Амин Бабайев, Вцгар Бабайев


Alaq otlarının məhdudlaşdırılması



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə206/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   202   203   204   205   206   207   208   209   ...   431
Alaq otlarının məhdudlaşdırılması  
Ekoloji təsərrüfatçılıq əkin sahələrinin alaq otlarından azad olunmasını qarşısına 
məqsəd qoymur və bu bitkiləri  ərazi biomüxtəlifliyinin nümayəndələri kimi qəbul 
edir. Alaq otlarına qarşı mübarizənin məqsədi mədəni bitkilərin inikşafına yardım 
edən (mənfi təsir göstərməyən hədd), həmçinin becərmə və məhsul yığımı tədbirlə-
rində mane olmayan miqdarda alaq otlarının sahədə saxlanılmasından ibarətdir. 
Konvensional təsərrüfatçılıqda alaq otları kimi tanınan bitkilər əslində aşağıdakı 
müsbət xüsusiyyətlərə malikdir: 
1.
 
Onlar faydalı orqanizmlər üçün yaşayış mühiti və qida mənbəyi kimi xidmət 
edir; 
2.
 
Torpağı külək və su eroziyasından qoruyur; 
3.
 
Torpağın strukturunu yaxşılaşdırır; 
4.
 
Artıq qida maddələrini birləşdirir; 
5.
 
Torpağın indikator-bitkiləridir; 
6.
 
Həyat dövrü başa çatdıqdan sonra torpaq canlıları üçün qida bazası rolunu 
oynayır. 
Ayrı-ayrı alaq otları növlərinin intensiv surətdə yayılmasının müxtəlif səbəbləri 
vardır. Alaq otları onlarla eyni inkişaf ritminə malik mədəni bitkilərin  əkinlərində 
yaxşı inkişaf edir. Bu halda onlar mədəni bitkidən tez inkişaf edərək onun tələblərini 
ödəməli olan qida maddələrini mənimsəyir. Torpağın strukturunun pozulması mədəni 
bitkilərin zəifləməsinə  səbəb olduğu halda, öz davamlılığı ilə  fərqlənən alaq otları 
burada yaxşı inkişaf edir. Vaxtında becərilmiş, humusla zəngin torpaqda alaq otlarını 
sıxışdıran mədəni bitki güclü inkişaf edir. 
Eyni  ərazidə bitkilərin uzun müddət monokultura şəklində becərilməsi alaq 
otlarının yayılmasını  dəstəkləyən amildir. Məsələn, payızlıq bitkilərin  əkinlərində  


 
180
tarla tülküquyruğu, ala qanqal, türpəng, yulaf, qaramuq, əvəlik və s. ilbəil rast gəlinir. 
Əks tədbir kimi yaxşı düşünülmüş müxtəlif tərkibli növbəli əkin istifadə olunmalıdır. 
Yuxarıda açıqlanan təcrübədən görünür ki, ekoloji təsərrüfatda torpaq strukturu-
nun yaxşılaşdırılması, onun humusla zənginləşdirilməsi üzrə həyata keçirilən tədbir-
lər mədəni bitkiləri gücləndirir, onun rəqabət qabiliyyətini artırır və alaq otlarının 
miqdarını azaldır. Qeyd etmək lazımdır ki, ekoloji təsərrüfatda alaq otlarına qarşı 
mübarizə bütövlükdə mexaniki üsullarla aparılır.   
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin