Амин Бабайев, Вцгар Бабайев


Ekoloji əkinçilikdə zərərverici, xəstəlik və alaq otlarının  idarə olunması



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə204/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   200   201   202   203   204   205   206   207   ...   431
6.2. Ekoloji əkinçilikdə zərərverici, xəstəlik və alaq otlarının  idarə olunması 
 
Ekoloji təsərrüfatçılıqda zərərverici, xəstəlik və alaq otlarının idarə olunması 
yalnız kimyəvi mübarizə vasitələrinin bioloji vasitələrlə əvəz olunmasını yox, həm də 
«mübarizə» məfhumuna münasibətin dəyişməsini nəzərdə tutur. 
Məlumdur ki, xəstəlik törədicisi, adətən, zəif bitkiləri sirayətləndirir. Həyat 
uğrunda mübarizədə güclü, sağlam bitkilər qalib gəlir, zəiflər isə məhv olur. 
Təbiətin bitki səltənətində faydalı rol oynayan virus, bakteriya, göbələk, gənə və 
həşərat növləri «sanitar polisi» funksiyasını yerinə yetirirlər. Kütləvi surətdə artaraq 
məhsulun kəskin şəkildə aşağı düşməsinə səbəb olan orqanizmlər isə zərərverici və 
xəstəlik kimi tanınmışdır. 
Adətən, zəngin biomüxtəlifliyi sayəsində toxunulmamış  təbiətdə  zərərverici və 
xəstəliklərin hədsiz dərəcədə  çoxalması baş vermir, ona görə ki, onların miqdarı  
təbii düşmənləri (yırtıcılar, tüfeylilər, mikrob-antaqonistlər və s.) tərəfindən nizam-
lanır. Odur ki, təbii ərazilərdə zərərli orqanizmlərin az miqdarda mövcudluğu prob-
lem yaratmır. Əksər hallarda problem təbiətin biomüxtəlifliyi haqqında  qanunauğun-
luqlarını  nəzərə almayan insan müdaxiləsi nəticəsində yaranır. Adi (konvensional) 
kənd təsərrüfatı istehsalının ayrılmaz hissəsi olan «Bitki mühafizəsi» başlıca məqsəd 
kimi zərərverici və xəstəliklərə qarşı «mübarizə»ni nəzərdə tutur.
 


 
178
Meyvə  ağacları altında müxtəliflik
Ləkdə müxtəliflik 
Mehriban qonşular Soğan və yerkökü 
Təsərrüfatda 
 müxtəliflik
 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin