Torpağa verilən kompostun illik norması orta hesabla 6 kq/sm
2
təşkil edir. Bu,
təxminən üç dolu bel (lopatka) deməkdir. Humusla zəif olan torpağa birinci ildə
kompostun böyük miqdarda verilməsi tələb olunur (10-12 kq/sm
2
). Şitil becərmək
üçün torpağın hazırlanması zamanı kompost ələnməlidir (xırda deşikli, 3-6 mm
2
).
Kompostun ayrı-ayrı tərkib hissələrinin yetişməməsi hallarında da bu tədbirin
aparılması məqsədəuyğundur.
Ələnmədən sonra qalan material yeni kompost tığının dibinə sərilir ki, kom-
postlaşma prosesini sürətləndirsin (maya göbələyi kimi təsir göstərir). Eləcə də onu
mulça qismində və ya qaldırılmış (konteyner) ləklərin hazırlanması üçün istifadə
etmək olar.