Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 4.51 Kb.
PDF просмотр
səhifə19/43
tarix29.12.2016
ölçüsü4.51 Kb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

Yapon  əzgili  –  Мушмула  японская  –  Eriobothrya 
japonica  Lind. 
Gülçiçəklilər 
(Rosaceae)  fəsiləsindən 
həmişəyaşıl subtropik bitkidir. Meyvələri şirəli, turşa-şirin, açıq 
narıncı  və  ya  sarı  rəngdə,  diametri  3  sm-ə  qədər,  bəzi  mədəni 
sortlarda 10 sm-dir. Daxilində bir neçə iri toxumları var. Vətəni 
Çin  və  Şimali  Hindistandır.  Meyvəsindən  təzə  halda  istifadə 
olunur,  kompot,  mürəbbə,  marmelad,  pastila,  povidlo  hazır-
lanır.  Toxumlarından  qəhvə  əvəzediciləri  hazırlanır.  Şəhər 
parklarında  və  küçələrdə  dekorativ  bitki  kimi  əkilib-becərilir. 
Yapon  əzgili  toxumları  ilə,  mədəni  sortları  isə  calaq  etməklə 
artırılır. Müalicəvi xassələri dəqiqləşdirilməlidir. 

 
201
Yapon  xurması  –  Хурма  японская  –  Diospyros  kaki 
L.  Ebena  (Ebenaceae)  fəsiləsindəndir.  Qafqazın  Qara  dəniz 
sahillərində  daha  çox  yayılmışdır.  Qafqazda  və  Orta  Asiyada 
becərilir. Bunun meyvəsi dairəvi, yumru konusvarı və silindrik 
formada olur. Rənginə görə sarı, çəhrayı, tünd qırmızı, bəziləri 
isə  tam  qara  rəngdə  olur.  Xurmanın  3  növü  daha  çox  yayıl-
mışdır.  Bunlar  Qafqaz  (yabanı  xırnik),  Virgen  və  subtropik 
xurmalardan ibarətdir. Subtropik xurma yapon xurması adlanır. 
Yapon  xurmasının  tərkibində  79-82%  su,  15,8%  şəkər, 
0,2%  turşu,  0,25%  aşı  maddəsi,  0,59%  pektin  maddəsi,  0,5% 
azotlu maddə, 0,5% mineral maddə, 0,51% sellüloza, vitamin C 
və  karotin  vardır.  Başqa  meyvələrdən  fərqli  olaraq  tərkibində 
saxaroza olmur. Tərkib xüsusiyyəti onun yetişmə dərəcəsindən 
asılıdır.  Bu  isə  onun  dad-tamına  təsir  edir.  Subtropik  xurma 
Çində,  Yaponiyada,  Amerikada  və  Avropada  becərilir.  Təzə 
halda,  qurutmaq  üçün,  habelə  qənnadı  məmulatı  hazırlanma-
sında istifadə edilir. Iri-xırdalığından asılı olaraq xırda (100 q-a 
qədər), orta iri (100-250 q) və iri (250-500 q) olur. 
Hazırda  ölkəmizdə  30-dan  çox  müxtəlif  xurma  sortu 
yetişdirilir. Lakin hər yerdə yalnız 2 sort – Xiakume və Kostata 
sortu çox yayılmışdır. Bunlardan başqa, Xaçia, Tanenaşi, Ciro, 
Sidlev, XX əsr, Fuyyu, Tozlayıcı-8 və s. sortlar da yetişir. Qara 
dəniz  sahillərində  Korolkami  və  Şokoladlı  xurma  sortları 
yetişir. 
Tezyetişən  sortlar  oktyabrın  1-ci  yarısında,  gecyetişən 
sortlar isə noyabrın 2-ci yarısı, dekabrın əvvəllərində yetişir. 
Xurma  keyfiyyətinə  görə  1-ci  və  2-ci  əmtəə  sortuna 
bölünür. 
Meyvəsi şirin və bir qədər ağızbüzüşdürücüdür və əsasən 
təzə  halda  yeyilir.  Büzüşdürücü  xassəsini  azaltmaq  məqsədilə 
xurmanı 12 saat 30-40
0
C istiliyi olan suda saxlamaq və ya buz 
dolabında  (soyuducuda)  dondurmaq  lazımdır.  Tərkibində 
şə
kərdən  (18%-ə  qədər)  başqa  protein,  limon  turşusu,  pektin, 
tanin, C vitamini (3-53 mq%) və karotin (provitamin A) vardır. 
 
202
Xurmadan şərbət, mürəbbə, cem, jele, doşab, likör, şərab, kvas, 
araq  hazırlanır.  Son  zamanlar  qurudulmuş  xurma  çərəz  kimi 
süfrəyə verilir. 
Yapon  xurmasının  müalicəvi  xassələri.  Xalq  təba-
bətində  xurma  müxtəlif  mədə  xəstəliklərində  yeyilir.  Qida 
həzminin pozulmasında ondan pəhriz qidası kimi istifadə etmək 
olar.  Meyvəsi  toxumdan  azad  edildikdən  sonra  irinli  yaralara 
qarşı  istifadə  olunur.  Yaraların  sağalmasını  sürətləndirir.  Xur-
manın faydalı xüsusiyyətləri dəqiq öyrənilməlidir. 
Zeytun  –  Оливки,  маслинa  –  Oleaceae  Olea 
Europaea L. Zeytun (Oleaceae) fəsiləsindəndir. Əsasən Şimali 
Qafqaz, Gürcüstanın Qara dəniz sahili, Azərbaycanda, Türkmə-
nistanda  və  Krımın  cənub  zonalarında  yetişdirilir.  Tərkibində 
55%-ə qədər yağ olduğundan yağ istehsalı üçün istifadə edilir. 
Meyvəsindən  duzlanmış  və  sirkəyə  qoyulmuş  halda 
istifadə edilir. Zeytun müalicəvi əhəmiyyətə malikdir. Xüsusən 
böyrək  və  mədə  xorası  xəstəliklərinə  qarşı  istifadə  olunur. 
Zeytunun  tərkibində  6%  zülali  maddə,  çəyirdəyində  12-13% 
yağ, 6% mineral maddə, 23% su, həmçinin 9% şəkər, A, B
2
 və 
C vitaminləri vardır. 
Təsərrüfatda istifadə olunmasına görə 3 qrupa bölünür: 
1.
  Konservlik  sortlar  (Askolano,  Santa  Katerina,  Tol-
qomskaya, Armudu zeytun). 
2.
  Konservlik  yağlı  sortlar  (Tolqomskaya,  Aqostino, 
rimeyvəli Nikita zeytunu, Azərbaycan zeytunu, Şirin zeytun). 
3.
  Yağlı  sortlar  (Della  Madonna,  Tiflis,  Kore-ciolo, 
Nikita zeytunu). 
Azərbaycanda,  əsasən  Azərbaycan  zeytunu,  Aqostino, 
Armudu  zeytun,  Santa  Katerina,  Nikita  zeytunu  və  Tiflis 
sortları becərilir. 
Zeytunun  müalicəvi  xassələri.  Zeytun  yağından  qida 
məqsədləri üçün və tibbdə geniş miqyasda istifadə olunur. Bitki 
yağları içərisində ən qiymətli yağ hesab olunur. Zeytun yağına 
«provans»  deyilir.  Bu  adın  ona  verilməsi  onun  qədimdən 

 
203
ə
sasən,  Fransanın  Provans  əyalətində  istehsal  edilməsi  ilə  əla-
qədardır.  Bu  yağ  qızılı-sarı  rəngdə,  xoşagələn  dad  və  ətrə 
malikdir. 
Zeytun  yağı  orqanizmdə  asan  mənimsənilir  və  vitamin-
lərlə  zəngindir.  Ondan  kulinariyada  və  konserv  sənayesində 
istifadə olunur. 
Tibbdə  zeytun  yağının  əhəmiyyəti  böyükdür.  Ondan 
mədə-bağırsaq və öd kisəsi daşının müalicəsində, həm də bəzi 
dərmanların hazırlanmasında həlledici vasitə kimi istifadə olu-
nur.  Maz,  plastır  və  digər  məlhəmlərin  hazırlanmasında  əvəz-
olunmaz  vasitədir.  Tərkibində  doymamış  yağ  turşuları  çox 
olduğundan  aterosklerozun  müalicəsində  və  profilaktikasında 
yaxşı  vasitə  hesab  edilir.  Xalq  təbabətində  zeytun  yağı  yum-
ş
aldıcı kimi və mədə ağrılarında tətbiq olunur. Xaricə sürtmək 
üçün qoturluqda, əzilmə və həşəratlar dişlədikdə istifadə edilir. 
Zeytun  meyvələrindən  (çəyirdəyi  çıxarılmış)  hazırlanan  mü-
rəbbə  qaraciyər  və  öd  kisəsi  xəstəlikləridə  müalicəvi  əhəmiy-
yətə malikdir. 
Zeytunun  yarpaqlarından  alınan  ekstraktdan  hiperto-
niyaya  qarşı  istifadə  edilir.  O  qan  təzyiqini  aşağı  salır,  sidik-
qovucu təsirə malikdir və tənəffüsü normallaşdırır. Lakin bütöv 
təzə  yarpaqlardan  hazırlanan  ekstrakt  qurudulmuş  yarpaqdan 
hazırlanana  nisbətən  daha  səmərəlidir.  Xalq  təbabətində  də 
zeytun  yarpaqlarından  hazırlanan  tinkturadan  həmin  məqsədlə 
istifadə olunur. 
 
slami dəyərlərə əsasən zeytunun və zeytun yağının 
insan sağlamlığına faydaları 
 
“Qurani-Kərim”-də diqqətimizi cəlb edən qidalardan biri 
də  zeytundur.  Son  dövrlərdə  aparılan  araşdırmalar  zeytunun 
təkcə  ləzzətli  bir  qida  deyil,  həm  də  mühüm  bir  sağlamlıq 
mənbəyi olduğunu göstərib. 
Zeytun  yağı  başqa  qatı  yağların  əksinə  olaraq  bütün 
 
204
mütəxəssislər  tərəfindən  başda  ürək  və  qan-damar  sağlamlığı 
olmaqla  ən  çox  tövsiyə  edilən  yağ  növü  kimi  tanınır.  Zeytun 
yağının  sağlamlıq  baxımından  faydalarını  aşağıdakı  kimi  qeyd 
edə bilərik. 
 
Ürək və qan-damar sağlamlığına faydası 
 
Zeytun  və  zeytun  yağındakı  yağ  turşularının  əksəriyyəti 
doymamış  yağ  turşularıdır.  Belə  yağlarda  xolesterin  olmur. 
Buna  görə  də  zeytun  yağı  qandakı  xolesterin  səviyyəsini 
qaldırmır, əksinə, onu nəzarətdə saxlayır. Bundan başqa, zeytun 
yağının tərkibində bədən üçün zəruri olan (EFA: essential fatty 
asit)  omeqa-6  yağ  turşusu  (linolen  turşu)  var.  Buna  görə  də 
səhiyyə  təşkilatları  (Dünya  Səhiyyə  Təşkilatı  -  WHO)  damar 
kirəcləşməsi, şəkər xəstəliyi faizinin çox olduğu cəmiyyətlərdə 
istifadə  edilən  yağlardakı  yağ  turşusunun  ən  az  30%-nin  ome-
qa-6 yağ turşusu olmasını tövsiyə edir. Bu da zeytunun dəyərini 
yüksək səviyyədə artırır. 
Bu sahədə aparılan tədqiqatlar bir həftə boyunca hər gün 
25 ml – təxminən 2 xörək qaşığı – təbii zeytun yağı qəbul edən 
insanların daha az LDL (pis xolesterin) və daha yuxarı antiok-
sidant  səviyyələri  göstərdiyini  təsdiqləyib.  Antioksi-dantlar 
bədənimizdəki  “sərbəst  radikallar”  adlı  zərərli  maddə-lərin 
zərərsizləşdirilməsi və hüceyrəyə zərər verilməsinin qar-şısının 
alınması baxımından çox zəruridir. Zeytun yağından istifadənin 
xolesterinin  səviyyəsini  aşağı  salması  və  ürək  xəstəliklərinin 
qarşısını alması bir çox araşdırmalarla da təsdiq edilib. 
Zeytun  yağı  qanda  dövr  edən  LDL  adlı  zərərli  xoles-
terinin  səviyyəsini  aşağı  saldığı,  HDL  adlı  xolesterin  səviy-
yəsini  isə  yüksəltdiyi  üçün  ürək  və  qan-damar  xəstələrinə 
dərman kimi tövsiyə edilir. Ürək-damar xəstəliklərinə çox rast 
gəlinən  ölkələrdə  əksərən  yüksək  xolesterin  səviyyəsinə  malik 
doymuş yağlar işlədilir. Bununla yanaşı, zeytun yağı bədəndəki 
omeqa-6 turşusunun omeqa-3 yağ turşusuna nisbətini də pozur. 

 
205
Omeqa-3  və  omeqa-6  yağ  turşularının  müəyyən  səviyyədə 
qəbul  edilməsi  çox  vacibdir.  Çünki  bu  nisbətin  pozulması 
immunitet  və  ürək  xəstəlikləri,  o  cümlədən  xərçəng  xəstəliyi 
kimi bir çox xəstəliklərin inkişafına gətirib çıxarır. Məhz, buna 
görə də, bir çox insanlar zeytun yağı ilə şəfa tapırlar. Amerika 
Ürək  Cəmiyyəti  ürək  xəstəlikləri  riskini  azaltmaq  üçün 
doymamış  turşulu  yağ  pəhrizinin  30%-ni  az  yağlı  pəhrizə 
alternativ ola biləcəyini bildirir. 
 
Xəəng xəstəliyinin qarşısının alınması 
 
“The  Archives  of  Internal  Medicine”  jurnalında  dərc 
olunan  bir  tədqiqat  əsəri  yüksək  nisbətdə  doymamış  yağ 
istifadə edən qadınların döş xərçənginə düçar olması riskinin az 
olduğunu göstərmişdir.  
Nyu-Yorkda  Buffalo  Universiteti  tədqiqatçılarının  apar-
dığı başqa bir çalışmada isə bitki  yağlarından biri kimi zeytun 
yağının  β-sitosterolun  prostat  xərçəng  hüceyrələrinin  yaran-
masının qarşısını almaqda kömək etdiyi bildirilir. Tədqiqatçılar 
β
  -sitosterolun  hüceyrələrin  bölünməməsi  əmrini  verən 
hüceyrədaxili  xəbərləşmə  sistemini  gücləndirdiyi,  bununla  da 
hüceyrə  böyüməsi  nəzarətdən  çıxmadan  xərçəngin  qarşısının 
alına biləcəyi nəticəsinə gəliblər. 
Oksford  Universitetinin  həkimləri  tərəfindən  aparılan 
sonuncu  araşdırmada  da  zeytun  yağının  bağırsaq  xərçənginə 
qarşı qoruyucu xüsusiyyətə malik olduğu aşkar edilib. Həkim-
lər  zeytun  yağının  bağırsaq  xərçənginin  başlamasının  qarşısını 
almaq  üçün  mədədəki  turşu  ilə  reaksiyaya  girdiyini  kəşf 
ediblər.  Oksford  tədqiqatçıları  zeytun  yağının  öd  turşusu  miq-
darını  azaldaraq  və  DAO  (diamin  oksidaz  adlı  ferment) 
səviyyəsini yüksəldərək anormal hüceyrə artımına və xərçəngə 
qarşı qoruyucu olduğunu da üzə çıxarıblar. 
 
 
 
206
Artritin (oynaq iltihabı) qarşısının alınması 
 
Tədqiqatçıların  hesabatlarına  görə,  bol  miqdarda  zeytun 
yağı  və  bişmiş  tərəvəz  yeyən  insanların  oynaqlarındakı  şişmə, 
qızartı  və  ağrıya  (xroniki  iltihablanmaya)  səbəb  olan  revmatik 
artrit keçirmək riskini azaldıır. 
 
Sümüyün inkişafına kömək etməsi 
 
Zeytun  yağının  tərkibindəki  E,  A,  D  və  K  vitaminləri 
uşaqların  və  yeniyetmələrin  sümüyünün  inkişafına  kömək 
etməsi,  kalsium  miqdarını  sabitləşdirərək  sümükləri  güclən-
dirməsi baxımından çox vacibdir. Bu yağlar yaşlılara da xüsusi 
tövsiyə  edilir,  çünki  həzm  olunması  asandır  və  minerallarla 
bədəndə istifadəsinə kömək edir. Həmçinin, sümük mineraliza-
siyasını (mineralların sümüklərdə çökməsi) hərəkətə keçirərək, 
kalsium  itkisinə  əngəl  olur.  Sümüklər  orqanizmin  mineral 
quruluşunun  anbarını  yaradır  və  sümüklərdə  mineral  yığımı 
olmayanda sümük yumşalması kimi ciddi problem əmələ gəlir. 
Bu  baxımdan,  zeytun  yağının  skelet  quruluşuna  çox  müsbət 
təsiri var. 
 
Qocalmağın qarşısını alır 
 
Zeytun  yağının  tərkibindəki  vitaminlər  hüceyrələri 
təzələmək  xüsusiyyətinə  malik  olduğu  üçün  ondan  qocalığın 
qarşısının  alınmasında  da  istifadə  edilir,  çünki  zeytun  yağı 
dərini  qidalandırır  və  qoruyur.  Qidalar  bədənimizdə  enerjiyə 
çevrilərək oksidant adlı bəzi maddələr ortaya çıxır. Zeytun yağı 
özündə  ehtiva  etdiyi  çoxsaylı  antioksidant  maddələrlə  bədənin 
zərərli  maddələrlə  zədələnməsinin  qarşısını  alır,  hüceyrələri-
mizi təzələyir, toxuma və orqanlarımızın yağlanmasını ləngidir. 
Zeytun  yağı  bədənimizdəki  hüceyrələrə  zərər  verən,  onları 
qocaldan  “sərbəst  radikallara”  təzyiq  edən  E  vitamini  baxı-

 
207
mından da zəngindir. 
Uşaqların inkişafına müsbət təsiri 
 
Zeytun  və  zeytun  yağı  tərkibində  olan  linolen  turşusuna 
(omeqa-6  yağ  turşusu)  görə  təzə  doğulmuş  körpələr,  inkişaf 
mərhələsində olan uşaqlar üçün çox faydalı bir qidadır. Linolen 
turşusunun  az  olması  uşağın  inkişafının  ləngiməsinə  və  bəzi 
dəri  problemlərinin  yaranmasına  səbəb  ola  bilər.  Zeytun 
yağında bədənimizdə olan zərərli maddələrin təsirinin qarşısını 
alan  antioksidant  elementlər  və  insan  üçün  böyük  əhəmiyyət 
kəsb edən  yağ turşuları  var.  Bunlar da hormonlara dəstək olur 
və  hüceyrə  zərinin  əmələ  gəlməsinə  kömək  edir.  Zeytun  yağı 
ana  südündəki  yağ  turşusu  nisbətinə  oxşayır,  bununla  bərabər 
bir çox doymamış tərkiblərə də malikdir. 
Zeytun yağı insan bədəni tərəfindən əldə edilə bilməyən, 
həmçinin,  bədənin  zəruri  ehtiyac  duyduğu  əsas  yağlı  turşular 
baxımından  kifayət  edəcək  bir  mənbədir.  Bu  amillər  zeytun 
yağını təzə doğulan körpələr üçün çox faydalı maddəyə çevirir. 
Doğuşdan  əvvəl  və  sonra  körpə  beyninin  və  sinir  sisteminin 
təbii inkişafına müsbət təsiri olduğuna görə, mütəxəssislər tərə-
findən  analara  məsləhət  görülən  yeganə  yağ  yenə  zeytun 
yağıdır.  Bu  yağ  ana  südündəkinə  yaxın  miqdarda  linolen 
turşusu ehtiva edir. Bununla yanaşı, yağsız inək südünə zeytun 
yağı əlavə ediləndə, o ana südü qədər təbii bir qida xüsusiyyəti 
qazanır. 
 
Təzyiqi aşağı salması 
 
“The Archives of Internal Medicine” jurnalının 2000-ci il 
27  mart  tarixli  sayında  dərc  olunan  bir  araşdırma  zeytun 
yağının  yuxarı  qan  təzyiqinə  müsbət  təsirini  bir  daha  vurğula-
mışdır. Bundan başqa, zeytun yağının yarpağından təzyiqi aşağı 
salan dərmanlar hazırlanır. 
 
 
208
 
Daxili orqanlara faydası 
 
sti  və  ya  soyuq  halda  qəbul  edilməsindən  asılı  olma-
yaraq zeytun  yağı mədə turşusunu azaldaraq mədəni qastrit və 
xora  kimi  xəstəliklərdən  qoruyur.  Bununla  yanaşı,  öd  ifrazını 
sürətləndirərək  onun  ən  mükəmməl  hala  gəlməsini  təmin  edir. 
Öd  kisəsinin  boşalma  fəaliyyətini  nizamlayır  və  öddaşı  riskini 
azaldır. Tərkibindəki xlor sayəsində də qaraciyərin çalışmasına 
kömək  edir.  Bununla  da  bədənin  tullantılardan  xilas  olmasını 
asanlaşdırır.  Bunlardan  başqa,  beyin,  aorta  damarlarının  da 
sağlamlığına müsbət təsir göstərir. 
Zeytun  yağı  bütün  bu  xüsusiyyətlərinə  görə  son  dövr-
lərdə mütəxəssislərin diqqətini cəlb edir. Mütəxəssislərin izah-
larından bir qismi ilə tanış olaq. 
Sağlamlıq  və  qidalanma  sahəsində  nüfuzlu  şəxslərdən 
biri  sayılan,  “Qida  əczaxanası”  (“The  Food  Pharmacy”)  və 
“Qidalar  –  möcüzəli  dərmanlarımız”  (“Food  –  Your  Miracle 
Medicine”)  kitablarının  müəllifi,  SNN  telekanalının  mükafatlı 
müxbiri,  beynəlxalq  köşə  yazarı  olan  Jan  Karper:  -  “Italiyada 
aparılan  yeni  tədqiqatlar  nəticəsində  zeytun  yağının  özündə 
LDL  xolesterinin  arteriya  damarlarına  tıxac  yaratmaq  xüsu-
siyyəti  də  daxil  olmaqla  bəzi  xəstəlik  mərhələləri  ilə  döyüşən 
… antioksidantlar ehtiva etdiyini aşkarlayıb”. 
Pəhriz  və  qidalanma  mütəxəssisi  Pet  Beird:  -  “Zeytun 
yağının hərtərəfliliyi…onun bədənin sağlamlığına olan faydası 
haqqında öyrənəcəyimiz daha çox şey var”. 
Harvard  Universitetinin  xalq  sağlamlığı  məktəbi 
epidemiologiya  bölümü  başqanı  dr.  Dimitrios  Triçopulos:  - 
“Amerikalı qadınlar doymuş yağların əvəzinə daha çox zeytun 
yağı  istifadə  etsəydilər,  döş  xərçəngi  riskində  50%  qədər 
azalma  baş  verə  bilərdi…  Zeytun  yağı  bəzi  bədxassəli  şiş 
növlərinə  –  prostat,  döş,  onurğa,  pulcuqlu  hüceyrə  və  qida 
borusu şişlərinə qarşı qoruyucu təsirə malikdir”. 

