Kompostlaşma üçün nəyi istifadə etmək olmaz: • Xəstə yaxud zərərvericilər tərəfindən güclü zədələnmiş bitkiləri, belə ki,
onlar xəstəlik törədən mikroorqanizmlərin yaxud zərərvericilərin
yumurtalarının daşıyıcısı ola bilər;
• Zəhərli bitkilər (söyüd gülü, qara bəngotu, gənəgərçək);
• Çürümə prosesi ləng gedən bitkilər (məsələn, maqnoliyanın yarpağı);
• Digər bitkilərə və mikroorqanizmlərə münasibətdə tərkibində toksiki
maddələr - fitonsidlər olan bitkilər (məsələn, evkalipt, dəfnə, şabalıd,
ardıc, akasiya, yunan qozu, sərv ağacı);
• Hədsiz turşuluqla (məs., iynəyarpaqlı şam) xarakterizə olunan, yaxud
tərkibində çürümə prosesini pozan maddələri olan bitkilər;
• Kompostlaşma zamanı hətta yüksək hərarətdə çürüməyən və yenidən
cücərə bilən sarımsaq;
• İt və pişik ekskrementlərində patogen mikroorqanizmlərə tez-tez rast
gəlmək olur. Kompost qalağı parçalandıqda onlar hər zaman məhv
olmurlar;
• Yaxşı olardı ki, xəstəlik və zərərvericilərlə zədələnmiş bitkilər
yandırılsın. Kül qiymətli gübrə və kompost üçün yaxşı əlavədir. Kül,
Tökülmüş yarpaqlar
Mətbəx tullantıları
168
eləcə də torpaq zərərvericilərinə qarşı səmərəlidir, məsələn, onun yüksək
qələvilik xüsusiyyəti yerkökü qurdunu qorxudur.
• Böyük miqdarda metal, plastmas, şüşə, iri ağac hissələri və kağız (az
miqdarda kağıza yol verilir).