Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

Ağ  tut  –  Шелковица  (тут)  белый  –  Morus  alba  L. 
Tut (Moraceae) fəsiləsinə mənsubdur. Ağ tutun Vətəni Zaqaf-
qaziyadır. Meyvəsi üçün becərilən tut 2 əsas növə bölünür: ağ 
və  xartut.  Yaxın  Şərq  ölkələrində  çox  yayılmışdır.  Azər-
baycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ-
müxtəliflikləri vardır. Yabanı halda Azərbaycanın meşələrində, 
çay kənarlarında və dağ ətəklərində bitir. Yabanı tutun bir çox 
formaları vardır və yerli tutlar bunlardan seçilib qədim zaman-
lardan bəri becərilməkdədir. 
Ağ  tut  ağacının  hündürlüyü  20  m-ə  çatır.  Qara  xartutun 
ağacı isə bir qədər xırda olur. Ağacı çox yavaş böyüyür. 
Meyvəverən tutların erkək və dişi çiçəkləri olur. Çiçəklər 
yarpaqlarla  eyni  vaxtda  əmələ  gələn  kiçik  meyvəciklərin  üzə-
rində  açılır.  Çiçəklər  gödək  saplaqla  salxımda  yerləşir.  Erkək 
çiçəklərin 4 kasa yarpaqları və 4 yarpaqcığı vardır. Torbacıqlar 
partladıqdan  sonra  tozları  tökülür.  Dişi  çiçəklərin  4  kasacıq 
yarpaqları,  2  ağızcığı  vardır.  Hər  çiçəkdən  tək-tək  kiçik  mey-
vələr əmələ gəlir və bunlar bir saplaq üzərində yerləşərək tutun 
ə
sas  meyvəsini  təşkil  edir.  Hər  meyvəciyində  bir  ədəd  yastı, 
sarı, xırda toxumu vardır. Toxumların arasında olan sulu, şirin 
lətliyi  yeyilir.  Meyvəsi  silindr  şəklində,  saplağı  qısadır.  Tutun 
meyvəsi mürəkkəb giləmeyvədir. 
Ağ tut iyun-iyulda, xartut isə iyul-avqustda yetişir. Mey-
vələrin yetişməsi tədricən olur və 40 gün davam edir. Ağ tutun 
meyvəsi ağ-yaşılımtıl, ağ-sarımtıl və ya ağ-çəhrayı rəngdə, sulu 
və  şirindir.  Ağ  tutun  meyvələri  tam  yetişdikdə  yerə  tökülür. 
Odur  ki,  tutu  yetişdikcə,  hər  iki  gündən-bir  səhər  tezdən 
silkələyib xüsusi çadralara toplayırlar.  
Ağ  tutun  meyvəsi  şirin,  dadlı,  asan  həzm  olunduğundan 
təzə halda yeyilir. Tərkibində 23%-ə qədər şəkər, üzvi turşular, 
zülal,  pektin,  yağ,  aşılayıcı  və  rəngləyici  maddələr,  vitaminlər 
və dəmir vardır.  

 
169
Ağ  tut  təzə  halda  yeyilir,  kompot,  mürəbbə,  jele,  şərbət 
və  doşab  hazırlanır.  Tut  doşabı  tərkibinə  görə  bala  oxşayır  və 
qidalılıq dəyərinə görə təzə meyvədən fərqlənmir. 
Ağ  tutun  müalicəvi  xassələri.  Xalq  təbabətində  kal  tut 
meyvəsindən  hazırlanan  sulu  tinkturadan  və  şərbətdən  ishala 
qarşı  istifadə  olunur.  Əksinə,  yetişmiş  meyvələri  zəif  yumşal-
dıcı xassəyə malikdir. Ağ tutun şirəsi və nastoyundan bəlğəm-
gətirici, tərlədici və sidikqovucu vasitə kimi istifadə edilir. Ağ 
tut  ürəyin  miokardio-  distrofiyasında  və  ürək  qüsurlarında  tət-
biq olunur. Xəstələrə gündə 4-5 dəfə yeməkdən sonra 200-250 
q  yetişmiş  tut  verilir.  3-4  həftəlik  müalicədən  sonra  xəstələrin 
ürəyindəki  ağrılar  keçir,  ürəyin  fəaliyyəti  yaxşılaşır,  təngnə-
fəslik azalır və iş qabiliyyəti bərpa edilir. 
Xalq  təbabətində  tut  ağacının  budaqlarının  qabığından 
hazırlanan  tozvarı  məhsuldan  1:30  nisbətində  bitki  yağında 
məlhəm (maz) hazırlanıb yaraların, kəsiklərin və dəri sıyrıntıla-
rının müalicəsində istifadə olunur. Bəzən tut ağacının qabığın-
dan  hazırlanan  həlimdən  hipertoniya  və  ürək-damar  xəstəlik-
lərində istifadə olunur. 
Çin  xalq  təbabətində  tut  qabığı  diabet  xəstəliyinin  müa-
licəsi  üçün  nəzərdə  tutulan  yığımın  tərkibinə  daxildir.  Belə 
yığımlardan hazırlanan çay, ilk dövrdə qanda şəkərin miqdarını 
azaldır, lakin diabetin tam müalicəsində etibarlı deyildir. Qərbi 
Avropada və Balkanlarda tut meyvəsindən şəkərli diabetə qarşı 
istifadə  edilir.  Tut  yarpaqlarından  hazırlanmış  həlim  qanda 
şə
kərin  miqdarını  azaldır  və  xəstənin  əhvalını  yaxşılaşdırır. 
Tutun  antibiotik  xassəsi  onun  tərkibində  olan  B
2
  vitamini  ilə 
ə
laqədardır,  çünki  bu  vitamin  toxumalardakı  qlükozanı  fiksa-
siya etməyə qadirdir. Lakin tutun antibiotik xassələrindən əlavə 
müalicə vasitəsi kimi də istifadə etmək lazımdır. 
Tut  yarpaqlarından alınan xüsusi biostimulyator  fomidol 
revmatizmdə, dəri vərəmində, ekzemada və digər xəstəliklərdə 
istifadə  olunur.  Yaponiyada  tut  ağacının  çiçəklərindən  xüsusi 
 
170
emalla hazırlanmış kosmetik kremdən üzdəki çillərin, ləkələrin 
və dəridəki sızanaqların müalicəsində istifadə edirlər. 
Ağ tut qurusu olduqca qidalıdır. Tutdan bəkməz (doşab), 
riçal, sirkə hazırlanır və bir çox yerlərdə tut arağı çəkilir. Ağ tut 
qarın  xəstəliklərində,  ümumi  zəifliyə  və  ürək  xəstəliklərinə 
qarşı müalicəvi vasitədir. 
Tutun  xalq  təsərrüfatında  əhəmiyyəti,  əsasən  ondan 
ibarətdir  ki,  onun  yarpaqları  ilə  bəslənilən  baramadan  yüksək-
keyfiyyətli  ipək  lif  alınır  və  bu  da  toxuculuq  sənayesi  üçün 
qiymətli xammal hesab edilir. 
Ananas  –  Ананас  –  Ananas  comosus  Merr.  Brome-
liaceae  fəsiləsindəndir.  Ananasın  vətəni  Cənubi  Amerikadır  – 
Braziliyadır.  Əsasən  Kubada,  Braziliyada,  Meksikada,  Hindis-
tanda,  Çində,  Seylon  adasında  becərilir.  Bunun  çəkisi  orta  he-
sabla  1,5-2  kq-dır.  Bəzilərinin  çəkisi  isə  5  kq-a  çatır.  Mey-
vəsinin  66-67%-ni  ətliyi,  23-24%-ni  qabığı,  4,5-5,0%-ni  bərk 
özəyi,  üzərindəki  ləçəkləri  (sultanalar)  4-5%,  zoğu  0,5-0,8% 
təşkil edir. 
Ananasın 100-dən çox sortu var. Ən çox yayılmış sortla-
rından Cayenne, Queen, Spanish, Abacaxi, Maipure və s. gös-
tərilə bilər. Meyvəsinin bir ədədi 1-2,5 kq-dır. Ananasdan həm 
təzə,  həm  də  emaledilmiş  (şirə,  kompot,  mürəbbə)  halda 
istifadə edilir. 
Tərkibində  11-20%  karbohidrat  (o  cümlədən  8-18% 
saxaroza),  0,4-0,5%  zülal,  0,1-0,2%  yağ,  0,3-0,4%  minerallı 
maddə,  0,5-1,6%  üzvi  turşu,  19-21  mq%  C,  0,06  mq%  β-ka-
rotin, 0,08 mq% B
1
, 0,03 mq% B
2
 vitamini, 321 mq% kalium, 1 
kq yeyilən hissədə 8,3 mq dəmir və alkaloidlər vardır. 
Ananasın  müalicəvi  xassələri.  Təzə  və  konservləş-
dirilmiş halda yeyilir. Ananas şirəsində qeyd olunan maddələrlə 
yanaşı, ferment  yığımı olan bromelin maddəsi vardır ki, bu da 
qidanın  həzmini  yaxşılaşdırır.  Eyni  zamanda,  bromelin 
soyuqdəyməyə və şiş əlamətlərinə qarşı təsirə malikdir. Ananas 
ş
irəsi  mədə-bağırsaq  və  böyrək  xəstəliklərində  istifadə  edilir. 

 
171
Ananas,  həmçinin,  ürək-damar  sistemi  və  böyrək  xəstəliklə-
rində, qanazlığında faydalıdır. Lakin nəzərə alınmalıdır ki, ana-
nas  şirəsi  mədənin  turşuluğunu  artırır.  Ona  görə  də  mədə  xo-
rası, qastrit xəstəliklərində və mədə şirəsinin turşuluğu  yüksək 
olduqda  ananas  şirəsi  məsləhət  görülmür.  Ananas  şirəsi  sinqa 
ə
leyhinə  də  tətbiq  olunur.  Ananas  əsəb  sistemi  pozuntularında 
da  təyin  olunur.  Hind  xalq  təbabətində  bağırsaq  qurduna  qarşı 
ananasın yarpaqlarından alınan şirədən istifadə olunur. 
Avakado  –  Авокадо  –  Persea  americana  Mill.  Dəfnə 
(Lauraceae)  fəsiləsindəndir.  Vətəni  Mərkəzi  Amerika  və 
Meksikanın  yüksəkdağlı  rayonlarıdır.  Botaniki  cəhətdən 
Avakado  giləmeyvədir.  Lakin  əmtəəşünaslıq  təsnifatına  görə 
çəyirdəkli  meyvələr  qrupuna  aid  edilir.  Meyvəsi  yumru,  oval 
formada,  bəzən  armudaoxşardır.  Qabığı  sıx,  dərivarı  hamar  və 
ya  çopuq,  qara,  bənövşəyi  və  ya  yaşıl  rəngdədir.  Yetişmiş 
meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində 
iri çəyirdəyi var ki, bu da onun ümumi kütləsinin 25%-ni təşkil 
edir. Son illər beynəlxalq bazarda çəyirdəksiz mini-avakado da 
olur.  Bir  meyvənin  kütləsi  150  q-dan  1  kq-a  qədərdir.  Orta 
ölçüsü 10-15 sm diametrində, 400 q kütlədə olur. Sortlarından 
Fuerte,  Hass,  Fortuna,  Nabal,  Bacon,  Tonnage,  Lulla  və  s-nin 
tərkibində  0,5-1,0%  şəkər,  1,3-2,6%  zülal,  0,9-1,6%  minerallı 
maddə,  0,2-0,4%  üzvi  turşu,  5-10  mq%  C  vitamini,  0,1-0,4 
mq% β-karotin vardır.  Minerallı maddənin tərkibində 400-700 
mq%  kalium  və  0,5-1,5  mq%  dəmir  vardır.  0,1-0,2  mq%  B
2

0,2-0,4 mq% B
6
, 1,1-2,36 mq% PP və E vitamini vardır. 
100 qr avakado 230 kkal və ya 962 kCoul enerji verir. 
Avakado  dadına  görə  qozu  xatırladır.  O  çox  qidalı  və 
kalorili  meyvədir.  Ətliyində  30%-ə  qədər  yağ  və  minerallı 
maddələr  (kalium,  natrium,  kalsium,  fosfor,  maqnezium)  var-
dır. Avakado vitaminlə də zəngindir. Təzə halda, çörəyə sürtü-
lüb duz və ya şəkərlə yeyilir. Avakado yağından ətriyyat səna-
yesində istifadə edilir.  
 
172
Avakadonun  müalicəvi  xassələri.  Şəkərli  diabet  xəs-
təliyində  məsləhət  görülür  (çünki  tərkibində  1,6%  şəkər  var). 
Qanı  az  olanlara,  qastrit  və  mədə  şirəsinin  turşuluğu  az  olan 
xəstələrə  avakado  məsləhət  görülür.  Avakado  meyvəsi  hiper-
toniya xəstəliyində və aterosklerozda faydalıdır. 
Avakado yarpaqlarında kakao paxlasında olan teobromin 
kimi  orqanizmə  təsir  edən  efir  yağı  olduğundan  xalq  təba-
bətində  istifadə  olunur.  Yarpaqlarından  (bəzən  toxumlarından) 
alınan  həlimdən  ishala  qarşı,  yarpaqlarından  isə  ətriyyat  sə-
nayesində istifadə etmək olar. 
Meyvəsinin  qabığı,  yarpaqlar  və  zərif  budaqları  xalq 
təbabətində  qurdqovucu  vasitə  və  mədə-bağırsaq  pozuntula-
rında istifadə olunur. Fransada avakado yağının sabunlaşmayan 
fraksiyası  əsasında  xüsusi  preparat  hazırlanır  və  yaşlı  insan-
larda  özünü  hiss  etmədikdə,  ekzemada  və  dərinin  iltihabında 
tətbiq olunur. 
Banan  –  Банан  –  Musa  paradisiaca  L.  Tut  Musaceae 
fəsiləsindəndir. Ölkəmizə Vyetnam, Hindistan, Qvineya, Mek-
sika və başqa tropik ölkələrdən daxil olur. Bir saplaq üzərində 
10-15 ədəd banan olur, bir neçə saplağı isə salxım əmələ gətirir. 
Bir  salxım  150-200  banandan  ibarətdir,  çəkisi  50  kq-a  qədər 
olur.  Tərkibi  yetişmə  dərəcəsindən  asılıdır.  Kal  bananda  18% 
nişasta,  1,5%  şəkər  olur.  Yetişmişlərdə  isə  nişasta  2%-ə  qədər 
azalır, şəkər isə 19%-ə çatır. Orta hesabla tərkibində 7% su, 18-
22% şəkər, 0,8% sellüloza, 0,2%  yağ, 0,3% alma turşusu, 348 
mq% kalium və 42 mq% maqnezium vardır. Vitaminlərdən 10-
12  mq%  C,  0,04  mq%  B
1
,  0,06  mq%  B
2
,  0,2  mq%  β-karotin, 
həmçinin U (ulsuz) vitamini vardır.  
Banan  xoşagələn  ətirli  və  şirin  dadlıdır.  100  q  banan  90 
kkal və ya 384 kCoul enerji verir.  
400-dən çox sortu var. Təyinatına görə banan sortları üç 
qrupa  bölünür:  aşxana  (Kavendiş,  Qro  Mişel,  Lakatan);  desert 
(Alma  banan,  Ledis  finqers,  Qırmızı)  və  tərəvəz  (Fransa  plan-
teyni,  Buynuzlu  planteyn,  Abissin  bananı)  banan  sortları.  Tə-

 
173
rəvəz  bananı  kulinariya  emalından  keçirildikdən  sonra  qidaya 
sərf olunur. 
Bananın müalicəvi xassələri. Bəzi xalqlarda banan əsas 
qida  kimi  çörəyin,  kartofun,  ətin  və  digər  məhsulların  əvəz-
edicisidir. Banan təzə və emaledilmiş halda istehlak edilir. Ətli-
yindən  un,  cem  və  qəhvə  əvəzediciləri  hazırlanır.  Banan  qiy-
mətli  pəhriz  yeməyidir.  Onun  tərkibində  şəkərdən  (25%-ə  qə-
dər)  və  nişastadan  başqa  qidanın  həzmini  yaxşılaşdıran  alma 
turşusu, pektinli maddə, sellüloza və fermentlər vardır. 
Bananın tərkibində kalium duzlarının çoxluğu orqanizm-
dən  artıq  suyun  xaric  olunmasını  təmin  edir.  Bu  isə  şişlərin 
müalicəsində əhəmiyyətlidir. 
Ə
gər  ateroskleroz  və  hipertoniyada  xəstələr  aclığa  dözə 
bilmirlərsə,  onlara  pəhriz  saxlanılan  günlərdə  banan  təklif 
olunur.  Lakin kök adamlara və şəkərli diabetdə banan  yeməyə 
məhdudiyyət  qoyulur.  Lakin  yetişməmiş  banan  diabetlər  üçün 
yaxşı qidadır.  
Bananın  ətliyində  fizioloji  fəal  maddələrdən  –  serotin, 
norpinefrin,  donamin
  və  katexolamin  olduğundan,  müvəffə-
qiyyətlə  bağırsaq  xəstəliklərində,  mədənin  peptik  yaralarında 
tətbiq  olunur.  Əzilmiş  banan  püresi  mədə-bağırsaq  pozuntu-
larında  uşaqlara  verilir.  Banan  ishalda,  enterit  və  kolitdə  təyin 
olunur.  Klinik  müşahidələrdə  təsdiq  olunmuşdur  ki,  banan 
ş
irəsi mədənin və onikibarmaq bağırsağın qanaxmalarında isti-
fadə  olunur.  Lakin  banan  şirəsi  mədənin  turşuluğunu  artırdı-
ğ
ından məhdud şəkildə təyin olunur. 
Hindistanda  banan  bütün  bölgələrdə  əkilib-becərilir.  Qi-
danın  həzmi  pozulduqda,  sinqa  əleyhinə,  nefritdə,  hipertoniya 
və ürək xəstəliklərində istifadə olunur. 
Çörək  ağacı  –  Хлебное  дерево    Artocarpus  com-
munis  və  ya  A.  altilis.  Tut  Moraceae  fəsiləsindəndir.  Vətəni 
Malay arxipelaqıdır. Cənubi Asiyada daha çox becərilir və əha-
linin qidasında mühüm əhəmiyyətə malikdir. 
 
174
Çörək ağacı diametri 15-30 sm olan dairəvi formada mü-
rəkkəb  meyvə  əmələ  gətirir.  Qabığı  yaşıl,  sarımtıl-yaşıl  və  ya 
qəhvəyi  rəngdədir.  Ətliyi  xəmirəoxşar  sarımtıl  kütlədən  iba-
rətdir.  Daxilində  2-3  ədəd  şabalıd  boyda  iri  toxumu  olur. 
Meyvəsinin iyi xoşagəlməyəndir. Meyvəsi kulinariyada tərəvəz 
kimi  bişirilmiş  halda  istifadə  olunur.  Bəzən  onu  torpağa 
basdırıb pendir kimi fermentləşdirdikdən sonra yeyirlər. 
Tərkibində 16,8-17,9% karbohidrat, 1,3-1,5% zülal, 0,9% 
minerallı  maddələr,  0,2-0,3%  yağ,  22  mq%  C,  0,2  mq%  B
1

0,04 mq% B
2
, 0,02 mq% β-karotin, 422 mq% kalium, 36 mq% 
fosfor vardır. 100 qr-ı 76 kkal və ya 323 kCoul enerji verir. 13-
14
0
C-də, 85-90% nisbi rütubətdə 15-20 gün saxlamaq olar. 
Ə
ncir – Инжирвинная ягодасмоковница  Ficus 
carica  L.  Tut  Moraceae  fəsiləsindəndir.  Əncir  tərkibinə  görə 
qidalı  meyvədir.  Əsasən  Zaqafqaziya,  Krımın  cənub  sahili, 
Qafqazın  Qara  dəniz  sahilləri  və  Orta  Asiyada  becərilir. 
Zaqafqaziyada yabanı halda bitən əncir də var. 
Ə
ncirin  tərkibində  78,9%  su,  15,5%  şəkər,  0,2%  turşu, 
1,4% azotlu maddə, 0,6% mineral maddə, 1,4% sellüloza, 0,3% 
yağ vardır.  Bəzi əncir sortlarında şəkərin miqdarı 20%-ə  çatır. 
Qurudulmuş  əncirdə  42-62%  şəkər  olur.  Şəkərlərdən,  əsasən 
qlükoza və fruktoza və az miqdarda saxaroza, turşulardan alma 
turşusu daha çoxdur. 
Ə
sasən təzə halda, qurutmaq, mürəbbə bişirmək və emal 
məqsədi  üçün  istifadə  edilir.  Təzə  əncir  saxlanılarkən  həddin-
dən  artıq  yetişdiyindən  qıcqırır.  Ona  görə  də  əncirin  saxla-
nılması və daşınması çətinlik törədir. Adi şəraitdə təzə halda 1-
2 gündən artıq saxlamaq mümkün deyildir. 0
0
C-də isə 5 sutka 
saxlamaq olar. Ticarətə qurudulmuş əncir də daxil olur. Bunlar 
yüksək qidalılığa malikdir. Orta hesabla bir əncirin çəkisi 30-60 
q təşkil edir. Bəzən biri 100 q gəlir.  
Ə
ncirin 400-dən çox sortu vardır. Ən çox  yayılmış sort-
larından  Xurma  əncir,  Kalimirna,  Dalmasiya  ənciri,  Buzov-
burnu, Bənövşəyi, Soçi,  Lardero,  Abşeron sarı ənciri, Armudu 

