Acıqovuq, zəncirotu – Одуванчик лекарственный –
Taraxacum
officinale
Web.
Bu
mürəkkəbçiçəklilər
(Compositae) fəsiləsidən çoxillik bitki olub, çoxlu yarpaqları
və düyünlü kökləri vardır. Yarpaqları lansetvarıdır, kənarları
kəsik-kəsikdir. Çiçəkləri sarı rəngdədir.
Zəncirotu, adətən may-iyun aylarında çiçək açır. Bitkinin
bütün hissələri acı dad verir, lakin zəhərli deyildir. Dərman
məqsədilə bitkinin kökü tədarük edilir. Kökündə 10%-ə qədər
acı dadlı taraksasin qlikozidi, polişəkər inulin (payızda 40%-ə
qədər, yazda isə 1-2%), 20%-ə qədər saxaroza, 15%-ə qədər
zülali maddə, karotin, selikli və aşı maddələri, sterinlər və piyli
yağ vardır. Çiçəklərində və yarpaqlarında karotinoidlər, üçter-
pen spirtləri, B
2
və C vitamini, xolin, nikotin turşusu, sapo-
ninlər və minerallı maddələr (dəmir, kalsium, manqan, fosfor
və s.) vardır.
Zəncirotu Azərbaycanda da geniş yayılıb. Ona respub-
likamızın əksər bölgələrində rast gəlinir.
Zəncirotunun müalicəvi xassələri. Dərman məqsədilə
zəncirotunun köklərindən daha geniş istifadə olunur. Kökləri
payızın ilk aylarında toplanır, yerüstü hissələrdən təmizlənir,
soyuq su ilə yuyulub günəş altında qurudulur. Belə qurudulmuş
köklərdən təbabətdə iştahartırıcı və həzm prosesini yaxşı-
235
laşdırıcı vasitə kimi istifadə olunur. Bu məqsədlə zəncirotu
köklərini xırdalayıb toz halına salır və ondan 1-2 xörək qaşığı 3
stəkan suda dəmləyib, gündə 3 dəfə armudu stəkanla,
yeməkdən 5-10 dəq. əvvəl qəbul edilir.
Zəncirotu kökünün çayından qaraciyər və öd yolları
xəstəliklərində də istifadə olunur. Bu məqsədlə hazırlanmış
quru tozundan iki çay qaşığı götürüb, bir stəkan qaynar suda
dəmləyərək, səhər və axşam yeməkdən əvvəl 1-2 xörək qaşığı
xəstəyə içirirlər.
Xalq təbabətində zəncirotundan qida həzmini yaxşı-
laşdıran, ödqovucu, sakitləşdirici, sarılıq, yuxusuzluq və digər
xəstəliklərdə istifadə olunur.
Acıtərə-vəzəri – Кресс-салат – Lepidium sativum.
Xaççiçəklilər (Cruciferae) fəsiləsindən uzunluğu 30-60 sm
olan birillik bitkidir (Lepidium sativum). Yarpaqları şaxəli və
ya bütöv, çiçəkləri ağ rəngdədir. Vətəni Iran hesab edilir.
Acıtərə Qədim Misirdə, Yunanıstan və Romada istifadə olunan
tərəvəzdir. Mülayim və isti iqlim olan rayonlarda yetişir.
Yarpaqlarında kalium və kalsium duzları, yod və dəmir vardır.
Bunun acı yandırıcı dadı tərkibindəki qlükotropeolin və lepidin
qlükozidlərinin miqdarından asılıdır. Isti şitilliklərdə yetişən
acıtərənin tərkibində 84,5 mq% C vitamini, 2,27 mq% karotin
vardır. Açıq torpaqda yetişəndə isə müvafiq olaraq 164,7 və
3,76 mq%-dir. Yaşıl kütləni fermentləşdirdikdən sonra 0,115%
efir yağı almaq mümkündür. Efir yağının əsasını benzil-xardal
yağı təşkil edir. Toxumunda 22,8-25% yağ vardır.
Acıtərə müxtəlif salatlara, ət xörəklərinə və şorabalara
qatılır. Təzə halda süfrəyə verilir. Pendirlə yeyildikdə iştahaçıcı
qəlyanaltı hesab edilir.
Acıtərənin müalicəvi xassələri. Yarpaqları xoşagələn
tünd dadlı olduğundan, müxtəlif məqsədlər üçün istifadə olun-
masını təmin edir. Acıtərəni süfrə göyərtisi kimi yeyirlər və
müxtəlif şorbalar, souslar, ət və balıq xörəkləri üçün tamlı
qatma kimi də istifadə edirlər. Acıtərənin təzə cavan yarpaq-
236
larından hazırlanan salatlar sinqa əleyhinə ən yaxşı vasitədir.
Bu salata bir qədər turşəng və kasnı yarpaqları əlavə edildikdə
daha dadlı olur.
Avitaminozun müalicəsində və profilaktikasında, eləcə
də qanazlığında acıtərənin köklərindən sıxılmış şirədən istifadə
etmək olar. Bu şirəni gündə 3 dəfə 1 çay qaşığı içmək məsləhət
görülür. Acıtərənin toxumlarından alınan tozvarı məhsuldan
xardalaoxşar qıcıqlandırıcı vasitə kimi istifadə etmək olar.
Sarıca xəstəliyi, qotur yaraları və irinlənmiş yaraların müali-
cəsində xaricə sürtmək üçün acıtərənin qurudulub-üyüdülmüş
toxum və yarpaqlarından 1:5 nisbətində ərinmiş yağda hazır-
lanmış məlhəmdən istifadə edilir.
Ağ turp – Редька – Raphanus Sativus L. Subap.
hubernus Alef. Xaççiçəklilər (Cruciferae) fəsiləsindəndir.
D
adı tünd, acıtəhər-şirindir. Əsasən salatların hazırlanmasında
istifadə olunur. Ona tünd dadı verən tərkibindəki 0,03-0,05%
efir yağıdır. Tərkibində 7%-ə qədər karbohidrat, o cümlədən
6,2%-ə qədər şəkər, 2%-ə qədər zülal, 29 mq% C vitamini,
fosfor, dəmir və kükürd duzları vardır. Sortlarından Krayvoron-
skaya, Odessa-5, yumru ağ qış sortu, yumru qara qış sortu, ağ
may, Dunqan və Abşeron ağ turpu və s. göstərmək olar.
Azərbaycanda ən çox 2 sort: yumru ağ qış sortu və Abşeron ağ
turpu yayılmışdır.
Ağ turpun müalicəvi xassələri. Roma tarixçisi və yazıçı
Pliniy qeyd edirdi ki, misirlilər ağ turpun toxumundan yağ
alırdılar. Onun kökləri də o dövrdə istifadə olunurdu.
Qədim yunan alimi Dioskoridin məlumatına görə ağ turp
qidanın həzminə köməkdir. Qalen isə ağ turpdan iştahanın
artması üçün istifadə etməyi məsləhət görürdü. Ağ turp mədə
ş
irəsinin ifrazını artırmaqla həzmi yaxşılaşdırır. Ağ turpun
tərkibindəki sellüloza bağırsağın motor funksiyasına müsbət
təsir göstərir və orqanizmdən artıq xolesterinin ifrazına səbəb
olur. Bu isə aterosklerozun profilaktikasında mühüm əhəmiy-
yətə malikdir. Lakin mədə xorasında, mədə-bağırsaq traktının
237
və qaraciyərin sətəlcəmində, ürəyin kəskin xəstəliklərində ağ və
qırmızı turpdan istifadə etmək arzuolunmazdır.
Xalq təbabətində ağ turp geniş tətbiq olunur. Göyös-
kürək, yuxarı tənəffüs yollarının katarında, bronxitdə bəlğəm-
gətirici və öskürəyi sakitləşdirici kimi 1:1 nisbətində bal və ya
şə
kərlə qarışdırılmış ağ turp şirəsindən gündə 3-4 dəfə 1 xörək
qaşığı içmək məsləhətdir.
Ağ turp şirəsi ağciyərin vərəmində də içilir. Bəzən ağ
turp şirəsini hazırlamaq üçün iri ağ turpların ortası oyulub
çökəklik düzəldilir, oraya bal (və ya şəkər) tökülür və ayrılan
ş
irədən gündə yarım stəkandan 1,5 stəkana qədər qəbul olunur.
Bu, həm də sidikqovucu və sidik kisəsi daşının «əridil-
məsi» üçün də yaxşı vasitədir. Keçmişdə ağ turp şirəsini
həkimlər podaqra xəstəliyində və öd kisəsi daşının müalicə-
sində də xəstələrə yaxşı müalicəvi vasitə kimi məsləhət görür-
dülər. Ödqovucu kimi qara turpun şirəsini su ilə qarışdırıb
yeməkdən 30-40 dəq əvvəl içirlər.
Ağ turp şirəsi xaricə sürtmək üçün də tətbiq olunur.
Revmatizm, podaqra, miozit, nevrit və radikulitdə ağrılı yerləri
turp şirəsi ilə ovuşdurmaq məsləhətdir. Xalq təbabətində
revmatizm zamanı aşağıdakı nisbətdə qarışıq hazırlanır: 3 hissə
turp şirəsi, 2 hissə bal və 1 xörək qaşığı araqla qarışdırılır, 0,5
litr qarışığa 1 xörək qaşığı xörək duzu qatılır. Yatmazdan əvvəl
həmin qarışıqdan 25-30 ml içib, xəstə oynaqları yaxşı
ovxalayırlar.
Ağ turp əzintisi və şirəsi antimikrob təsirə malik oldu-
ğ
undan irinləyən yaraları daha tez sağaldır. Bu isə ağ turpun
tərkibində güclü bakterisid təsirə malik lizosim maddəsinin
olmasından irəli gəlir. Ağ turpun, xüsusilə qara turpun toxum-
ları da güclü antimikrob xassəyə malikdir. Xırdalanmış toxum-
ları bir qədər su ilə qarışdırıb, irinlənmiş yaraların və ekze-
manın daha tez müalicəsi üçün istifadə edirlər. Toxumundan və
kökündən araqda hazırlanmış tinkturadan çilə qarşı istifadə
olunur.
238
Ağbaş kələm – Белокочанная капуста – Brassica
oleracea var. Capitala falba L. Xaççiçəklilər (Cruciferae)
fəsiləsindəndir. Digər kələmlərdən fərqli olaraq yüksək məh-
suldarlığı, müxtəlif müddətlərdə yetişməsi, yaxşı saxlanılması
ilə seçilir. Bəzi alimlərin fikrincə kələmin vətəni Gürcüstanın
Kolxida düzənliyi bölgəsidir. Rus dilində «kapusta» sözü
Qədim Roma dilində «baş» mənasını verən «kaput» sözü ilə
ə
laqədardır.
Ağbaş kələmin tərkibində orta hesabla 90,0% su, 1,8%
zülal, 4,6% şəkərlər, 0,5% nişasta, 0,7% sellüloza, 0,05% üzvi
turşu, 0,7% mineral maddə vardır. Ağbaş kələmdə 15-70 mq%
C, 0,05-0,1 mq% B
1
, 0,05-0,02 mq% B
2
, 0,4-0,9 mq% PP
vitaminləri, 0,02-0,3 mq% β-karotin, K, P və B
3
vitamini
vardır. Ağbaş kələmin kimyəvi tərkibi torpaq-iqlim şəraitindən,
təsərrüfat-botaniki sortlarından, yetişmə və saxlanılma müd-
dətindən və kələmin anatomik hissələrindən asılı olaraq dəyişir.
Kələm tərəvəzlərində olan azotlu maddələrin 50%-ə qədərini
zülallar təşkil edir. Aminturşulardan gistidin, lizin, valin,
leysin, sistin, tirozin və s. vardır. Kələm zülalının tərkibində
kükürd vardır ki, bu da bişirilmə zamanı xoşagəlməz iyə (hid-
rogen sulfid və merkaptan) səbəb olur. Kələmdə xolin və
betanin də vardır. Şəkərlərin əsasını invertli şəkər təşkil edir.
Cüzi miqdarda saxaroza vardır. Tərkibindəki sadə şəkərlər
kələmin turşudulması zamanı süd turşusuna çevrilir. Kələmdə
1%-dək hemisellüloza, az miqdarda maltoza və qalaktoza
vardır. Kələmdə 0,01-1,7% lipidlər, 7 mq% xardal yağı olur.
Üzvi turşulardan limon və alma turşusu, mineral maddələrdən
Ca, P, K, Na, Mg, Fe, Zn, Mn, J və s. vardır. Fe – 0,4-1,1 mq%,
Ca – 43,2 mq%, P – 22 mq%, K – 210 mq%, Na – 23 mq%-dir.
Yetişmə müddətinə görə kələmin təsərrüfat-botaniki
sortları 5 qrupa bölünür: tezyetişən (90-115 günə), orta
tezyetişən (115-125 günə), orta (125-135 günə), orta gecyetişən
(135-150 günə) və gecyetişən (150-180 günə).
239
Kələm tərəvəzlərinin, o cümlədən ağbaş kələmin key-
fiyyəti yarpaqların sayından və sıxlığından asılıdır. Belə ki,
tezyetişənlərdə 10-15 yarpaq, orta yetişənlərdə 20-22 yarpaq və
gecyetişənlərdə 26-30 yarpaq olur. Kələm yarpaqları isə onların
ağ və göyümtül rəngindən asılı olaraq müxtəlif tərkibə malik
olur. Belə ki, ağyarpaqlılar göyyarpaqlılara nisbətən şəkərlə və
azotlu maddələrlə zəngindir. C vitamini iç yarpaqlarda üst
yarpaqlara nisbətən çox olur. Məsələn, Amager sortlu kələmin
üst yarpaqlarında 26,9-31,9 mq% C vitamini olduğu halda,
daxili yarpaqlarında bunun miqdarı 45,1-50,2 mq%-ə bəra-
bərdir.
Yetişmə müddətinə, təyinatına, formasına, ölçüsünə və
bərkliyinə, daxili özəyinin uzunluğuna görə ağbaş kələm müx-
təlif sortlara ayrılır.
Kələm başları xırda (diametri 10-18 sm), orta (20-25 sm)
və iri (25 sm-dən çox) olur.
Formasına görə kələm girdə, yastı, oval və sivri uclu,
bərkliyinə görə isə yumşaq və bərk olur. Uzun müddət sax-
lamaq üçün yaxşı inkişaf etmiş bərk kələm götürülür. Yetişmə
müddətindən asılı olaraq aşağıdakı kələm sortları vardır.
Tezyetişən kələm sortlarından «Nömrə bir», «Qribovski-
147»-dir. Çox yayılmış bu kələmin çəkisi 1-1,5 kq gəlir. Bu
qrupa,
həmçinin,
«Yerli
yaxşılaşdırılmış
Dərbənd»,
«Tezyetişən» sortlar aiddir.
Orta tezyetişən kələm sortlarından «Qızıl hektar-1432»,
«Kolxozçu-2001», «Staxanovka-1513» (çəkisi 2-2,5 kq) və s.
göstərilə bilər.
Orta yetişən sortlardan «Slava-1305», «Qribov şöhrəti-
231» və s. Orta gecyetişənlərdən «Belorus 455», «Hədiyyə»,
«Nadejda», «Ladoqa-22», «Qış Qribov-13» və digər sortlardır.
Gecyetişən kələm sortlarından «Zimovka 1474»,
«Amager-611», gecyetişən «Moskva-15» (çəkisi 15 kq),
«Zavodskaya», «Biryuçekut-138», «Belosnejka», «Cənub-31»
və s. göstərmək olar.
240
Azərbaycanda «Nömrə bir», «Qribovski-147», «Dər-
bənd-Qusar çay», «Slava-1305», «Likurişka-478/15», «Yerli
Abşeron», «Staxanovka-1513», «Qızıl hektar-1432» və «Yerli
Dərbənd» kələm sortları becərilir.
Tezyetişən kələm sortları, əsasən təzə halda istifadə
edilir. Konservləşdirmək üçün yararsızdır. Orta yetişən və gec-
yetişən sortlardan isə həm konservləşdirmədə və həm də təzə
halda istifadə edilir. Gecyetişən sortları təzə halda, optimal
şə
raitdə iyun ayına kimi saxlamaq mümkündür.
Ağbaş kələmin keyfiyyəti yoxlandıqda standarta əsasən,
onun xarici görünüşü, yarpaqlarının sıxlığı və çəkisi nəzərə
alınır. Ümumiyyətlə, tezyetişənlərin çəkisi 0,4 kq, orta
yetişənlərin çəkisi 0,8 kq-dan az olmamalıdır.
Hər dəfə qəbul edildikdə 5%-ə qədər quru, çirk, əzik,
zərərvericilərlə zədələnmiş və s. kələmin olmasına icazə verilir.
Kələmin başı bütöv, təzə, təmiz, tam inkişaf etmiş, bərk,
sağlam və formaca öz təsərrüfat-botaniki sortuna xas olmalıdır.
Kələmin başında çoxu 3 sm uzunluğunda özək saxlanılır.
Fevralın 1-dən etibarən ticarət şəbəkəsinə daxil olan kələm üstü
təmizlənərkən ayrı-ayrı yerlərində səthinin 1/8 hissəsi qədər
kəsilib tullanan, çəkisi 0,6 kq gələn kələmlərin olmasına icazə
verilir.
Ağbaş kələmin müalicəvi xassələri. Qədim Romada
kələmi əsas yeməkdən sonra desert kimi süfrəyə verirdilər.
Kələmin dəyəri onun qidalılığı ilə məhdudlaşmır. Kələm
qədimdən böyük müalicəvi əhəmiyyətə malikdir. Kələmin
müalicəvi məqsədələ istifadə olunması haqqında Katon,
Dioskorid, Pliniy və Qalen kimi tarixçilərin əsərlərində qeyd
olunmuşdur. Kələmdən qədimdə dəri xəstəliklərində, qida həz-
minin pozulması zamanı istifadə etmişlər. Rus xalq təbabətində
kələmdən qida həzminin pozulmasında, qaraciyərin və dalağın
xəstəliklərində, ekzemanın müalicəsində, yanıqlarda, irinlənmiş
yaraların və digər xəstəliklərin müalicəsində istifadə edirlər.
241
Kələmin tərkibində 1,63% sellüloza vardır. Bu, bağır-
sağın motor funksiyasını yaxşılaşdırır və xeyirli bağırsaq
çöplərinin həyat fəaliyyətinə müsbət təsir göstərir. Bununla
belə, sellüloza orqanizmdən xolesterinin kənar edilməsinə
səbəb olur ki, bu da aterosklerozun qabağını almaqda mühüm
ə
həmiyyətə malikdir. Kələmin tərkibindəki vitaminlərin, fer-
mentlərin, kalium, fosfor və kükürd duzlarının orqanizm üçün
xeyiri vardır. Kələmin müalicəvi və pəhrizi qidalanmada
mühüm əhəmiyyəti vardır.
Təzə kələmdən hazırlanan salatlarda C və digər vita-
minlər olduğundan çox xeyirlidir. Kələmin daxili yarpaqlarında
C vitamininin miqdarı üst yarpaqlar-dakından çoxdur. Kələmi
düzgün turşutduqda C vitamini yaxşı qalır. Həm də bütöv və 2-
4 yerə bölünmüş kələmdə xırda doğranmış kələmə nisbətən
daha çox C vitamini olur. Qış mövsümündə kartof və
turşudulmuş kələm əsas vitamin mənbəyi hesab olunur. Bunun
üçün turşudulmuş kələmi soyuq və qaranlıq yerdə, eləcə də
səthi örtülənə qədər duzluq (məhlul) altında saxlamaq lazımdır.
Kələmi turşutduqda C, B
2
, PP vitaminləri və digər faydalı
maddələr duzluğa keçir. Həmin məhlulun pəhrizi və müalicəvi
ə
həmiyyəti vardır. Xalq təbabətində turşudulmuş kələmin
suyunu vitaminli və ümumi möhkəmləndirici içki kimi içmək
məsləhət görülür. Bu iştahanın artmasına, qida həzminin yax-
ş
ılaşmasına, qaraciyər, davamlı qəbizlik və babasil xəstəlik-
lərinə kömək edir. Kələm suyunu yeməkdən əvvəl və ya yemək
zamanı ilıq halda 1-1,5 stəkan içirlər.
Kələmin müalicəvi xassələri onun tərkibində mədə
xorasına qarşı təsiredici vasitənin 1949-1950-ci illərdə ekspe-
riment yolu ilə müəyyən olunması ilə daha çox əhəmiyyətlidir.
Mədə və onikibarmaq bağırsağın peptid xoralarının müalicə-
sində kələm suyunun sağaldıcı təsiri vardır. Kələm şirəsi mədə
xorasının sağalması və epitel toxumaların əmələ gəlməsini
sürətləndirir. Birinci 5-10 gün müalicə aldıqdan sonra xəstədə
ağrılar azalır və özünü yaxşı hiss edir.
242
Kələm suyundan istifadənin əhəmiyyəti onun tərkibin-
dəki U vitamini ilə əlaqədardır. Bu isə bəzi bədxasiyyətli
ş
işlərin artmasının qarşısını alır.
Kələm şirəsini ev şəraitində hazırlamaq çətin deyil. Kə-
ləm şirəçəkən maşından keçirilir və belə şirə 1-2 gündən çox
saxlanılmamalıdır. Şirəni sərin yerdə və ya soyuducuda sax-
lamaq lazımdır. Sərin şirənin dadı və təravəti daha yaxşıdır.
Hər gün 3-4 dəfə yeməkdən 40-50 dəq. əvvəl 1-1,5 stəkan
kələm suyu içmək məsləhətdir. Mədənin və onikibarmaq ba-
ğ
ırsağın müalicəsi 1 ay, bəzən daha çox davam edir. Xəstə
sağaldıqdan 6 ay sonra təkrar profilaktiki müalicə kursu apa-
rılır. Kələm şirəsi mədə şirəsinin turşuluğunun az olması ilə
ə
laqədar qastritdə, xolesistitdə, yoğun bağırsağın xoralı və
spazmalı iltihabında faydalıdır.
Kələmin tərkibində fitonsidlər vardır. Bu maddələrin
bakteriyalara qarşı, qızılı stafilakokk, vərəm çöpləri və digər
mikroblara öldürücü təsiri eksperiment yolu ilə müəyyən
olunmuşdur. Kələmdə fitonsidlərin olması xalq təbabətində
onun xaricə müalicəvi təsiri ilə də təsdiq olunmuşdur. Belə ki,
kələm əzintisini yumurta ağı ilə qarışdırıb irinli yaraların,
yanıqların üzərinə qoyurlar. Xırdalanmış kələm yarpaqlarını
süddə bişirib kəpəklə qarışdırmaqla dərinin nəmli ekzemalı
yerlərinə və sıraca xəstəliyində (xənazir xəstəliyi) təpitmə kimi
qoyulur.
Təzə kələm şirəsini ilıq su ilə qarışdırıb ağız boşluğunu
və boğazı qarqara edirlər. Qədim Romada qırmızıbaş kələmin
ş
irəsi ağciyər vərəmində ən yaxşı müalicə vasitəsi hesab
edilirdi. Belə şirəni indi də öskürəyə və səs tutulmasına qarşı
gündə bir neçə dəfə çay qaşığı ilə içmək məsləhət görülür.
Tənəffüs yollarının iltihabı xəstəliyində kələm həlimini
südlə qarışdırıb içmək çox xeyirlidir.
Kələmin digər sortlarının (Gül kələm, Savoy kələmi,
Brüssel kələmi və s.) tərkibində vitaminlər və faydalı maddələr
243
olduğundan, onlardan da pəhriz və müalicəvi məqsədlə istifadə
olunur.
Badımcan – Баклажан , демьянка – Solanum
melongena L. Badımcançiçəklilər (Solanaceae) fəsiləsindən-
dir. stisevən birillik bitkidir. Əsasən Moldovada, Orta Asiya və
Zaqafqaziya respublikalarında becərilir.
Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtül-
müşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır.
Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2%
üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5-0,7% pektin maddəsi,
0,0044-0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş
badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal
badımcanın tərkibində 0,8-3,7% nişasta olur.
Badımcan ölçüsünə və formasına görə qruplaşdırılır.
Xırdameyvəli armudaoxşar badımcanların uzunluğu 8-10 sm,
diametri 5-7 sm, irimeyvəli armudaoxşar badımcanda isə uyğun
olaraq 10-18 və 8-13 sm, silindrformalı orta və iriölçülü
badımcanların uzunluğu 10-25 sm, diametri isə 5-8 sm-dir.
Çəkisi 50 q-dan 100 q-a qədər (bəzən 2000 q-a qədər) olur.
Lakin əksərən 100-300 q irilikdə dərilir.
Yetişməsinə görə tezyetişən (120 günə), ortayetişən
(120-140 günə) və gecyetişən (140 gündən çox) sortları olur.
Açıq bənövşəyi və ya tünd bənövşəyi rəngdə olur. Ətli hissəsi
zərif və toxum hissəsi daha cavan olanlar yüksəkkeyfiyyətli
sayılır. Saxlanılacaq badımcan növlərini yetişməmiş dərirlər.
Həddindən artıq yetişmiş badımcanın lifləri kobudlaşdığından
dadı pisləşir.
Geniş yayılmış sortlarından Universal-6, Simferopol-105,
Uzun bənövşəyi-239, Konservlik-10, Don-14, Delikates, tez-
yetişən, Pekin, Silindr formalı misal göstərilə bilər. Bunlardan
başqa Bolqar 0-14, Krım-714 və Şavqremani-9 sortları da
vardır.
Azərbaycanda becərilən badımcan sortlarından uzun
bənövşəyi-239 və Yerli Abşeron sortunu göstərmək olar.
244
Badımcanın keyfiyyətinə aşağıdakı tələblər verilir.
Meyvəsi tam yetişməmiş, təmiz, təzə, sağlam, forması və rəngi
botaniki sortuna müvafiq, forması eybəcər və qabığı isə kobud
olmamalıdır. Ətli hissəsi elastiki, toxum kamerası boşluqsuz və
natamam yetişmiş ağ toxumları olmalıdır. Meyvəsinin uzun-
luğu 10 sm-dən, diametri 5 sm-dən az olmamalıdır.
Tam yetişmiş, içərisi boşluqlu və toxumu tam yetişmiş
badımcanların miqdarı 5%-dən, qabığı büzüşmüşlərin miqdarı
15%-dən, əzilmiş və çatlamışların miqdarı 8%-dən çox olma-
malıdır. Kənarlaşmanın ümumi miqdarı hər göstərici üzrə
norma daxilində 15%-dən çox olmamalıdır. Badımcan bənöv-
şə
yi rəngdə, müxtəlif çalarlı və saplaqlı olmalıdır.
Badımcanın müalicə vi xassə lə ri. Badımcanın vətəni
Hindistanın tropik bölgələri hesab olunur. Orada badımcan
yabanı formada bitir.
Badımcan təzə, duza, sirkəyə qoyulmuş və konserv-
ləşdirilmiş halda qidaya sərf olunur. Badımcan kürüsü ən geniş
yayılmış qəlyanaltı konservidir. Aşpazlıqda müxtəlif xörəklərin
(dolma, müsəmbə, qızartma, kükü və s.) hazırlanmasında
istifadə olunur.
Badımcanla qidalanma aterosklerozun müalicəsində və
profilaktikasında çox faydalıdır. Çünki orqanizmdən xolesterini
çıxartmaqla qanın tərkibində və damarların divarında onun
səviyyəsini aşağı salır. Bu, eksperiment yolu ilə təsdiq olun-
muşdur. Badımcanda kaliumun miqdarı çox olduğundan, ürəyin
fəaliyyətini yaxşılaşdırır, orqanizmdən artıq mayenin çıxarıl-
masına kömək etdiyindən, onun pəhrizi dəyəri artır. Badımcan
yaşlı adamlara, ürək-damar xəstəliyindən əziyyət çəkənlərə,
xüsusən ürəyin fəaliyyətinin zəifləməsi ilə müşahidə olunan
ş
işlərdə məsləhət görülür. Orqanizmdən sidik turşusu duz-
larının sidik vasitəsilə kənar olunmasında, eləcə də podaqrada
badımcandan gündəlik qidada istifadə olunması çox faydalıdır.
Dostları ilə paylaş: |