Təsadüfi proseslər nəzəriyyəsi fənni üzrə
PROQRAM
(Ehtimal nəzəriyyəsi və riyazi statistika ixtisası)
(30
saat mühazirə, 15 saat məşğələ)
Tərtibçi:
riyaziyyat elmləri doktoru, dos. Rövşən Əliyev
1.
Təsadüfi proses anlayışı. Təsadüfi prosesin sonluölçülü paylanmaları. Kolmoqorov
teoremi.
2.
Təsadüfi prosesin xarakteristikaları (riyazi gözləmə, dispersiya və kovariyasiya
funksiyası).
3.
Təsadüfi prosesin kvadratik orta mənada kəsilməzliyi, törəməsi və inteqralı.
4.
Artımları asılı olmayan proseslər: Puasson prosesi.
5.
Bərpa prosesi. Bərpa funksiyası və onun asimptotikası.
6.
Təsadüfi dolaşmalar. Qayıdışlı təsadüfi dolaşma. Mümkün qayıdış ehtimalı.
7.
Təsadüfi dolaşma üçün əksolunma prinsipi və “səsvermə” (balatirovka) məsələsi.
8.
Təsadüfi dolaşma üçün arksinus qanunu.
9.
Stasionar proseslər: Dar və geniş mənada stasionarlıq anlayışları.Spektral sıxlıq
funksiyası.
10.
Markov prosesləri. Markov momenti. Keçid ehtimalları üçün Kolmoqorov-Çepmen
tənliyi.
11.
Ölüm və doğum prosesləri. Şaxələnən proseslər.
12.
Semi-Markov və regenerasiya prosesləri.
13.
Martinqal nəzəriyyəsinin elementləri. Martinqal və Markov asılılığının müqayisəsi.
14.
Qauss prosesləri. Viner prosesi. Həndəsi Broun hərəkəti.
15.
Diffuzion proseslər.
Dostları ilə paylaş: