6.1.6. Mulçalama Bitki örtüyü olmayan torpaq tez quruyur ki, bu da humusun itirilməsinə səbəb
olur. Nəticədə torpağı tez-tez suvarmaq və gübrələmək məcburiyyəti ilə qarşılaşırıq.
Mulçalama vasitəsilə bunu istisna etmək olar.
Mulçalamanın üstünlükləri:
1. Torpağın strukturunu yaxşılaşdırır, torpaq erozi-
yasının və torpaqdan mineral maddələrin yuyulmasının
qarşısını alır;
2. Torpağı qurumaqdan mühafizə edir (nəmliyi
saxlayır);
3. Torpağın hərarətini sabitləşdirir;
4. Alaq otlarının qarşısını alır;
5. Üzvi materialdan olan mulça torpağı gübrələyir,
torpaq orqanizmləri üçün əlavə qida mənbəyidir, torpağın
tərkibində humusun miqdarını artırır.