 
175
ə
ncir, Gəncə sarı ənciri, Kadota, Bionşet, Çapla, Ağ Fraqa və s. 
göstərmək  olar.  Əncir  qurusundan  narın  üyütdükdən  sonra 
qəhvəyə qatmaq üçün də istifadə edilir.  
Ə
ncirin  müalicəvi  xassələri. Tərkibində şəkərlə  yanaşı, 
zəngin tərkibə malik minerallı maddələr – kalium (1161 mq%), 
kalsium (227 mq%), maqnezium (117 mq%), fosfor (263 mq%) 
və  dəmir  (46  mq%)  vardır.  Əncirdə  müxtəlif  fermentlər  və 
sellüloza (6,19%) var. Lakin, əfsuslar olsun ki, ənciri təzə halda 
uzun  müddət  saxlamaq  və  daşımaq  praktiki  olaraq  mümkün 
deyil.  Ona  görə,  əncir  qurudulur,  ondan  mürəbbə,  sukat,  cem, 
kompot hazırlanır. Quru əncirdən qəhvə içkiləri hazırlanır. 
Ə
ncirdə sellüloza çox olduğundan, onu mədə-bağırsağın 
kəskin  iltihabında  istehlak  etmək  məsləhət  görülmür.  Tərki-
bində şəkər çox olduğundan şəkərli diabetdən əziyyət çəkənlər 
ə
ncir yeməməlidir. 
Ə
ncir  podaqra  xəstəliyi  olanlar  üçün  də  məsləhət  görül-
mür,  çünki  tərkibində  100  mq%-ə  qədər  quzuqulağı  (turşəng) 
turşusu  var.  Eyni  zamanda,  əncirin  tərkibində  kaliumun  çox 
olması ürək-damar sistemi xəstəliyindən əziyyət çəkənlər üçün 
ə
həmiyyətlidir. Qanazlığında təzə meyvələri yeyilir. 
Ə
ncir  sidikqovucu  və  mədəni  yumşaldıcı  xassəyə  ma-
likdir. Əncirdən həzm prosesini yaxşılaşdırmaq və böyrəklərdə 
daş olduqda sidik ifrazını artırmaq məqsədilə istifadə olunur. 
Xalq  təbabətində  əncir  həlimindən  və  mürəbbəsindən 
tərlədici və hərarətsalıcı vasitə kimi istifadə olunur. Süddə bişi-
rilmiş  əncir  qurusundan  (2  xörək  qaşığı  quru  əncir  1  stəkan 
süddə  və  ya  suda)  anginada  boğazı  qarqara  etmək,  quru 
öskürəkdə  və  bronxitdə  bəlğəmgətirici  kimi  içmək  məsləhət 
görülür.  Belə  həlimi  gündə  yarım  stəkan  2-4  dəfə  böyrək  və 
sidik  yollarının  xəstəliyində  qəbul  etmək  məsləhətdir.  Bəzən 
ə
ncir həlimi qastrit və qəbizlikdə tətbiq olunur. Əncir həlimin-
dən hazırlanan təpitmə yaralara və şişlərdə tətbiq olunur. 
Xalq  təbabətində  əncir  yarpaqlarından  alınan  həlimdən 
öskürək  və  ishalda  istifadə  olunur.  Bəzən  dizenteriyada  (qanlı 
 
176
ishalda)  əncir  və  gicitkən  yarpaqlarından  hazırlanan  həlimdən 
istifadə olunur. Əncir toxumları qəbizliyə qarşı yumşaldıcı təsir 
göstərir. 
Gürcü  alimləri  əncirdən  qatı  ekstrakt  olan  «leqvini» 
(Gürcücə  leqvi  əncir  deməkdir)  adlı  məhsul  alıb,  onu  sidik-
qovucu kimi istifadə etməyi məsləhət görürlər. Bu ekstrakt tünd 
qəhvəyi rəngli,  ətirli iyə və xoşagələn dada malikdir və  gündə 
(əsasən,  səhərlər)  100  q  qəbul  etmək  məsləhət  görülür.  Bu 
preparat  həm  də  qidalı  məhsul  olduğundan,  onu  uzun  müddət 
qəbul etmək olar.  
 
slami dəyərlərə əsasəəncirin insan sağlamlığına 
faydaları 
 
Ə
ncir  başqa  meyvə  və  tərəvəzə  nisbətən  ən  çox  lifə 
malikdir. Təkcə 1 ədəd quru əncirdə 2 q lif (sellüloza) var. Bu 
da  gündəlik  ehtiyacın  20%-ni  təşkil  edir.  Son  10-15  ildə 
aparılan tədqiqatlar bitki mənşəli qidalarda mövcud olan liflərin 
həzm  sisteminin  düzgün  fəaliyyəti  baxımından  çox  vacib 
olduğunu ortaya qoyub. Qida kimi qəbul edilən lifin həzmə və 
bəzi  xərçəng  növlərinin  yaranma  ehtimalını  aşağı  salmağa  kö-
mək etdiyi bəllidir. Qida üzrə mütəxəssislər lif qəbulunun ideal 
yolu  kimi  lif  baxımından  zəngin  olan  əncir  yeməyi  tövsiyə 
edirlər. 
Lifli  qidalar  həllolunan  və  həllolunmayanlara  ayrılır. 
Həllolunmayan  lif  baxımından  zəngin  qidalar  bədəndən  atılan 
maddələrə  su  qazandıraraq  bağırsaqlardan  keçidi  asanlaşdırır. 
Bununla  da  həzm  prosesini  sürətləndirərək  onun  sistemli 
fəaliyyətini təmin edir. Həll olunmayan lifli qidaların orqanizmi 
kolon
  xərçəngindən  qoruması  da  müəyyən  edilib.  Həll  olunan 
lifli  qidaların  isə  qandakı  xolesterin  səviyyəsini  20%-dən  çox 
aşağı saldığı təsdiq olunub. Buna görə də onlar ürək xəstəlikləri 
riskini  azaltmaq  baxımından  böyük  əhəmiyyət  daşıyır.  Əgər 
qanda  çox  miqdarda  xolesterin  varsa,  bu  qan  damarlarında  yı-

 
177
ğ
ılır və damarların bərkiməsinə, daralmasına səbəb olur. Xoles-
terin  hansı  orqanın  damarında  yığılırsa,  həmin  orqana  məxsus 
xəstəliklər  meydana  çıxır.  Məsələn,  ürəyi  qidalandıran  arteri-
yalarda xolesterin yığılarsa, sinə ağrısı, infarkt kimi problemlər 
yaranır. Böyrək damarlarında xolesterinin yığılması isə təzyiqin 
qalxması  və  böyrək  çatışmazlığına  səbəb  ola  bilər.  Həllolunan 
liflərin qəbul edilməsi mədəni boşaldaraq qan şəkərinin nizam-
lanması  baxımından  da  əhəmiyyətlidir,  çünki  qan  şəkərindəki 
qəfil  dəyişikliklər  həyat  üçün  riskləri  olan  problemlərlə  nəti-
cələnə  bilər.  Qidalanmaları  lif  baxımından  zəngin  olan  cəmiy-
yətlərin  xərçəng  və  infarkt  problemləri  ilə  daha  az  üzləşdiyi 
müəyyənləşdirilib. 
Həllolunan və həllolunmayan liflərin hər ikisinin birlikdə 
olması  isə  sağlamlıq  üçün  ayrı  bir  üstünlükdür:  hər  iki  lif 
növünün birgə olmasının xərçəngin qarşısını almaqda tək  olan 
liflərə nisbətən daha təsirli olduğu müəyyən edilib. Əncirdə hər 
iki  lif  növünün  –  həm  həllolunan,  həm  də  həllolunmayan  – 
birgə olması bu meyvəni çox əhəmiyyətli bir qidaya çevirir. 
Corc Vaşinqton Universitetinin Tibb Mərkəzindəki Xəs-
təliklərdən  Qorunmaq  Institutunun  (ABŞ)  rəhbəri  dr.Oliver 
Alabaster  əncirdən  belə  bəhs  edir:  “…Burada  həqiqi  mənada 
sağlam və çox lif nisbətinə malik bir qidanı əlavə etmək imkanı 
var.  Əncirləri  və  başqa  çox  lif  balansına  malik  olan  qidaları 
intensiv  olaraq  qəbul  etmək…ömür  boyu  sağlamlığınız  baxı-
mından əhəmiyyət kəsb edir”. 
Kaliforniya  Əncir  stehsalı  qurumuna  (California  Fig 
Advisory  Board)  görə,  meyvə-tərəvəzdəki  antioksidantlar 
insanları  bir  çox  xəstəliklərdən  qoruyurlar.  Antioksidantlar 
bədənimizdəki  kimyəvi  reaksiyalar  nəticəsində  yaranan  və  ya 
kənardan  qəbul  edilən  zərərli  maddələri  (sərbəst  radikalları) 
təsirsiz hala gətirir və hüceyrənin məhvinin qarşısını alır. 
Skrenton  Universiteti  (ABŞ)  tərəfindən  aparılan  tədqi-
qatda  müəyyən  edilib  ki,  başqa  meyvələrə  nisbətən  quru  əncir 
antioksidant  baxımından  zəngin  fenol  tərkibinə  daha  çox  ma-
 
178
likdir. Fenol mikroorqanizmlərə öldürücü (antiseptik) bir mad-
də kimi təsir edir. Alimlərin bildirdiyinə görə, əncirdə fenolun 
miqdarı başqa meyvələrlə müqayisədə daha çoxdur. 
Nyu-Cersidəki  (ABŞ)  Ratgers  Universiteti  tərəfindən 
aparılan  tədqiqatda  isə  quru  əncirin  tərkibində  olan  omeqa-3, 
omeqa-6  yağ turşuları (EFA: Essential fatty acids: bədən üçün 
zəruri  yağlar)  ilə  fitosterol  (bitkilərdə  mövcud  olan  yağvarı 
maddə)  sayəsində  xolesterini  aşağı  salan  xüsusiyyət  öyrənilib. 
Məlum olduğu kimi, omeqa-3 və omeqa-6 yağ turşuları bədən-
də yarana bilməz, o qida vasitəsilə qəbul edilməlidir. Bu yağlar 
ürək,  beyin  və  sinir  sisteminin  sağlam  fəaliyyəti  baxımından 
xüsusilə  böyük  əhəmiyyətə  malikdir.  Fitosterol  isə  heyvan 
mənşəli qidalardakı ürək və damar sağlamlığı baxımından təh-
lükəli  olan  xolesterinin  yolunu  tıxayaraq,  onun  qana  qarışma-
mış bədəndən atılmasını təmin edir. 
Kaliforniya  Əncir  stehsalı  qurumu  tərəfindən  “sanki 
təbiətin ən mükəmməl meyvəsi” adlandırılan əncir bəşərin bil-
diyi  ən  qədim  meyvələrdən  biri  olsa  da,  o  qida  istehsalçıları 
tərəfindən  yenidən  kəşf  edilir.  Çünki  qida  dəyərinin  yüksək 
olması  və  sağlamlıq  üçün  faydası  bu  meyvəyə  xüsusi  əhəmiy-
yət qazandırır. 
Ə
ncir,  demək  olar  ki,  hər  xüsusi  pəhrizin  bir  hissəsi  ola 
bilər.  Əncirin  tərkibində  təbii  yağ,  natrium  və  xolesterin  ol-
madığı və çox lif nisbətinə malik olduğu üçün, o artıq çəkidən 
xilas  olmağa  çalışan  adamlar  üçün  də  əlverişli  qidadır.  Həm-
çinin,  əncir  məlum  olan  bütün  meyvələrə  nisbətən  ən  çox  mi-
nerala malik meyvədir. 40 q əncirdə 244 mq kalium (gündəlik 
ehtiyacın  7%-i),  53  mq  kalsium  (gündəlik  ehtiyacın  6%-i)  və 
1,2  mq  dəmir  (gündəlik  ehtiyacın  6%-i)  var.  Əncirdə  kalsium 
nisbəti çoxdur və bu baxımdan, meyvələr arasında portağaldan 
sonra ikinci yerdə gəlir. Bir kasa quru əncir bir kasa südlə eyni 
miqdarda kalsiumu təmin edir. Əncir uzunmüddətli xəstəlikdən 
sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə verən bir 
dərman  kimi  də  dəyərləndirilir.  Fiziki  və  zehni  yorğunluğu 

 
179
aradan qaldırır, bədənə enerji və güc verir. Əncirin ən mühüm 
qida dəyəri bu meyvənin 51-74%-ni təşkil edən şəkərdir. Əncir 
astma,  öskürək  və  soyuqdəymə  zamanı  da  müalicə  məqsədilə 
qəbul edilməsi tövsiyə olunan meyvədir. 
Burada  haqqında  qısaca  danışdığımız  əncirin  faydaları 
Allahın insanlar üzərində mərhəmətinin daha bir göstəricisidir. 
Rəbbimiz  zövqlə  yeyilən  bu  meyvənin  tərkibində  insanın 
ehtiyac  duyduğu  maddələri  onun  sağlamlığına  əlverişli  olacaq 
bir nisbətdə, sanki paketlənmiş şəkildə istifadəyə verir. Allahın 
bu xüsusi nemətinin «Qurani Kərim»-də bildirilməsi də əncirin 
insanlar  üçün  əhəmiyyətinə  bir  işarə  ola  bilər  (ən  doğrusunu 
Allah  bilir).  Əncirin  qida  dəyərinin  insanın  sağlamlığı  baxı-
mından əhəmiyyətinin yalnız inkişaf edən tibb elmi və texnoloji 
imkanlarla müəyyənləşdirilməsi isə, əlbəttə, «Qurani Kərim»-ın 
hər şeyi bilən Allahın sözü olduğunun daha bir nümunəsidir. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin