161
Paxlalı yem otları: 1)
Vica sativa – səpin gülülü; 2)
Lathyrus sativus –
səpin lərgəsi;
3)
Medicago sativa -
səpin yoncası (göy); 4)
Medicago falcata –
oraqşəkilli yonca (sarı);
5)
Ornithopus sativus –
səpin seradellası
; 6)
Lotus -
qurdotu (buynuzşəkilli); 7)
Mellilotus
officinalis –
dərman xəşənbülü (sarı); 8)
Lupinus luteus - sarı lüpin (acı paxla); 9)
Trufolium repens
–
ağ üçyarpaq (sürünən); 10)
Trifolium pratens –
qırmızı üçyarpaq (çəmən); 11)
Onobrychic
viciifolia – adi xaşa.
Şıkil 44. Paxlalı yem otları
Bir qrup mütəxəssislər
hesab edirlər ki, sideratları torpağa qarışdırmaq yox,
yalnız çiçəkləmə fazasına qədər biçmək lazımdır. Sonra isə yastıkəsənlə 2-5 sm
dərinliyində əməliyyat aparılmalıdır. Cavan alaqları biçin aparmadan köndələn-
kəsənlə doğramaq olar. (Şəkil 45)
162
Oxşəkilli pəncəsi
olan səpici aqreqat
Bir cərgəli şumlayan
Yastıkəsənlə kökləri
dərində olan alaqların
təmizlənməsi
Alaq təmizləyən
Səpici aqreqat və
vərdənədən
ibarət
oxşəkilli pəncə
Köndələnkəsənlə ləkin
düzəldilməsi
Şəkil 45. Yastıkəsənin müxtəlif növləri
6.1.5. Maye yaşıl gübrələr
Maye yaşıl gübrə ekoloji kənd təsərrüfatında kifayət qədər geniş tətbiq olunur.
Belə gübrələr bitki tərəfindən asan mənimsənilir və onlar bitkilərin intensiv boy
atmasını təmin edir. Maye yaşıl gübrə müxtəlif bitkilərdən (məsələn: gicitkən, xən-
dəkotu və s.) hazırlanır. Onun tərkibində çoxlu miqdarda azot və kalium elementləri
vardır. Bu gübrələrdən bitkilərin suvarılmasında
birbaşa kökdən, onun duruldulmuş
cövhərini bitki üzərinə çiləməklə yarpaqları vasitəsilə kökdən kənar yemləmə həyata
keçirilir.
Maye bitki gübrəsi ilə çiləmə ekoloji təsərrüfatlarda səmərəli üsullardan biri
sayılır. Yarpaqların çilənməsi 2-3 həftədən bir aparılır. Yarpaqların çilənməsində də
163
Şəkil 46. Gicitkən bitkisindən maye gübrə
hazırlanması
torpağın becərilməsində istifadə olunan cövhər tətbiq edilir. Lakin bu cövhər iki dəfə
duruldulmuş halda olur.
Gicitkən bitkisindən maye gübrənin hazırlanması
Bu gübrə yazda və yayda yaşıl gicitkən kütləsindən hazırlanır. Gübrənin hazır-
lanması zamanı ağac,
plastmas, gil və ya şirəli qablardan istifadə olunur. Metal qab-
lardan istifadə etmək məsləhət görülmür, ona görə ki, gicitkənin cövhəri metalla
reaksiyaya girə bilər. Bir kq təzə gicitkənin doğranmış kütləsinin 10 litr su olan qaba
tökərək saxlayırlar. Yaxşı olar ki, yağış suyu, çökdürülmüş su yaxud günəş altında
isidilmiş sudan istifadə olunsun. Qıcqırma prosesi qurtarana qədər cövhərin içərisinə
xırda
cür-cücü düş-
məməsi üçün qabın
ağzını torla örtmək
lazımdır. Qabda sax-
lanan kütləni hər gün
yaxşı qarışdırmaq
zəruridir. Parçalanma
prosesi getdiyi üçün
cövhərin xoşagəlməz
iyi olur.
Bu iyi ara-
dan qaldırmaq üçün
qarışığın üzərinə bir çimdik daş tozu, yaxud 50 qr valerian ekstraktı əlavə etmək
məsləhətdir.
Məhlulun tünd rəngə boyanması və köpüyün yox olması qıcqırma prosesinin
axıra çatmasını göstərir. Adətən, bu proses 10-14 gün davam edir. Qıcqırma prosesi
günəş altında daha tez gedir. Bundan sonra qabın ağzını səliqəli örtmək lazımdır
(əgər qapaq kip bağlanıbsa, hava daxil olması üçün deşiklər açılır). Bitki yarpaqları
üzərinə çiləmə aparmaq üçün məhlul cunadan süzülür və bir litr cövhər 20 litr su ilə
durulaşdırılır. Maye gübrə ilə suvarma aparılan zaman məhlulun süzülməsinə ehtiyac
qalmır. Bu halda 1litr cövhər 10 litr suda duruldulur. Cövhərin duruldulması onun
istifadə olunması ərəfəsində aparılmalıdır.
Gicitikəndən hazırlanmış maye gübrə
bitkinin boyunu tənzimləyir
və ona sağlamlaş-
dırıcı təsir göstərir. Torpaqları bu cövhərlə
suvardıqdan sonra orada yağış qurdlarının (torpaq
qurdları) miqdarı artır.
Gicitkən cövhəri lobya, noxud, soğan və
sarımsaq istisna olmaqla meyvə, giləmeyvə və
tərəvəz bitkilərinin əksəriyyətinə,
eləcə də
çiçəklərə müsbət təsir göstərir.
Dostları ilə paylaş: