166
Şəkil 52. Qalın layla (örtük) mulçalama
Mulçalamanın altı əsas qaydası:
Mulçalamadan əvvəl torpağı yumşaltmaq lazımdır;
Biçin qalıqları, kəsilmiş budaqlar və digər oxşar
material ilə mulçalama
aparmadan əvvəl onları bir qədər xırdalamaq lazımdır. Qalıqlar
nə qədər
xırda olsa, o qədər tez çürüyüb torpağı gübrələyər.
Yaşıl material ilə mulçalama zamanı
onu nazik layla və tez-tez
yeniləşdirərək istifadə etmək lazımdır.
Quru material ilə quraq iqlim şəraitində mulçalama zamanı (onu qalın
layla döşəmək olar) onu nəmləndirmək (daha yaxşı olar ki, maye
gübrələrlə) lazımdır;
Tədbiri həyata keçirərkən mədəni bitki pöhrəsinin mulça altında
qalmamasına
diqqət yetirin;
Mulçanın tərkibində alaq otlarının toxumları,
eləcə də zərərverici,
xəstəliklər və toksiki maddələr olmamalıdır.
Dostları ilə paylaş: