Yarpaqlı və çimli torpaq Peyinin çatışmaması zamanı yarpaqlardan ibarət yarpaqlı torpaq çürüntüsünü
hazırlayırlar. Bunun üçün payızda yarpaqları bir topaya yığaraq kipləşdirirlər və üzə-
rini torpaqla örtərək qış boyu saxlayırlar. Yazda topaları yava ilə çevirirlər: çürüməmiş
yarpaqlar alta sərilir, daha yaxşı çürümüşləri isə üstə sərib topanı qara rəngli plyonka
ilə örtürlər. Vaxt keçdikdən sonra yarpaqlar tünd rəngli çürüntü kütləsinə çevrilir.
Çim torpaq şitillərin becərilməsi, istixana üçün qruntun hazırlanması zamanı
torpaq qarışığının tərkib hissəsi kimi zəruri sayılır. Bu torpağı yaxşı otluğa malik
çəmənlərdə hazırlamaq olar. Nəzərə almaq lazımdır ki, gilli torpaqlarda çim daha
ağırdır, qumluca torpaqlarda isə - daha yüngüldür. Çim laylarını 10 sm qalınlığında
kəsib aralarına peyin verərək qalağa yığırlar. Sentyabr ayında qalağı çevirirlər,
oktyabrda isə çim torpağının bir hissəsini əvvəlcədən ələkdən keçirərək örtülü qrunt
şəraitində (istixana, parnik) tərəvəzlərin böecərilməsi üçün istifadə etmək olar. Çim
torpağın qalan hissəsi yaza qədər saxlanmalıdır.