158
lay-lay yığmaq faydalıdır. Yay ərzində yığılmış bitki qalıqlarını da əlavə etməklə
topanı iki dəfə qarışdırırlar. Kəpək turş reaksiyalı olduğu üçün ona əhəng və ya
təbaşir (bir vedrəyə 120-150 q) əlavə edirlər.
Üzvi gübrə kimi istifadə üçün ağac qabığı (meşə təsərrüfatı və ya ağac emalı
sənayesinin tullantıları) kompostlaşdırılır. Qabığı (75% nəmlikdə) 10-40 sm
uzunluqda xırdalayıb digər üzvi materiallarla qarışdıraraq kompostlaşdırırlar.
Sideratlar
Bu birillik və ya çoxillik paxlalı bitkilərin (yazlıq noxud, yemlik paxlalılar,
çölnoxudu, acıpaxla, seradella və s.) torpağa basdırılmış yüksək gövdəli bitki kütlə-
sindən ibarət əla növ üzvi gübrədir. Öz təsirinə görə sideratlar
demək olar ki, təzə
peyinə bərabərdir. Sideratların bitki kütləsinin tərkibində olan qida elementləri
torpağa düşüb tədricən parçalanaraq, sonrakı bitkilər
üçün mənimsənilən hala
keçirlər, üzvi sideral maddə isə torpaq strukturunun bərpa olunmasına yardım edir.
Bəzi sideral bitkilər (acıpaxla, qarabaşaq, xardal) azmütəhərrik torpaq fosfatlarının
bitkilər tərəfindən mənimsənilməsini və həllolunması artırır, acıpaxla isə kaliumun
çətin mənimsənilən formalarını istifadə edə bilir.
Torpağın gücdəndüşmə dərəcəsindən asılı olaraq sideratları sahədə bütün yay
ərzində və ya aralıq bitkisi kimi yerləşdirirlər. Məsələn, onları faraş tərəvəzlərin
yığımından sonra yerləşdirirlər. Dirrikdə sideratları başdan-başa cərgələrə səpirlər
(cərgələrin eni 60-90 sm, cərgəarası 5 sm, biriilik paxlalı bitkilərin səpin dərinliyi 5-6
sm, ikiilliklərin isə - 3-4 sm).
Səpindən sonra üzləmə, xüsusilə də çoxillik otların
səpinində mütləqdir. Sideratlar qulluğa tələbkar deyil, lakin suvarmalar inkişafına
müsbət təsir göstərir.
Kompostlar
Kompostları müxtəlif üzvi materiallardan hazırlayırlar. Zərərverici və xəstəlik-
lərlə zədələnməmiş bitki qalıqlarını, quş zılını, peyni və digər materialları düz səth
üzərində arasını çim torpaq və ya torfla laylaşdıraraq yumşaq topaya yığırlar (qalaq).
Topanın (qalağın) alt hissəsini 10-12 sm qalınlıqda yarpaqlardan, kəpəkdən və ya
torfdan ibarət döşəmə təşkil edir. Topanı vaxtaşırı olaraq
su və ya peyin məhlulu ilə
nəmləndirirlər, 40-50 gün keçdikdən sonra qarışdırırlar, temperaturu 60
0
C çatdıqda
sıxlaşdırırlar.
Yayda kompost topasını günəş şüalarından qoruyurlar, qışda 30-40 sm qalınlıqlı
layda torpaq və ya kəpəklə örtürlər. 8-11 ay keçdikdən sonra kompostu istifadə
etmək olar. Toxumlamış alaq otlarını ayrıca kompostlaşıdırlar, çünki onların cücərmə
qabiliyyəti beş ilə qədər saxlanılır.
Dostları ilə paylaş: