Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə178/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   174   175   176   177   178   179   180   181   ...   431
Üzvi gübrələr 
•  Peyin 
•  Quş şılı 
•  Torf, lil 
•  Yarpaqlı və çimli torpaq   
•  Taxta kəpəyi və ağac qabığı   
•  Sideratlar 
•  Kompostlar 
Tərəvəz bitkiləri torpaqdan çoxlu miqdarda qida maddələri aparırlar və üzvi 
gübrələr vasitəsilə onlar  bərpa olunmadığı halda torpaq gücdən düşür. Üzvi gübrələr 
heyvan və bitki mənşəli maddələrdən ibarətdir. Çürüyərək bunlar mineral maddələr 
əmələ gətirir və bu zaman torpağın üst qatına bitkilərdə fotosintez prosesinin getməsi 
üçün zəruri olan karbon ayrılır. Bundan əlavə üzvi gübrələr bitkilərin su və hava 
qidalanmasına müsbət təsir göstərir, tərəvəz bitkilərinin kökləri ilə simbiozda olan 
torpaq bakteriyalarının və mikroorqanizmlərinin inkişafına yardım edir, onlara 
mənimsənilən qida elementlərini əldə etməyə kömək edirlər. Üzvi gübrələr sırasına 
peyin, torf, kompost, quş zılı, çürüntü və digər üzvi materiallar aid edilir. 
Peyin 
Bu  ən qiymətli üzvi gübrələrdən biridir. Müxtəlif heyvanların peyinində orta 
hesabla vardır (%-lə): su - 75, üzvi maddə - 21, ümumi azot - 0,5, mənimsənilən 
fosfor - 0,25, kalium oksidi - 0,6. Peyinin keyfiyyəti heyvanın növündən, onun 
yemindən, döşəmədən və saxlama üsulundan asılıdır. məsələn, donuzların 
yemləndirilməsində çoxlu miqdarda konsentratlar istifadə olunur. Ona görə də peyini 
yüksək tərkibdə azotla fərqlənir, gövşəyən heyvanların  rasionunda isə qaba yemlər 
olduğu üçün peyinlərində daha çox kalium vardır. 
Peyin üçün ən yaxşı döşəmə materialı  zəif çürümüş üstlük torfdur, lakin əksər 
hallarda küləş  və ya taxta kəpəyini istifadə edirlər. Küləş döşəməsində çürümüş at 
peyini soyuq gilli torpaqlar üçün əvəzedilməz üzvi gübrədir. Lakin onu istixanalar 
üçün bioyanacaq qismində istifadə etmək daha yaxşıdır. At peyininə nisbətən 
iribuynuzlu mal-qaranın peyini daha zəif isinir, çünki, onun tərkibində suyun həcmi 
çoxdur. Lakin yüngül torpaqlarda bu peyin növü əvəzedilməzdir. 
Donuz peyini turş reaksiya ilə  fərqlənir. Onun istifadəsi zamanı  əhəng  əlavə 
etmək lazımdır. Dovşan peyinində bitkilər üçün zəruri olan maddələr aşkar 
edilmişdir. Üzvi gübrə kimi onun dəyərliyi digər heyvanların peyini ilə və quş zılı ilə 
qarışdırıldıqda  artır. 
Peyinin çürüməsinin dörd mərhələsi ayırd edilir. Zəif çürümüş (təzə) peyində 
küləşin rəngi və bərkliyi çox az dəyişmiş olur. Onun yuyulması zamanı suyun rəngi 
qırmızı  və ya yaşıl çalarlı olur. Yarıçürümüş peyində küləş tünd-qəhvəyi rəng alır, 
bərkliyini itirir və asan qırılır. Su məhlulu tünd rəngdədir. Bu mərhələdə peyin ilkin 
kütləsinin 30%-ni itirir. Çürümüş peyin qara, sürtülən kütlədir. Küləş çürümüş, peyin 
isə ilkin kütləsinin 50%-ni itirmiş olur. Çürüntü -   yumşaq, torpağabənzər kütlədir. 
Çürümənin bu mərhələsində ilkin kütlənin itkisi 75%-ə çatır. 
Az çürümə  mərhələsində olan peyin torpağa payızda, daha çox çürümüş isə - 
yazda verilir. Əgər peyin kifayət qədər deyilsə, onda onu az dozalarda, lakin böyük 
sahəyə vermək məqsədəuyğundur, məsələn, birbaşa yuvalara. Soyuq torpaqlarda 


 
157
peyin 10-15 sm dərinliyə verilərək üstü torpaqla örtülür. Tezquruyan torpaqlarda isə 
becərilən layın tam dərinliyinə. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin