Kalium Bitki toxumalarını gücləndirir, köklərə və köküyumrulara əlavə möhkəmlik verir
və su rejimini tənzimləyir.
Maqnezium Xlorofilin ən mühüm elementidir və bitkilərdə maddələr mübadiləsi proseslərini
fəallaşdırır. Maqnezium boyverməyə yardım edir, bitkilərin məhsuldarlığını
yüksəldir.
Dəmir Bitkilərdə maddələr mübadiləsinə və xlorofilin əmələgəlməsinə yardım edir.
artıq dərəcədə əhənglənmiş torpaqlarda bitkilər tərəfindən zəif mənimsənilir.
Fosfor Yumurtalıqların, çiçəklərin və toxumların əmələgəlməsinə yardım edir. O, bir
çoxlarından fərqli olaraq bitkilər üçün daha mənimsəniləndir.
Əhəng Köklərin, zoğların sağlam inkişafına yardım edir və torpaqda bütün qida maddə-
lərini bitkilər üçün mənimsənilən formaya çevirən mikroorqanizmlər üçün əlverişli
şərait yaradır.
Əksər mədəniləşdirilmiş torpaqlar fosfor, kalium və maqneziumun artıq miqdarı
ilə fərqlənir. Ona görə də gübrələri bərabər dozalarda torpağa vermək o qədər də
məqsədəuyğun deyil. İlk-əvvəl ərazi laboratoriyasında torpaqda nəyin hansı
miqdarda olub-olmamasını yoxlamaq lazımdır.
Odun külünün tərkibində mikroelementlərlə yanaşı bitkiləri göbələklərin
zədəsindən və çürümədən qoruyan kalium vardır.
Sideral bitkilər (yaşıl gübrələr), məsələn sarı xardal havadan azot toplayır.
Tozvarı silisium oksidləri torpağın strukturunu yaxşılaşdırır, tərkibini
mikroelementlərlə, maqneziumla, əhənglə və maqnezium turşusu ilə zənginləşdirir.
Peyini ləklərə yazda və payızda verirlər. Təbii ki, yalnız torpağın qida
maddələrinə ehtiyacı olan yerlərdə.
Kompost tığını adətən 1 m hündürlüyündə və 1,5 m enində hazırlayırlar və
torpaqla örtürlər. Kompost üçün konteyneri ağacdan və dəmir tordan hazırlayırlar.
Onları kölgədə yerləşdirmək tövsiyə olunur. 2 həftədən bir kompostu qarışdırırlar və
3-4 aydan sonra yetişmiş kompostu ələyirlər.
Torpağa verilən hər nə varsa, bel ilə yox yava ilə torpağa qarışdırılır.