165
Təzə biçilmiş ot - bir az solmalıdır ki, çürümə prosesi və ya göbələk xəstəliklə-
rinin əmələ gəlməsinin qarşısı alınsın. Təzə biçilmiş otla
yağmurlu hava
şəraitində mulçalama aparmaq olmaz! Biçilən bitkilər toxumsuz olmalıdır!
Xəzəl - əvvəlki bəndin xəbərdarlığını yaddan çıxarmayın. Bundan əlavə, bu
materialla küləkli
havada və ya küləkli sahədə, ümumiyyətlə, mulçalamanın
aparılması əhəmiyyətsizdir. Lakin ən başlıcası, əksər bitkilərin yarpağı
torpaqda turşuluğu artırır.
Belə mulça giləmeyvəli, bəzi bəzək bitkiləri və
meyvə ağacları üçün faydalıdır. Tərkibində digər
bitki və mikroorqanizmlər
üçün toksiki maddələr olan bitkilərin (söyüd gülü, qara bəngotu, gənəgərçək)
və ya fitonsidlərin (evkalipt, dəfnə, şabalıd, ardıc, akasiya,
yunan qozu, sərv
ağacı) yarpaqları ilə mulçalama aparmaq olmaz;
Köhnə kisələr, karton- əsas çatışmazlıqlar: 1) torpağı gübrələmir; 2) küləkdən
qorumaq üçün üzərinə daş və ya digər ağır əşya qoyulmalıdır;
Qara sellofan və ya ruberoid - torpağı gübrələmir və ən başlıcası,
baha başa
gəlir (sellofan bir ildən sonra çatlayır və cırılır).
Dostları ilə paylaş: