Амин Бабайев, Вцгар Бабайев


Ətirli otlar və meyvə-tərəvəz bitkiləri arasında əlverişli qarşılıqlı təsir



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə198/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   194   195   196   197   198   199   200   201   ...   431
Ətirli otlar və meyvə-tərəvəz bitkiləri arasında əlverişli qarşılıqlı təsir 
Cədvəl 50 
Otlar                            
Bitkilər 
Reyhan (Basilicum)  
Bibər, pomidor 
Xardal (Sinapis)  
Paxla, çiyələk, pomidor, xiyar, kələm 
Gicitkən (Urtica dioica) Pomidor, 
nanə 
Soğan (Allium)  
Çuğundur, kələm, kahı, çiyələk 
Nanə (Mentha piperita) 
Kələm, pomidor 
Zəncirotu (Taraxacum officinale)  
Meyvə ağacları 
Cəfəri (Petroselinum crispum)  
Noxud, pomidor, kəvər, qızıl gül, çiyələk 
Çobanyastığı (Chamomilla recutita)  
Xiyar, soğan, əksər göyərtilər 
Boymadərən (Achillea millefolium)  
Paxla, ətirli göyərtilər 
Çüyüd (Anethum graveolens)  
Kələm, soğan, kahı, xiyar 
Mayaotu (Armoracia rusticana)  
Kartof, meyvə ağacları 
Kəklikotu (Satureya hortensis)  
Kartof, lobya, pomidor, badımcan  
Sarımsaq (Allium sativum)  
Qızıl gül, pomidor, çiyələk, çuğundur, yerkökü 
Adaçayı (Salvia officinalis)  
Kələm, yerkökü, çiyələk, pomidor 
Tərxun (Artemisia dracunculus)  
Əksər tərəvəz 
 
6.1.10. Mühafizəçi bitkilər 
 
Fermer təsərrüfatlarında pestisidlərdən istifadə etmədən zərərli həşəratların inki-
şafını nəzarətdə saxlamaq və bunun nəticəsində ekoloji təhlükəsiz məhsul istehsalına 
nail olmaq üçün mümkün olan bioloji vasitələrdən istifadə edilməsi olduqca zəruri-
dir. Bu məqsədlə kökü, gövdəsi, yarpağı və çiçəkləri fitonsidlər ifraz edən bitkilərin, 


 
173
tərəvəz bitkiləri ilə yanaşı becərilməsi böyük maraq doğurur. Bu sıraya yalnız həşə-
ratları qorxudan bitkilər deyil, həmçinin onların həyat fəaliyyətinə çaşqınlıq gətirən 
bitkilər də daxildir. Bir çox həşəratlar qidalanmaq üçün müvafiq bitkiləri iylərinə 
görə axtarır.  Məs: kələm bitkisini iyinə görə torpaq birəsi və kələm sovkası axtarıb 
tapır.  Əgər güclü iyə malik olan bitkiləri, yəni kəklikotu, sürvən (adaçayı) kələmə 
yaxın əkilsə və yaxud onların ekstraktları ilə çilənsə bunlar kələmin iyini öldürür və 
həşəratlar üçün az cəlbedici  olur. Ətirli otlar özlərinin güclü iyi ilə həşəratlara güclü 
çaşdırıcı  təsir göstərir və beləliklə, becərilən bitkiləri mühafizə edir. Ona görə  də 
paxlalı bitkiləri paxla dənyeyənindən mühafizə etmək üçün reyhanı, qızılgülü birədən 
mühafizə etmək üçün sarımsağı, qulançarı cəfəri ilə yanaşı əkmək lazımdır. Düzdür, 
otların təsiri həmişə eyni dərəcədə özünü büruzə vermir. Bu məqsədlə  ətirli otları 
istifadə edərkən bitkilər arasındakı rəqabəti unutmaq olmaz. Otların hədsiz böyüməsi 
və  əsas bitkilərin yerini məhdudlaşdırmaması üçün onları seyrək və ya cərgələrin 
kənarı boyu əkmək lazımdır. 
Nəzərdə saxlamaq lazımdır ki, qarışıq əkinlərdə bitkilərin qoruyucu təsiri nəticə-
sində zərərvericilər tamamilə məhv olmur. Onların yalnız miqdarının azalmasına nail 
olmaq olar.   
Qoz ağacı ev milçəklərini və ev heyvanlarının milçəklərini qorxudur. Ona görə 
də otlaqlarda (örüşlərdə) bitən qoz ağacı atların və iri buynuzlu mal-qaranın həyatını 
hədsiz dərəcədə rahatlaşdırır. Milçəkləri qorxutmaq üçün heyvanları qoz yarpağının 
həlimi ilə çiləmək olar. Peyin topasının yaxınlığnda və ya at tövləsinin girişində olan 
qoz ağacı bu yerlərdə milçəklərin miqdarını azaldır. 
Sədəfotu (ruta) milçəkləri qorxudur, ona görə  də onu dibçəklərdə  pəncərənin 
qabağında, peyin topasının ətrafında və heyvan saxlanılan yerlərdə əkmək məsləhət 
görülür.  
Evlərin qabağında, yanlarda (ətrafda) və  cığırlarda  əkilmiş  gənəgərçək bitkisi 
yay axşamlarını açıq havada keçirməyi sevən insanlar üçün rahatlıq yaradır, həm də 
ağcaqanadları qorxudur. Əgər onu zibilliklərə yaxın yerlərdə əksələr, ağcaqanadların 
çoxalma sürəti azalır.  
Qarışqalar nanəni sevmirlər.  Əgər bu bitkini ərzaq saxlanılan yerin ətrafına 
atsaq, ərzaqları qarışqaların təcavüzündən qorumaq olar. Acı yovşanın quru yarpaq-
ları,  ətirli cənub bitkisi (rozmarin), adaçayı, lavanda və nanə ev güvəsini, pomidor 
bitkisi və acı yovşanın yarpaqlarından hazırlanmış ekstrakt (məhlul, həlim) milçəkləri 
qorxudur. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin