6.1.4. Taxıl bitkiləri və yonca (yonca-taxıl qarışıqları) Ekoloji əkinçilikdə, əsasən, yonca və taxıl otlarının qarışıqları becərilir.
Onlar yüksək səmərəliliklə bir-birini tamamlayır.
Taxıl bitkilərinin güclü, xırda şaxələnmiş kök sistemləri paxlalıların atmosfer
azotunu təsbitetmə qabiliyyəti ilə vəhdətdə torpağın münbitliyinin formalaşmasına
yardım edir. Qarışıqların tətbiqi heyvanların yemləndirilməsi zamanı bir çox
problemlərin istisna olunmasına zəmin yaradır (qaz və köpün əmələ gəlməsini
məhdudlaşdırır). Yemlik dəyəri üstün olduğuna görə heyvanlar onları həvəslə yeyir.