Fənn:
Qida fiziologiyası
Tərtib etdi:
müəl., b.ü.f.d. BABAŞLI A.Ə.
MUHAZİRƏ 10. QİDADA ZƏHƏRLİ KOMPONENTLƏR VƏ
QİDALANMANIN MÜDAFİƏ AMİLLƏRİ
Plan
1. Qidanın zəhərli komponentləri
2. Qidalanmanın müdafiə amilləri
1. Qidanın zəhərli komponentləri
Qida mürəkkəb və çoxkomponentli kimyəvi sistemdir. Onun bütün
kimyəvi maddələri şərti olaraq, məhsulların özünün komponentlərinə,
başqa sözlə, bitki və heyvanat mənşəli məhsulların özlərində olan
maddələrə və yeyinti qatqılarına və ətraf mühitdən daxil olan kimyəvi və
bioloji maddələrə bölünürlər.
Yeyinti qatqıları məhsullara xüsusi texnoloji effekt vermək üçün onlara
əlavə olunan maddələrdir. Beləliklə, qidaya müəyyən mənada həm də
insan sağlamlığı üçün təhlükəli olan zəhərli maddələrin mənbəyi kimi də
baxmaq olar.
Məhsulların tərkibindəki qida maddələri - zülallar, yağlar, karbohidratlar
və s. orqanizmdə maddələr mübadiləsinin pozğunluğu hallarında
xəstəliklər zamanı ona mənfı təsir göstərə bilərlər. Bunların özü də 3 cür
formada baş verə bilər.
Birinci
irsi
xəstəliklərlə
əlaqədar
laktoza,
fruktoza,
saxarozanın
allergiyası ilə əlaqədar, bir sıra fermentlərin çatışmazlığı ilə əlaqədar baş
verə bilər.
İkincisi, karbohidratların, şəkərin artıq qəbul edildiyi hallarda (şəkərli
diabet, piylənmə, ürək-damar xəstəliklərində), yağların artıq qəbul
edildiyi zaman (atero-skleroz, piylənmə vaxtı), ədviyyatların, natrium
qlutamatın ədviyya kimi çox işlə-dildiyi hallarda baş verə bilər. Ayrı-ayrı
aminturşuların nisbətləri gözlənilmədikdə də orqanizm üçün təhlükə
yarana bilər.
Bir sıra oliqoşəkərlər təbii komponentlər olsa da, (rafinoza, staxioza və s.
paxlalıların tərkibində mədə-bağırsaq sistemindən parçalanmamış halda
keçdikdə anaerob mikroorqanizmlərin fermentlərinin təsirinə məruz
qalaraq diareya və s. pozulmalar yaradırlar. Zəhərli təsiri orqanizm üçün
xardal yağı və s. bu kimi yağların yağ turşuları da yarada bilir.
Bütün bunlarla yanaşı, qidanın bioloji fəal maddələrindən danışmaq,
başqa sözlə, etil spirti, kofein, teobromin, teofıllin kimi sosial
toksikantlarından da danışmağa dəyər.
Etanol bioloji fəal maddə olmaqla yanaşı, həm də enerji
mənbəyidir. Eyni zamanda onun narkotik təsiri enerji
dəyərindən daha güclü görünür. Bu səbəbdən də qidalanma
zamanı etanol sağlamlıq üçün təhlükəli qida məhsulu kimi
özünü göstərir.
Qida məhsulalrında olan bitki mənşəli sianogen qlikozidləri turşularla
yaxud müvafiq fermentlərin təsiri ilə sianid turşusu (HCN), acı badam,
alma, gavalı və heyva toxumlarından ayrılan amiqdalin qlikozidi,
lobyada
olan
lima-linamarin,
malotaustralin
kimi
birləşmələr
polinevropatiya sindromu, sianid və aseton yaranmasına gətirib çıxara
bilərlər. Müəyyən edilmişdir ki, sianidlə bərabər zəhərli təsiri onun
biotransformasiyası nəticəsində orqanizmdə yaranan tiosianat da göstərə
bilər. Yaxud qida ilə çoxlu miqdarda qabıqlı at paxlasının qəbulu
nəticəsində qaraciyərin və dalağın böyüməsi kimi xəstəliyin əmələ
gəlməsi baş verə bilər. Bu da onların yaratdığı qlikozidlərdən – visin və
konvisindən mədə-bağırsaq aparatında -qlikozadaza fermentinin təsiri
ilə hidrolizə uğrayaraq müvafiq aqlikonların (divisin və izouramil) əmələ
gəlməsi ilə əlaqələndirilir:
Bu
birləşmələr
isə
SH-qlutationu
oksidləşdirmək
qabiliyyətinə
malikdirlər.
Hələ qədim zamanlardan bal ilə zəhərlənmələr məlumdur. Bu da gülündə
zəhərli
nektarlar
olan
bitkilərin
təsiri
ilə
izah
olunur,
onlarda
andromedotoksin adlanan birləşmələrin varlığı ilə əlaqədardır.
Qidaların tərkibində rast gəlinən böyük qrup zəhərli komponentlər peptid
tə-biətli birləşmələrdir. Lobyada, soya paxlasında və digər paxlalılarda
çoxlu miq-darda lektinlər – termolabil birləşmələr vardır ki, adi kulinar
emalı zamanı par-ça-la-nırlar. Çiy halda qəbul edildiyi zaman adları
çəkilən ərzaq məhsulları ciddi zəhər-lənmələr doğura bilər. Lobyanın
əvvəlcədən 18 saat müddətində suda isladılması həmin birləşmələrin
miqdarının
20-65%
kənar
edilməsinə
gətirib
çıxarır.
Bəzən
bu
birləşmələrlə termiki emaldan keçmiş məhsullarla da zəhərlənmə baş
verə bilir.
Heyvanlar üçün yem sayılan bir sıra dəniz məhsullarındakı toksinlər
də zəhər-lənmələr yarada bilərlər. Bunlardan sağlamlıq üçün ciddi
təhlükəli olan saksi-toksini və quruluş etibarilə ona yaxın olan
qaniautoksini göstərmək olar.
Bu zəhərlər öz təsirini orqanizmə daxil edildikdən bir neçə dəqiqə
sonra göstərir və 2-24 saat müddətində ölümə gətirib çıxarır.
2. Qidalanmanın müdafiə amilləri
Qeyd etmək lazımdır ki, qida zəhərlənmələri ilə bağlı müasir biliklər hələ
də kifayətləndirici deyildir. Ən qorxulusu isə hazırki dövrdə ərzaq
məhsullarının ətraf mühitdən gələn həm təbii, həm də antropogen
mənşəli zəhərləyicilərin təsiri ilə zəhərlənərək təhlükə doğurmasıdır.
Sənayeləşdirmə, texniki tərəqqi, metallurgiya və kimya sənayesinin və s.
sahələrin inkişafı, texnoloji və kulinar emalı üsullarının təsiri bu
təhlükəni daha da artırmışdır. Pestisidlərin, radionuklidlərin, nitrat və
nitritlərin, onların birləşmələrinin və s. birləşmələrin ərzaq xammalına
düşməsi və qida ilə qəbul edilməsi isə müasir qida məhsullarını son
zamanlar bir sıra hallarda daha təhlükəli etmişdir. Ətraf mühitin kimyəvi
və bioloji yolla çirklənməsi ilə qida məhsullarının necə zəhərli olmasını
aşağıdakı cədvəldə olan məlumatlardan asanlıqla görmək olar (cədvəl 1).
Qida məhsullarının zəhərli komponentlər və çirkləndiricilərlə nə
dərəcədə təhlükəli olması aşağıdakı amillərlə əlaqədardır:
zəhərin özünün xassəsi ilə;
ətraf mühitin və ərzaq məhsullarının xarakteri və keyfıyyəti ilə;
təsir obyektinin (insan orqanizminin) xüsusiyyətləri ilə (fərdiliyi ilə).
Beləliklə, qida rasionları tərtib edildikdə, ayrı-ayrı zəhərlərin ayrılıqda və
kompleks şəkildə təsiri, ətraf mühit amilləri, texnoloji emal (kulinar
emalı, konservləşdirmə və s.) üsulları, məhsulun növü və mənşəyi,
miqdarı və s. çoxsaylı amillər nəzərə alınmalıdır.
Cədvəl 1.
Qida məhsullarımn ətı af mühitdən kimyəvi və bioloji
çirkləndiriciləri
Kimyəvi çirkləndiricilər
Bioloji mənsəli çirkləndiricilər
Metallar:
Bakteriyalar və bakterial toksinlər.
Civə
Solmonellər
Qurğuşun
Şigellər
Kadmium
Stafilokok tipli enterotoksinlər
Sürmə
Clostridium botulinum
Xrom
Bacillus cereus
Kobalt
Vibrio parahemolyticus və s.
Nikel və s.
Mikroskopik kif göbələklər:
Pestisidlər və onların parçalanma məhsulları.
Aspergillus spp
Xlorlu üzvi birləşmələr
Penicillium spp
Fosforlu üzvi birləşmələr
Fusarium spp
Ditiokarbamatlar
Alternaria spp
Metilbromid
Mikotoksinlər:
Radiaktiv izotoplar:
B, B, S, M aflatoksinləri
Sezium - N° 37
A oxratoksin
Stropsium – 90
Patulin
Yod -131
Sitrinin və s.
Digər maddələr:
Kənd təsərrüfatı heyvanları
parazitləri:
Nitratlar
Cysticercus bovis
Nitritlər
Echinococcus granuiosus
- nitrobiriəşmələr:
Fasciola gigantica
Polixlorlu və polibromlu
Trichinell spirolis və s.
Difenillər və trifenillər:
Viruslar:
Heyvan stimulyatorları, hormonlar
və hormonabənzər maddələr daxil
edilməklə, antibiotiklor və s.
materiallar.
A hepatitinin virusu
Selen
arboviruslar.
Azbest
Digər maddələr:
Kənd təsərrüfatı heyvanları
parazitləri:
Nitratlar
Cysticercus bovis
Nitritlər
Echinococcus granuiosus
Dostları ilə paylaş: |