bundan  əlavə  aktinidia 
meyvəsinin  tərkibində  4,2-9,8%  şəkər,  0,78-2,48%  üzvi  tur-
ş
ular vardır. 
Aktinidia meyvələrindən yerli əhali həm təzə halda, həm 
də  qurudub  istifadə  edirlər.  Meyvələrindən  qənnadı  sənaye-
sində mürəbbə, pastila, marmelad və şərbət hazırlanır. 
Aktinidianın  müalicəvi  xassələri.  Aktinidia  meyvə-
lərindən sinqa xəstəliyində ən qiymətli və müalicə əhəmiyyətli 
xammal  kimi  istifadə  edilir.  Onun  təzə  dərilmiş  və  ya  şəkər 
qatılmış  (çiy  mürəbbə)  meyvələri  avitaminozun  ən  gözəl  dər-
manı hesab olunur.  
Aktinidiadan  qanaxmaya,  vərəmə,  göyöskürəyə  və  diş-
lərdəki  kariyesə  qarşı  həm  profilaktiki  və  həm  də  müalicəvi 
vasitə kimi istifadə olunur. 
Başınağacı  –  Калина  обыкновенная  –  Viburnum 
opulus L. Maralçiçəklilər (Caprifoliaceae) fəsiləsindən ağac və 
ya  iri  kol  halında  bitki  olub,  kənarı  mişar  kimi  diş-diş,  yaşıl 
rəngli dairəvi yarpaqları vardır. Qalxan şəklində yerləşən ağ ha-
maşvarı çiçəkləri nəzəri cəlb edir. Beşləçəkli çiçək tacı sünbülə 
oxşayır.  Yetişdikdə  qırmızı  rəngli,  şar  formalı  birtumlu  mey-
vələr olur. Bitki may-iyun aylarında çiçək açır, meyvələri sent-
yabr-oktyabr  aylarında  yetişir.  Meyvəsi  acıtəhər,  ağızbüzüş-
dürücü dadlı olub, don vurduqda acı dadı yox olur. 
Başınağacı yabanı halda keçmiş SSRI-nin cənub və Orta 
Avropa rayonlarında meşəlik və kolluqlarda geniş yayılmışdır. 
Azərbaycanın dağlıq-meşəlik rayonlarında başınağacın ehtiyatı 
çoxdur. 
Başınağacın  tərkibində  şəkər,  üzvi  turşular,  pektin,  aşı 
maddəsi, karotin, C və P vitamini vardır. C vitamininin miqdarı 
(70%-ə  qədər)  sitrus  meyvələrində  olandan  çoxdur.  Toxum-
larında  21%-ə  qədər  yağ  vardır.  Başınağacı  meyvəsini  təzə 
halda  yemək  olar.  Lakin  ondan  kompot,  kisel,  jele  və  s.  məh-
 
120
sullar hazırlanır.  Başınağacı şirəsini vitaminli içki kimi içirlər. 
Meyvələrindən  piroq  üçün  içlik,  marmelad,  pastila  və  nalivka 
hazırlanır. Başınağacının meyvə şirəsindən yeyinti sənayesində 
bəzi  yeyinti  məhsullarını  rəngləmək  üçün  də  istifadə  olunur. 
Başınağacı  salxımlarını  topa  şəklində  bağlayıb  sərin  binalarda 
asılı  halda  uzun  müddət  saxlamaq  olar.  Meyvələrini  şəkərlə 
konservləşdirmək və dondurmaq da olar. 
Başınağacının müalicəvi xassələri. Müalicəvi məqsədlə 
başınağacından  istifadə  olunması  ilk  dəfə  XVI  əsrdə  yaran-
mışdır.  Başınağacı  meyvəsi  orqanizmi  tonuslandırır,  ürəyin 
fəaliyyətini  yaxşılaşdırır,  büzüşdürücü  və  sidikqovucu  təsirə 
malikdir. Başınağacı meyvəsi həm də əsəb gərginliyində, hiper-
toniyada, damarların spazmasında sakitləşdirici təsirə malikdir. 
Xalq təbabətində başınağacı şirəsi və ya onun balla həlimindən 
yuxarı  tənəffüs  yollarının  soyuqdəymə  xəstəliyində,  səs  tutul-
duqda,  eləcə  də  ishala  qarşı  istifadə  olunur.  Başınağacından 
hazırlanmış çay bəzən laxlayan dişlərin bərkiməsi üçün istifadə 
olunur.  Meyvəsindən  hazırlanan  tinkturanı  mədənin  və  oniki-
barmaq  bağırsağın  yara  (xora)  xəstəliyində,  yoğun  bağırsağın 
iltihabında (kolitdə), eləcə də dərinin irinli yaralarının müalicə-
sində içilir. Dərinin irinli yaraları üçün başınağacı meyvəsindən 
alınan şirənin 10-20%-li məhlulundan xaricə sürtmək və dezin-
feksiyaedici  vasitə  kimi  tətbiq  olunur.  Başınağacı  şirəsindən 
kosmetikada  üzdəki  sızanaqlara  qarşı  effektli  vasitə  kimi  isti-
fadə olunur. 
Dərman  məqsədilə  bitkinin  gövdə  və  qol-budaqlarının 
qabığından  istifadə  olunur.  Qabıqları  payızın  axırında  və  ya 
yazın  əvvəlində  xüsusi  alətlərlə  toplayır,  günəşli  havada  sərib 
qurutduqdan  sonra  qalen  zavodlarına  və  ya  aptek  anbarlarına 
göndərirlər. 
Başınağacının təzə toplanmış qabıqlarının xoşagəlməyən 
iyi və büzüşdürücü acı dadı olur. Quruduqda isə bu iy yox olur. 
Başınağacı qabığındakı əsas təsiredici maddə – viburnın qliko-
zididir.  Bundan  başqa  tərkibində  çoxlu  miqdarda  aşı  maddəsi, 

 
121
valerian turşusunun duzu, qatran və digər bioloji fəal maddələr 
vardır.  Müasir  tibbdə  başınağacının  qabıqlarından  duru  spirtli 
ekstrakt  şəklində  mamalıq  təcrübəsində,  xüsusən  uşaqlıq  qan-
axmalarında  qənkəsici  dərman  kimi  istifadə  edilir.  Qabıqdan 
hazırlanmış  ekstraktdan  gündə  2  dəfə  25-40  damcı,  1:20  nis-
bətində hazırlanmış həlimdən isə gündə 3-4 xörək qaşığı qəbul 
etmək məsləhət görülür. 
Xalq  təbabətində  başınağacı  qabığından  alınan  tinktura 
və  həlimdən  qankəsici  kimi,  yuxusuzluğa,  isteriyada,  qıcol-
maya qarşı istifadə olunur. Qabıqdan hazırlanan həlimi soyuq-
dəyməyə  və  təngnəfəsliyə  qarşı  qəbul  edilir.  Gündəlik  doza  1 
çay qaşığı xırdalanmış qabıqdan 1 stəkan suda hazırlanmış hə-
limdir. 
Baytarlıq təcrübəsində başınağacı həlimindən iribuynuzlu 
və  xırdabuynuzlu  (davar)  heyvanların  tənəffüs  orqanlarının 
xəstəliyinin müalicəsində istifadə olunur. 
Böyürtk_ən_–_Ежевика_–_Rubus_caesius_L_.'>Böyürtkən – Ежевика – Rubus caesius L. Gülçiçəklilər 
(Rosaceae) fəsiləsinə mənsubdur. Böyürtkən və moruğun 250-
dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika 
qitələrində  geniş  yayılmışdır.  Qərbi  Sibir,  Qazağıstan,  Orta 
Asiya  və  Qafaqazda  yetişir.  Azərbaycanın  bütün  zonalarında 
böyürtkən kolluqları vardır. Müalicəvi bitki kimi qədimdən mə-
lumdur. Antik dövrün görkəmli həkimləri böyürtkənin meyvə-
sini  və  bitkinin  digər  orqanlarını  müxtəlif  xəstəliklərin  müa-
licəsində istifadə etmişlər. Böyürtkənin keçən 100 il ərzində bir 
çox  mədəni  sortları  yetişdirilmişdir.  Lakin  sənaye  əhəmiyyətli 
ə
kin sahələri yoxdur. Bu isə böyürtkənin soyuğadavamlı olma-
masından irəli gəlir. Böyürtkən kolları -17
0
C-də donur. Əsasən 
yabanı  halda  yetişən  böyürtkən  toplanır,  qidaya  və  müalicə 
məqsədilə istifadə olunur. Əsas üç növü çox yayılmışdır. 
1. Qafqaz böyürtkəni – R.Caucasica L.; 
2. Göyümtül böyürtkən – R.Caesius L.; 
3. Qara böyürtkən – R.Fruticosus L
 
122
Böyürtkən  may  ayından  başlayaraq,  avqusta  qədər 
çiçəkləyir.  Çiçəkləri  ağ  və  ətirlidir.  Eyni  vaxtda  kollarda  həm 
təzə  açılmış  çiçək  və  həm  də  yetişmiş  meyvə  olur.  Çiçək  aç-
dıqdan təxminən 1 ay sonra meyvəsi yetişir. Meyvəsi forma eti-
barilə  uzunsov  və  konusvarı,  rənginə  görə  qırmızı,  qara,  al-
qırmızı  və  sarı  olur.  Azərbaycanda  irimeyvəli,  gecyetişən  və 
quraqlığa çox davamlı böyürtkən formaları vardır. Əhali yabanı 
böyürtkənləri  toplayır  və  konserv  zavodlarına  təhvil  verirlər. 
Lakin böyürtkəni yığmaq çox çətindir. 
Böyürtkənin tərkibində 2,88-3,64% qlükoza, 3,12-3,24% 
fruktoza, 0,35-0,58% saxaroza, 15-18% C vitamini, karotin, vi-
tamin E, B qrupu vitaminləri, 2,2%-ə qədər üzvi turşular (alma, 
şə
rab,  limon,  salisil),  1,8%  pektinli  maddə,  aşı  və  ətirli  mad-
dələr vardır. Yarpaqlarında 80-271 mq% C vitamini, toxumla-
rında 12,9% yağ vardır. Elmi təbabətdə, demək olar ki, istifadə 
olunmur. 
Giləmeyvəsi  çox  dadlı  və  ətirli  olduğundan,  təzə  halda 
yeyilir. Böyürtkəndən şirə, şərbət, kompot, mürəbbə, cem, mar-
melad,  şərab  hazırlanır.  Uzun  müddət  saxlamaq  üçün  quru-
dulur. 
Böyürtkən  həm  də  balverən  bitkidir.  Çünki  bütün  yay 
dövründə  çiçəkləyir  və  arılara  yaxşı  nektar  verir.  Arılar  1  ha 
sahədən 20-25 kq bal hasil edə bilir. 
Böyürtkənin  müalicəvi  xassələri.  Təzə  giləmeyvələr 
susuzluğu  yatırmaq  məqsədilə  qızdırma  vəziyyətində  yeyilir. 
Yetişib  ötmüş  meyvələri  qəbizlikdə  (yüngül  yumşaldıcı  kimi), 
kal  meyvələri  isə,  əksinə,  ishal  zamanı  (qarınbağlayan  vasitə 
kimi) istifadə olunur. Meyvələri və ondan hazırlanmış çay xalq 
təbabətində  klimakterik  əsəb  zamanı  sakitləşdirici  və  ümumi 
qüvvətləndirici vasitə hesab edilir. 
Ə
vvəllər  giləmeyvələrdən  hazırlanan  tinktura  və  həlim-
lərdən  tərgətirici  və  sidikqovucu  vasitə  kimi  istifadə  edirdilər. 
Sonralar məlum oldu ki, soyuqdəymə xəstəliyində yarpaqlardan 
hazırlanan çay və həlim yaxşı tərlədici təsirə malikdir. 

 
123
Sidikqovucu  vasitə  kimi  böyürtkənin  köklərindən  hazır-
lanan  (1:20)  həlim  də  istifadə  olunur.  Yarpaqların  tərkibində 
14%-ə qədər aşı maddəsi olduğundan, ondan alınmış (1:10) hə-
limdən  qanlı  bəlğəmin,  mədədən  qanaxmanın  və  ishalın  müa-
licəsində  istifadə  olunur.  Bu  həlimdən  gündə  3  dəfə  1  xörək 
qaşığı içilir. Yarpaqlarından hazırlanan həlimlə boğazı qarqara 
edirlər.  shala  qarşı  qurudulub  toz  halına  salınmış  yarpaqla-
rından da istifadə olunur. Bəzən xalq təbabətində yarpaqlardan 
hazırlanmış  tinkturadan  bəlğəmgətirici  vasitə  kimi  yuxarı 
tənəffüs  yollarının xəstəliklərində təyin olunur. Belə tinkturanı 
yüksək həyəcanlanma və yuxusuzluq zamanı sakitləşdirici təsiri 
müəyyən edilmişdir. 
Dioskorid  qədim  dövrdə  dəri  xəstəliklərində  böyürtkən 
yarpaqlarından kompres üçün istifadə etməyi məsləhət görürdü. 
Müasir təbabətdə yarpaqlardan alınmış həlimlə, islatmanı və ya 
ə
zilmiş yarpaqları dəmrov, ekzema, daimi  yara və köhnə irinli 
yara  nəticəsində  dərinin  zədələnmiş  yerlərinə  qoyurlar.  Bu 
yaranın  təmizlənməsinə  və  tez  sağalmasına  təsirli  kömək  edir. 
Yarpaqların  bakterisid  təsiri  onun  tərkibindəki  fitonsidlərin 
fəallığı ilə əlaqədardır. 
Böyürtkən  yarpaqlarından  çox  ətirli  və  xoşagələn  çay 
hazırlanır.  Bu  çay  dadına  və  iyinə  görə  adi  çayı  xatırladır. 
Çayın  əvəzedicisini  hazırlamaq  üçün  təzə  böyürtkən  yarpaq-
larını ağzı bağlı qaba yığıb fermentləşdirir, solmuş və qaralmış 
yarpaqlar açıq havada qurudulur. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin