(Capsicum longum D.C.) daha çox yayılmışdır. Saplaqlı isti-
otun vətəni Mərkəzi Amerika (Meksika və Qvatemala), Kayen
istiotunun vətəni Cənubi Hindistandır.
Meyvəsindən təzə, konservləşdirilmiş şəkildə və quru-
dulduqdan sonra üyüdüb ədviyyə kimi istifadə edirlər. Tropik
ölkələrdə qırmızı istiot çoxillik, Azərbaycanda isə birillik bitki
374
kimi becərilir. Becərilən istiotlar 2 qrupa bölünür: tərəvəz və
ə
dviyyə istiotu.
Tərəvəz istiotuna şirin bibər də aiddir ki, bu müxtəlif
salatların hazırlanmasında və tərəvəz konservləri istehsalında
istifadə olunur.
Ə
dviyyə istiotu özü də tərkibindəki yandırıcı maddənin
miqdarına görə 2 yerə bölünür: acı yandırıcı istiot və zəif
yandırıcı istiot. Ədviyyə istiotuna saplaqlı istiot da deyilir.
stiot meyvəsinin uzunluğu 6-12 sm, ən böyük diametri
isə 3 sm olur. Yetişmiş meyvələri sarı, narıncı və müxtəlif ça-
larlı qırmızı rəngdədir.
Qırmızı istiot, əsasən Cənubi Ukraynada, Şimali Qafqaz-
da, aşağı Volqaboyunda, Zaqafqaziyada, Orta Asiyada becə-
rilir.
Qırmızı istiotun aşağıdakı sortları becərilir: Həştərxan,
Ukrayna (çox tünddür), Kutaisuri, Margelan, Namonqan (orta
tünddür), Velikan, Fil xortumu (zəif tünddür). Azərbaycanda
acı istiotlardan Fil xortumu-304 və Həştərxan-628 sortları be-
cərilir.
Qırmızı istiot xarici ölkələrdən Bolqarıstanda, Macarıs-
tanda, Rumıniyada, Yuqoslaviyada, Türkiyədə, Ispaniyada
daha çox yayılmışdır. Dünya bazarında Macarıstan bibəri daha
çox yer tutur.
Ə
dviyyə kimi istifadə olunan qırmızı istiotu əldə etmək
üçün o, tam yetişmiş halda qurudulur, üyüdülür və məhsul
«paprika» adlanır. Tərkibində 1,12% efir yağı, 1%-ə qədər kap-
saitsin
qlükozidi vardır.
Qırmızı istiotu kulinariyada müxtəlif xörəklərin hazır-
lanmasında bütöv və üyüdülmüş halda işlədirlər. Qırmızı istiot
20-30% miqdarında istiot qatışıqlarının tərkibinə daxil olur.
Üyüdülmüş qırmızı istiotun rəngi qırmızı-kərpici və ya narıncı
olub özünəməxsus iyi vardır. Dadı çox yandırıcı (tünd tamlı
istiot üçün) və ya zəif yandırıcı olmalıdır. Nəmliyi 11%-ə
qədər, külü isə 9%-ə qədərdir. 095 nömrəli ələkdə ələndikdə
375
2%-dən çox qalmamalıdır. 054 nömrəli ələkdən isə 80%-dən
çox keçməlidir. Metal qatışığı 1 kq-da 10 mq-dır. Kənar qatı-
ş
ıqların olmasına yol verilmir. Satışa 25 və 50 q xalis çəkidə
karton karobkalarda və ya kağız paketlərdə buraxılır. Bütöv
halda təzə istiot tərəvəzlərin duza və sirkəyə qoyulmasında
ə
vəzolunmaz ədviyyədir.
Qırmızı istiotun müalicəvi xassələri. Qırmızı istiotun
meyvələrini tam yetişdikdən sonra toplayıb günəş altında və ya
xüsusi quruducularda qurudurlar. Bitkinin meyvəsini qurut-
duqda və xüsusən qurumuş məhsulu xırdaladıqda çox ehtiyatlı
olmaq lazımdır, çünki qırmızı istiotun tozu gözün və tənəffüs
yollarının selikli qişasına kəskin yandırıcı təsir göstərir. Qırmızı
istiotun əsas təsiredici maddəsi alkaloid xassəli kapsaisindir.
Kapsaisin kəskin yandırıcı təsirə malik olub, kimyəvi quruluş
etibarilə desilen turşusunun vanilin amididir. Qırmızı istiotda
kapsaisin alkaloidinin miqdarı 0,2%-ə qədər, başqa növlərdə isə
nisbətən az olur. Qırmızı istiotun tərkibində kapsaisindən başqa
10%-ə qədər piyli yağ, 385 mq%-ə qədər C vitamini və 10
mq%-ə qədər karotin vardır. Tibdə qırmızı istiotdan tinktura və
mürəkkəb duru məlhəm şəklində revmatizmdə və eləcə də
donmalarda xaricə sürtmə kimi istifadə edilir. Bundan əlavə,
bitkinin təzə dərilmiş və qurudulmuş meyvələri az dozada
daxilə, iştahgətirici maddə kimi də işlədilir. Qırmızı istiotun
meyvələri insektisid xassəyə malikdir.
Qeyd etmək lazımdır ki, mədə-bağırsaq, qaraciyər və
böyrək xəstəliklərində qırmızı istiotdan istifadə etmək məsləhət
görülmür.
Tibdə, əsasən iştahaartırıcı vasitə kimi qırmızı acı istiot
sortlarından istifadə olunur. Bu məqsədlə qırmızı istiotun
spirtdəki tinkturasından yeməkdən əvvəl 10-20 damcı qəbul
etmək iştahanı artırır və həzmi yaxşılaşdırır. Belə tinktura həm
də bakterisid təsirə malik olduğundan, onu kəskin mədə-ba-
ğ
ırsaq pozuntularında da tətbiq etmək olar. Bu tinkturanı günə-
baxan yağı ilə 1:2 nisbətində qarışdırıb miozitdə (əzələlərin
376
iltihabı) və işiasda (oturaq sinirinin iltihabı) dərini ovuşdurmaq
üçün bir vasitə kimi istifadə olunur. Bu məqsədlə apteklərdə
hazırlanan və tərkibində qırmızı istiot nastoyu olan liniment və
məlhəmlərdən də istifadə etmək olar. Qırmızı istiot tinkturası
həm də donmaya qarşı istifadə olunan məlhəmlərin tərkibinə
daxil edilir.
Qıtıqotu – Хрен – Armoracia ructicana L. Xaç-
çiçəklilər (Cruciferae) fəsiləsindən olan çoxillik bitkinin
(Armoracia ructicana Lam, Coch learia armoracia Lam.),
ə
sasən kökləri istifadə edilir. Dünya florasında dörd növü bitir.
Azərbaycanda bir növü – A.ructicana mədəni halda yayıl-
mışdır. Rusiyanın bütün rayonlarında becərilir. Yabanı halda
Rusiyanın Avropa hissəsində, Qafqazda və Qərbi Sibirdə təsa-
düf edilir. Qıtıqotunun kökündən başqa, bəzən cavan yarpaqları
salata, şorbaya, həmçinin, xiyar və pomidoru duza qoyduqda
(şüyüd əvəzi) işlədilir.
Hündürlüyü 50-150 sm-ə çatan, budaqlanan gövdəsi və
iri, ətli kök sistemi vardır. Kökətrafı yarpaqları iri, uzunsov,
bütöv, azca mişarvarıdır. Gövdənin aşağı hissəsində yerləşən
yarpaqları uzunsov, ortada yerləşən yarpaqları qısa lansetvarı,
yuxarıdakıları isə xətvarıdır. Çiçəkləri xırda, ağ rəngdə, göv-
dənin qurtaracağında salxımvarı toplanır. Iyun ayında çiçək
açır. Ətirli iyi vardır ki, bu da şəbbu gülünün ətrini xatırladır.
Meyvəsi uzunsov və yaxud yumru 4-8 ədəd toxumdan iba-
rətdir. Kökü yumaqvarı olub, çoxlu əlavə kökləri vardır. Onlar,
ə
sasən torpağın üst qatına yaxın 25-30 sm, bəzən isə 55-60 sm
dərinlikdə yerləşir. Kökü xaricdən qızılı-qəhvəyi, daxildən isə
ağ rəngdədir.
Ə
n yaxşı kök 1-ci və 2-ci ildə alınır, çoxillik köklər
ağaclaşmış və çox acı olur. Qıtıqotunun tünd dadı və iyi onun
tərkibindəki siniqrin qlükozidindən asılıdır və bundan xardal-
alil yağı əmələ gəlir.
Qıtıqotu qiymətli ədviyyə və dərman bitkisi hesab edilir.
Qıtıqotunun tərkibində zülallar, yağ və karbohidratlar vardır.
377
Kökünün tərkibində 73,85% su, 3,35% protein, 23-32% quru
maddə, 13,3% azotsuz ekstraktiv maddə, 2,58% sellüloza, 4,5%
zülal, 9,6% şəkər vardır. Bundan əlavə, orqanizm üçün çox
faydalı sayılan mineral maddələrdən natrium (7,9% mq%),
kalium (579 mq%), kalsium (119 mq%), manqan (35,3 mq%),
mis (0,14 mq%), fosfor (70 mq%), kükürd (212 mq%), xlor
(18,8 mq%), həmçinin, yarpaq və kök yumrusunun tərkibində
200 mq% C, kifayət qədər B vitaminləri, qlükozid və karotin də
aşkar edilmişdir. Ədviyyə məqsədilə qurudulmuş, yaxud toz
halına salınmış kökündən istifadə olunur.
Siniqrin
qlükozidi mirozin fermentinin təsiri ilə
parçalanır, tünd ətirli və yandırıcı xassəyə malik olan allil efir
yağı ə
mələ gəlir.
Qıtıqotunun köklərindən “Aşxana qıtıqotu”su hazırlanır
və kulinariyada tamlı qatma kimi istifadə olunur.
Qıtıqotunun müalicəvi xassələri. Qıtıqotu iştahanı
artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Iştahanın artması
üçün 1 çay qaşığı sürtgəcdən keçirilmiş qıtıqotunu bal və yaxud
şə
kərlə yeməkdən qabaq qəbul etmək məsləhət görülür. Klinik
təcrübədə müəyyən olunmuşdur ki, qıtıqotu şirəsi və onun sulu
məhlulu mədədə duz turşusunun ifrazını artırır və mədə şirə-
sinin azlığı ilə müşayiət olunan qastritdə çox faydalıdır. Lakin
mədə-bağırsağın digər xəstəliklərində, eləcə də qaraciyər və
böyrək xəstəliklərində qıtıqotundan istifadə etmək arzuolun-
mazdır.
Bir çox ölkələrin xalq təbabətində qıtıqotu daxilə su
yığıldıqda sidikqovucu vasitə kimi, sidik kisəsində daş olduqda,
podaqrada və yel xəstəliyində tətbiq olunur. Belin xaçşəkilli yel
xəstəliyində, bel və kürək əzələlərinin ağrılarında qıtıqotu
kökündən hazırlanmış əzinti ilə ovuşdurmaq yaxşı səmərə verir.
Xardal kimi qıtıqotundan da «plastr» (məlhəm) hazırlanır. Bu
məqsədlə təzə sürtgəcdən keçirilmiş qıtıqotu əzintisi parçaya
yaxılıb xəstə yerlərə qoyulur. Bədənin soyuması və yaxud nəm
yerdə uzun müddət qaldıqda soyuqdəymənin qarşısını almaq
378
üçün dabanlara və baldıra qıtıqotu əzintisindən islatma
qoyurlar. Qıtıqotunun mikroblara da öldürücü təsiri vardır.
Qıtıqotu tinkturası və əzintisi irinli yaralarda və qulağın iltiha-
bında tətbiq olunur.
Qıtıqotu şirəsinə su qatıb angina və ağız boşluğunun
selikli qişasının iltihabında ağızı və boğazı qarqara etmək üçün
istifadə edilir. Belə qarqara ona görə xeyirlidir ki, qıtıqotunda
bakterisid xassəli zülali maddə – lizosim vardır. Müasir dövrdə
lizosimdən (onu sənayedə heyvan toxumalarından alırlar) mik-
roblara qarşı vasitə kimi istifadə olunan göz damcıları, islatma
və kompres formasında tətbiq olunur. Qıtıqotu tinkturasından
kosmetikada dəri çillərinə və piqmentli ləkələrə qarşı istifadə
olunur. 50 q qıtıqotu əzintisinə 250 ml aşxana sirkəsi əlavə edib
qaranlıq və sərin yerdə 2 həftə saxlayır, süzüb 1,5 litr su əlavə
edirlər. Alınmış məhlulla səhər və axşam üzün dərisini pambıq
tamponla silirlər.
Qıtıqotundan tamlı qatma «Aşxana qıtıqotu» hazırlanır.
Bunu hazırlamaq üçün onun köklərini seçir, yaxşı yuyur, çürü-
müş, əzik, bürüşmüş, quruyub bərkimiş hissələrindən təmiz-
ləyirlər. Sonra qıtıqotu köklərini 1-2 saat təmiz soyuq suda
isladırlar. Bundan sonra kökləri küt bıçaqla qazımaqla yaxşı
təmizləyir, kənarlarındakı çıxıntılı və zədəli yerləri kəsib atırlar.
Təmizlənmiş qıtıqotu yuyulur, ət maşınından və ya sürtgəcdən
keçirilib narın xırdalanır. Xırdalanmış kütlə eynicinsli, sıyrım-
sız, zərif və ağ olmalıdır. Kütlə qaralmasın deyə onun üzərinə
1:1 nisbətində marinad tökülür. Marinad sirkə, duz, şəkər və
sudan hazırlanır. «Aşxana qıtıqotu» üçün marinad aşağıdakı
resept üzrə faizlə hazırlanır: 80%-li sirkə turşusu – 5,0; şəkər –
14,0; duz – 4,8; su – 76,2.
Bundan başqa, ona müxtəlif ədviyyələr (darçın, mixək,
ə
tirli istiot və s.) əlavə edilir. Belə hazırlanmış qıtıqotu ağzı
möhkəm bağlana bilən və tutumu 50, 100, 125, 150, 250, 500 q
olan şüşə bankalara qablaşdırılır. Qıtıqotu, həmçinin, ağzının
diametri 9,5 mm-dən az olmayan 215 sm
3
həcmli alüminium
379
tublara da qablaşdırılır. Aşxana qıtıqotunda 12 mq% C vitamini
vardır.
Marinad hazırladıqda 80%-li sirkə turşusunu biokimyəvi
üsulla hazırlanmış 9%-li sirkə turşusu ilə əvəz etmək olar, lakin
burada uyğun hesablama aparılmalıdır.
«Çuğundur şirəsi ilə qıtıqotu», «Yerkökü ilə qıtıqotu»,
«Mayonezlə qıtıqotu» hazırladıqda marinada əlavə edilən su
uyğun olaraq çuğundur və yerkökü şirəsi, həmçinin, mayonezlə
ə
vəz olunur.
Qıtıqotu ət, balıq xörəkləri və soyuq qəlyanaltılar üçün
yaxşı tamlı qatma hesab olunur. Qıtıqotundan bəzi sousların
hazırlanmasında da istifadə olunur. Qıtıqotu püreyəbənzər
kütlədən ibarət olub, tünd dada və ətrə malik olur. Kənar iy və
dad verməməlidir.
Qablaşdırılmış qıtıqotunu quru, havası yaxşı dəyişdirilə
bilən otaqlarda 10
0
C-də saxlayırlar. Saxlanılma müddəti yay
vaxtı 13-30 gün, qış vaxtı isə 30-45 gündür. Soyuducuda (0-
2
0
C-də) adi qabda 2,5-4 aya qədər, hermetik bağlı tarada isə 6
aya qədər saxlamaq olar. Qıtıqotu toz halında da buraxılır.
Qızılgül – Роза эфирномасличная – Rosa gallica L.
Gülçiçəklilər (Rosaceae) fəsilənsindən olan ətirli bitkidir.
Azərbaycanda isə 42 növü yayılmışdır. Qol-budaqlı, 15 sm-dən
2 m-ə qədər hündürlükdə olub, növbə ilə düzülmüş lələyə-
bənzər yarpaqları vardır. Gövdə və qol-budaqlarının üzəri xırda
tikanlarla örtülmüşdür. Tək-tək yerləşmiş qırmızı, qırmızı-bə-
növşəyi və nadir hallarda ağ rəngli çiçəkləri son dərəcə xoşa-
gələn ətirli qoxuya malikdir.
Qızılgül Bolqarıstanda, Fransada, Türkiyədə, Hindistan-
da və başqa ölkələrdə qızılgül yağı almaq məqsədilə becərilir.
Qızılgül Krımda, Krasnodar ölkəsində, Ukrayna, Moldova,
Gürcüstan və Azərbaycanda becərilir. Azərbaycanda qızılgül
çox qədim vaxtdan becərilən ən qiymətli ətirli və şəfalı bitkidir.
Hazırda respublikada Şəki-Zaqatala zonasında qızılgül sənaye
ə
həmiyyətli bitki kimi becərilir. Hər kolda 800-1000 məxməri
380
gül, hər güldə isə 80-ə qədər ləçək olur. Bir gülün çəkisi 3-4 q-
dır. Hər hektardan 25-30 s gül toplamaq olar. Çiçəkləri sübh
tezdən toplayıb həmin gün də efir yağı zavoduna göndərirlər.
Burada təzə toplanmış çiçəklərdən efir yağı istehsal edirlər.
Qızılgüldə 0,1-0,2%-ə qədər efir yağı vardır. 1 t qızılgül ləçə-
yindən 0,8 kq qızılgül yağı alınır. Qızılgül çiçəklərində efir
yağının miqdarı az olsa da, bu yağ çox qiymətlidir. Qızılgül
yağının tərkibinin çox hissəsi xoşətirli alifatik birləşmələrdən
ibarətdir. Bu birləşmələrin ən mühümü və miqdarca çoxu
(60%) geraniol spirtidir. Bundan başqa, qızılgül yağında 30%-ə
qədər sitronellol, 1%-ə qədər fenil-etil spirti, sitral və evgenol
vardır. Meyvəsinin tərkibində P və 15-18% C vitamini vardır.
Qızılgül yağı ətriyyatda ən bahalı ətirlərə, odekalonlara,
pomadalara, əl-üz sabunlarına və başqa məmulatlara əlavə
edilir. Qızılgül yağından qənnadı və likör-araq sənayesində,
eləcə də təbabətdə istifadə edilir.
Qızılgül likörü və qızılgül spirtsiz desert içkisi əsasən
qızılgül yağı əlavə edilməklə hazırlanır. Qənnadı sənayesində
qızılgül yağı ətirli cövhərlərin tərkibinə daxil olur. «Meçta»
karameli qızılgül yağı ilə ətirləndirilir.
Ə
tirli su olan qızılgül suyu (gülab) xalq təbabətində
malyariya xəstəliyi zamanı dəriyə sürtmək üçün istifadə edilir.
Qızılgül mürəbbəsi isə qanazlığında qüvvətləndirici və mədənin
həzm prosesini yaxşılaşdırıcı vasitə kimi işlədilir.
Qızılgül ləçəklərindən sənaye miqyasında (Zaqatala və
Ordubadda) mürəbbə də hazırlanır. Ən yaxşı mürəbbə kazanlıq
qızılgülü ləçəklərindən alınır. Ləçəklərin aşağı ağ hissəsi kə-
silib atılır, yuyulur və 5 dəqiqə qaynar suda pörtülür. Pörtülmək
üçün istifadə olunan suda 40%-li şəkər məhlulu – şərbət
hazırlanır, ləçəklərin üstünə tökülür və bir dəfəyə hazır olunca
bişirilir. Hazır olana yaxın limon turşusu əlavə edilir. Itburnu
gülünün ləçəklərindən də mürəbbə bişirilir.
Gülab qızılgül ləçəklərinin su buxarı ilə distilləsindən
alınan ətirli sudur. Bir sıra spirtsiz içkilərin (əsasən, şərbətlərin)
381
ə
tirləndirilməsində gülabdan istifadə edilir. Xalq təbabətində
başağrısına qarşı tətbiq edilir. Halva, firni, südlü sıyıq və s. bu
kimi şirin xörəklərin ətirləndirilməsində işlədilir.
Qızılgül ləçəklərindən gülqənd də hazırlanır. Gülqənd
hazırlamaq üçün qızılgül ləçəkləri 1:2 nisbətində şəkər tozu ilə
birlikdə əzişdirilir, 20-30 gün günəş altında saxlanılıb yetiş-
dirilir. Yüksək kalorili və ətirli qida məhsuludur. 7 il saxlanıl-
mış gülqənddən xalq təbabətində qüvvətli dərman kimi ümumi
zəifliyin, qanazlığının, başgicəllənmənin və s. xəstəliklərin
qarşısını almaq üçün istifadə edilir.
Qızılgülün tünd qırmızı sortlarının ləçəklərindən gül suyu
hazırlamaq üçün onların üzərinə qaynar su tökülür, limon
turşusu əlavə edilib 8-10 saat saxlanılır. Bundan sonra süzülür,
şə
kər əlavə edilir və soyudulur. Beləliklə, ovşala adlı şərbət
hazırlanır. Bəzən ovşalaya gülab da qatılır. Ovşala yeməkdən
sonra və ya plov yanında verilən spirtsiz içkidir – şərbətdir.
Qızılgülün müalicəvi xassələri. Ətirli su olan qızılgül
suyu (gülab) xalq təbabətində malyariya xəstəliyi zamanı xaricə
sürtmək üçün istifadə edilir. Qızılgül mürəbbəsi isə qanaz-
lığında qüvvətverici və mədənin həzm prosesini yaxşılaşdırıcı
vasitə kimi işlədilir.
Qızılgül yağı ətriyyatda ən baha qiymətli ətirlərin, ode-
kolonların və pomadaların tərkibində geniş istifadə edilir. Elmi
təbabətdə qızılgülün çiçəklərindən nadir hallarda qızılgül suyu
və qızılgül yağı şəklində bəzi dərmanların ətrini və dadını
yaxşılaşdırmaq üçün istifadə edilir.
Qızılgüldən bir sıra müalicəvi əhəmiyyətli məhlullar
hazırlanır.
Gül suyunun hazırlanması. Gül suyunu qatqat qızılgül,
beşyarpaq, padşah qızılgülü və digər intensiv qırmızı rəngli,
ə
tirli qızılgüllərin ləçəklərini turşulaşdırılmış qaynar suda sax-
lamaqla hazırlayırlar. Gül suyu ayrılıqda içilmir. Çay yanında
süfrəyə verilir (hər kəsin zövqündən asılı olaraq 1 stəkan çaya
1-3 çay qaşığı gül suyu əlavə edilir), ovşala və qızılgül şərbəti
382
hazırlamaq, digər içkilərin dadını ətirli etmək məqsədilə onlara
ə
lavə edilir.
Səhər tezdən dərilmiş qızılgülün ləçəkləri banka və ya
balona yığılıb üzərinə limon turşusu və qaynadılmış isti su
ə
lavə edilir. Üçlitrlik balona 25-30 ədəd intensiv qırmızı rəngli
iri qızılgülün və ya 120-150 ədəd beşyarpaq gülün ləçəkləri, 2-
3 çay qaşığı kristallik limon turşusu və dolana qədər isti su
tökülür. Imkandan və zövqdən asılı olaraq qızılgül ləçəkləri bir
qədər çox da götürülə bilər. Limon turşusu ləçəklərdə olan boya
maddələrini suya keçirib gül suyunun rəngini tündləşdirir, onu
turşməzə edir (eləcə də onu konservləşdirir də). Balonun ağzını
kip bağlayıb qızılgül ləçəklərindən ətirli və boya maddələrinin
tamamilə suya keçməsi üçün 1-2 gün (bəzən 4-5 gün) saxla-
yırlar. Bundan sonra hazır gül suyunu süzüb puçalını (cecəsini)
atırlar. Gül suyunu ikiqat tənzifdən süzüb təmiz butulkalara
tökür, butulkaların ağzına əridilmiş parafin və ya yağ tökülür,
kip bağlanır, sərin və qaranlıq yerdə bir qədər saxlanılır. Bəzən
butulkaların ağzını xəmirləyir, mumlayır və ya taxta tıxac
qoyub üstünə əridilmiş qatran tökürlər. Gül suyunu soyuducuda
saxladıqda uzun müddət rəngini, ətrini və dadını dəyişmədən
keyfiyyətli qalır. Gül suyundan istifadə etmək lazım gəldikdə
butulkanın ağzı açılır, istənilən qədər götürülür və yenidən bu-
tulkanın ağzı möhkəm qapanır. Uzun müddət saxladıqda gül
suyunda çöküntü əmələ gəlir. Bu gül suyunun xarab olmasını
göstərmir, lakin gül suyunu istifadə etdikdə çalışmaq lazımdır
ki, çöküntü qarışıb hazırlanacaq içkini bulanıqlaşdırmasın.
Gül suyunun konservləşdirməklə hazırlanması. Gül
suyunu kompot kimi də hazırlayıb konservləşdirmək olar. Bu
məqsədlə əvvəlcədən yuyulub sterilləşdirilmiş birlitrlik,
ikilitrlik banka və ya üçlitrlik balona uyğun olaraq 10, 20 və 30
ə
dəd intensiv qırmızı rəngli iri qızılgül ləçəkləri (və ya 50, 100
və 150 ədəd beşyarpaq qızılgül ləçəkləri), müvafiq olaraq 1, 2
və 3 çay qaşığı limon turşusu və dolanadək təzə qaynanmış su
tökülür və dərhal tənəkə qapaqla hermetik bağlanıb qapağı üstə
383
soyuyana qədər saxlanılır. Tənəkə qapaq mütləq laklanmış (sarı
qapaq) olmalıdır. Banka və ya balon soyuyan kimi onları çe-
virib sərin və qaranlıq yerdə saxlayırlar. Istifadə edildikdə sü-
zülməlidir. Banka açılır, ikiqat tənzifdən süzülür və hazır-
lanacaq şərbətə və digər sərinləşdirici içkilərə qatılır.
Gülabın hazırlanması. Gülab qızılgül ləçəklərinin su
buxarı ilə distilləsindən alınan ətirli sudur. Bunun üçün yığılmış
qızılgül ləçəkləri xüsusi qazana (mey qazanına və ya distilyat
aparatına) tökülür, üzərinə su əlavə edilib (1 kq qızılgül ləçək-
lərinə 15 l su götürülür), xüsusi qayda ilə 1,5-2,0 saat ərzində
qızdırılır və su buxarı vasitəsilə distillə olunaraq distilyyat
təmiz balonlara və ya iri şüşə qablara yığılır.
Gülabdan Azərbaycan şərbətlərinin hazırlan-masında,
eləcə də mili xörəklərdən firni, südlü sıyıq, halva və s. bu kimi
ş
irin xörəklərin bişirilməsində istifadə olunur.
Gülqə nd. Qızılgül ləçəkləri – 1 kq, toz-şəkər – 2-2,5 kq.
Qızılgül ləçəkləri ayrılır, solmuşlar və qurumuşlardan
təmizlənir. Ləçəkləri toz-şəkərlə qarışdırmaq və ya az-az əlavə
edib əzişdirmək şərtilə eynicinsli kütlə halına gətirilir. Əzilmiş
kütlə 20-25 gün günəş altında saxlanılmaqla yetişdirilir. Hazır-
lanmış gülqənd dərin emallı qaba və ya mis badyaya tökülür,
qabın ağzı təmiz tənziflə örtülüb bağlanır. Hər gün gülqənd
olan qabı günəş şüalarının yaxşı düşdüyü yerə qoyub saxla-
yırlar. Yetişmə zamanı şəkər tam həll olur, tərkibindəki artıq su
buxarlanır və beləliklə alınmış qatı püreyəoxşar məhsul şüşə
bankalara yığılır, qapağı kip bağlanılır. Gülqənd 7 il saxlan-
dıqdan sonra xalq təbabətində müalicəvi məqsədlə bir çox
xəstəliklərə qarşı istifadə olunur. Yazbaşı 10-15 gün ərzində
səhərlər 1 xörək qaşığı acqarına gülqənd yeyilməsi insanın can-
sağlığında özünü tezliklə göstərir. Insan gümrahlaşır, başgicəl-
lənməsi keçir, ürək ağrıları hiss olunmur, ümumi zəiflik aradan
qaldırılır.
Qızılgül mürə bbə si. Qızılgül ləçəkləri – 100 q, şəkər –
900 q, su – 2 stəkan, limon turşusu – 2 q.
384
Ə
n yaxşı mürəbbə beşyarpaq və qazanlıq qızılgülün lə-
çəklərindən alınır. Ləçəklərin aşağı ağ hissəsi kəsilib atılır, yu-
yulur və 5 dəq. qaynar suda pörtülüb süzülür. Pörtülmək üçün
istifadə olunan suda şərbət hazırlanır, ləçəklərin üstünə tökülür
və birdəfəyə hazır olunca bişirilir. Bişmənin sonunda limon
turşusu əlavə edilir. Bu vaxt mürəbbənin rəngi tutqun çəhrayı
rəngə boyanmalıdır.
tburnu gülünün ləçəklərindən də bu qaydada mürəbbə
bişirilir və xalq arasında soyuqdəyməyə qarşı istifadə edilir.
Dostları ilə paylaş: |