 
209
Mayami Universitetinin (ABŞ) tibb fakültəsindən D.Pek: 
-  “Zeytun  yağının  siçovullardakı  immunitet  sistemini  güclən-
dirdiyi sübut olunmuşdur…”. 
Milan Universiteti əczaçılıq fakültəsindən Bruno Berra: - 
“Təbii  yolla  süzülmüş  zeytun  yağının  tərkibində  olan  LDL 
oksidasiona olan müqavimətini aydın şəkildə artırır”. 
II  Federiko  Universitetinin  daxili  və  metabolizma  xəs-
təlikləri  kafedrasından  A.A.Rivelles,  G.Rikardi,  M.Mançini:  - 
“Zeytun  yağı  insulin  müqavimətinin  qarşısını  alır  və  qandakı 
qlükozanın daha yaxşı nəzarətini təmin edir”. 
Neapolitan  Universiteti  tibb  və  kimya  fakültəsindən 
Patrisia Qaletti: - “Zeytun yağı polifenollarının qida kimi qəbul 
edilməsi  reaktiv  oksigen  metabolitlərlə  bağlı  xəstəlik  riskini 
azalda bilər – mədə-bağırsaqla bağlı bəzi xəstəliklər və damar-
ların tıxanması kimi. Zeytun yağı insan eritrositlərini oksidativ 
təhlükədən qoruyur”. 
Harvard  Universitetinin  xalq  səhiyyəsi  kafedrasından 
Frank  Saks:  -  “Zeytun  yağından  ibarət  olan  zəngin  qida  ra-
sionlu pəhriz ifrat kökəlməyi nəzarətdə saxlamaqda və müalicə 
etməkdə  az  yağlı  qida  rasionundan  ibarət  pəhrizdən  daha 
təsirlidir.  O  uzunmüddətli  artıq  çəki  itkisinə  də  səbəb  olur,  bu 
halda çəkini qorumaq daha asandır…”. 
Göründüyü  kimi,  bu  gün  bir  çox  alimlər  zeytun  yağını 
ə
sas qəbul edən qidalanma modelinin ən ideal forma olduğunu 
düşünür.  Bu  xüsusiyyətlərinə  görə  gündəlik  qida  rasionunda 
zəruri  olan  ən  əsas  qidaların  zeytun  və  zeytun  yağı  olduğu 
bildirilir. 
 
210
Q O Z M E Y V Ə L   L Ə R 
 
Qozmeyvəli  bitkilər  yağ  və  zülali  maddələrlə  zəngindir. 
Bəzi qozmeyvəlilərdə karbohidratlar da vardır. Qidalılıq dəyə-
rinə  və  kaloriliyinə  görə  qozmeyvəlilər  nəinki  bitki  mənşəli 
məhsullardan, hətta bəzi heyvanat məhsullarından da üstündür. 
Bu bitkilərin məhsulları uzun müddət saxlanılma qabiliyyətinə 
və  uzaq  məsafəyə  daşınmağa  davamlı  olmasına  görə  də 
üstünlük təşkil edir. 
Qozmeyvəlilərin  tərkibindəki  qidalı  maddələr  insan 
orqanizmində  asan  mənimsənilir.  Bunların  yüksək  kaloriliyi 
insanların  fiziki  əmək  nəticəsində  sərf  etdikləri  enerjini  bərpa 
edir, eləcə də xəstəlikdən zəifləmiş və arıq insanların qidasında 
mühüm əhəmiyyət kəsb edir. 
Qozmeyvəlilərin  yüksək  enerji  dəyəri,  əvvəla  onların 
tərkibində  olan  yağların  çox  olmasından  irəli  gəlir.  Quru 
maddəyə  görə bu meyvələrin 50%-dən çoxunu  yağ təşkil edir. 
Həmin  yağlar doymamış yağ turşularından olein, linol, linolen 
və  araxidon  turşuları  ilə  zəngindir.  Bu  yağ  turşuları  fizioloji 
cəhətdən yüksək dəyərə malik olduğundan, elmi ədəbiyyatlarda 
onları vitaminəbənzər maddə (F vitamini) adlandırırlar. 
Qozmeyvəlilərin  tərkibində  olan  zülallar  tərkibcə  sadə 
zülallardan  ibarətdir  və  orqanizmdə  asan  mənimsənilir.  Qoz-
meyvəlilərin  tərkibində  vitaminlər,  aşı  və  boya  maddələri  və 
bioloji  fəal  maddələr  də  vardır  ki,  bunlar  insan  orqanizminə 
fizioloji  təsir  göstərir.  Elmi  və  xalq  təbabətində  qozmey-
vəlilərin  ləpəsi  ilə  yanaşı,  bu  bitkilərin  vitamin  və  bioloji 
maddələrlə zəngin olan digər orqanlarından da istifadə olunur. 
Qozmeyvəlilərin  yağından  texniki  məqsədlər  üçün  də 
istifadə edilir. 
Qozmeyvəlilərə  yunan  qozu,  fındıq,  badam,  püstə, 
yerfındığı, pekan,  fıstıq, sidr qozu, şabalıd aiddir. Biz bu qrup 
daxilində  günəbaxan,  küncüt  və  kətan  (zəyərək)  haqqında  da 
məlumat veririk. 

 
211
Badam  –  Миндаль  –  Amygdalus  communis.  Gül-
çiçəklilər  (Rosaceae)  fəsiləsindəndir.  Badam  cinsinin  40  növə 
qədər  ağac  və  kolu  məlumdur.  Azərbaycanda  4  növü  yayıl-
mışdır.  Badam  yabanı  halda  Orta  Asiyada,  Dağıstanda, 
Azərbaycanda  bitir.  Naxçıvanın  dağlıq  hissələrində  yabanı 
badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur.  «Badamlı»  adını 
daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla 
ə
hatə  olunduğu  halda,  indi  əlçatmayan  yerlərdə  azacıq  badam 
ağacları qalmışdır. 
Qeyd  etmək  lazımdır  ki,  mədəni  badam  sortları  yabanı 
badama  çox  yaxındır  və  ancaq  meyvələrinin  böyüklüyü, 
qabıqlarının nazikliyi ilə fərqlənir. 
Badam  yarpaqlar  əmələ  gəlməmiş  mart-apreldə  (bəzən 
fevralda) çiçəkləyir. Çiçəkləri tək-tək və ya 2-4 ədəd bir yerdə 
toplanmış olur. Çiçəkləri iri beşləçəkli, rəngi ağ və ya ağımtıl-
çəhrayıdır. 
Badamın  meyvələri  iyul-avqust  aylarında  yetişir.  4-5 
yaşından məhsul verir, 130 il və daha çox yaşayır. Meyvəsinin 
uzunluğu  2,5-3  sm-dir.  Mədəni  sortlar  nisbətən  iri  olur. 
Meyvəsi  yumurtavarı,  yanlarından  basılmış,  təpəsi  küt  və  ya 
ş
işmər,  çox  vaxt  əyri  olur.  Meyvənin  üzəri  çəyirdək  ətrafı  ətli 
hissə ilə örtülmüşdür. Bu, yaşılımtıl, üzəri tüklü olub, yetişəndə 
yarılır və içindən çəyirdəyi çıxır. Qabığı qalın, bərk və ya nazik 
olur.  Rəngi  boz-sarıdan  tünd  qəhvəyiyədək  dəyişir.  Badamın 
bir  və  ya  iki  ləpəsi  olur.  Ləpəsi  ağımtıldır,  sarı-qəhvəyi  pərdə 
ilə örtülmüşdür. Islandıqda bu qabıq asanlıqla ayrılır. Dadı xoş, 
yağlı və şirindir. 
Badamın  tərkibində  40-60%  yağ  (qurumayan),  20-30% 
zülali maddə, 13% karbohidrat, 3,6% sellüloza, 2,3% minerallı 
maddə, 15 mq%  B
1
 vitamini vardır. Yabanı halda bitən  əksəri 
badam  acı  olur.  Onların  tərkibində  2,5-3,5%  amiqdalin 
qlükozidi  vardır.  Bu  qlükozid  orqanizmdə  qlükozaya  və  sinil 
turşusuna  parçalanır.  Sinil  turşusu  isə  qüvvətli  zəhərdir.  Ona 
görə də acı badam qida üçün sərf edilməməlidir. 
 
212
Ş
irin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı 
sənayesində  istifadə  edilir.  Acı  badamdan  badam  yağı  və  0,5-
0,8%  miqdarında  efir  yağı  alırlar.  Bu  məhsullar  ətriyyat, 
ə
czaçılıq  sənayesində  kamfora,  məlhəm,  emulsiya  istehsalı 
üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmu-
latlarının  ətirləndirilməsi  üçün  istifadə  edilir.  Badamın  qabığı 
konyak,  likör  və  bəzi  şərabların  ətirləndirilməsi  və  rənginin 
yaxşılaşdırılması üçün işlədilir. Ondan, həmçinin, aktivləşdiril-
miş kömür də alırlar. 
1   ...   15   16   17   18   19   20   21   22   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə