Амин Бабайев, Вцгар Бабайев


Ekoloji kənd təsərrüfatında məhsulların istehsalında və saxlanmasında



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə207/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   203   204   205   206   207   208   209   210   ...   431
6.2.2. Ekoloji kənd təsərrüfatında məhsulların istehsalında və saxlanmasında 
istifadə olunan fitonsidlər 
 
Azərbaycan Respublikasında iqlim şəraitinin müxtəlifliyi geniş çeşiddə  kənd 
təsərrüfatı bitkilərinin becərilməsinə  şərait yaradır. Floranın biomüxtəlifliyi aqrose-
nozda zərərli faunanın da növ müxtəlifliyinə səbəb olmuşdur.  
Digər tərəfdən 60-80-ci illərdə  əhalinin maddi rifah halının yaxşılaşdırılması, 
maddi-texniki bazanın möhkəmləndirilməsi üçün müxtəlif tədbirlər yerinə yetirilirdi. 
Belə tədbirlərdən biri də zərərverici, xəstəlik və alaq otlarına qarşı pestisidlərin geniş 
miqyasda tətbiqidir. Kənd təsərrüfatı bitkilərinin zərərli obyektlərdən mühafizəsində 
kimyəvi mübarizənin ön plana çəkilməsi bir sıra problemlərin yaranmasına səbəb 
oldu. Belə ki, müxtəlif təyinatlı pestisidlərin geniş sahələrdə tətbiqi biomüxtəlifliyin, 
o cümlədən xeyirli faunanını məhv olmasına, məhsulda zəhər qalığının toplanmasına, 
təbii ehtiyatların çirklənməsinə və ətraf mühitdə ekoloji tarazlığın pozulmasına şərait 
yaratdı.  
Kənd təsərrüfatında davamlı inkişafa, ekoloji cəhətdən təmiz məhsul istehsalına 
nail olmaq üçün bioloji vasitələr tətbiq edilməlidir. Bu məqsədlə bioloji mübarizədə 
mikrobioloji preparatlarla, entomofaqlarla yanaşı fitonsidlərə də geniş yer verilməli-
dir (əlavə 5-ə bax).  
Müxtəlif bitkilərin müalicə xüsusiyyətləri çoxdan məlumdur. Ancaq fitonsid-
lərin mikroorqanizmlərə (viruslara, bakteriyalara, göbələklərə, ibtidailərə və s.) təsiri 
ilk dəfə keçmiş sovet botaniki V.P. Tokin tərəfindən 1928-ci ildə  aşkar edilmişdir. 
Fitonsidlər (Fiton - bitki, sido - öldürürəm deməkdir) bakteriyalardan çiçəkli bitkilərə 
qədər bütün floraya xasdır. İmmunitet sistemində fitonsidlər mühüm əhəmiyyət kəsb 
edir.   
Fitonsidlər iki qrupa bölünür: 
•  Uçuculuq qabiliyyəti olan fitonsidlər. Belə fitonsidlər bitkilərin yerüstü 
orqanları vasitəsi ilə atmosferə, yeraltı orqanları vasitəsi ilə torpağa, su 
bitkilərində isə suya ifraz olunur. 
•  Suda həll olan fitonsidlər. Belə fitonsidlər hüceyrənin protoplazmasında 
mövcuddur. Onların bitkilərdən alınması (süni yolla) mümkündür. 
Fitonsidlərə efir yağları, antibiotiklər, terpenlər, üzvi turşular, alkoloidlər, 
fenollar, qlükozidlər, aşı maddələri, aldehidlər, qatranlar aiddir. 
Hüceyrələrdə gedən maddələr mübadiləsi nəticəsində bitkidə ifrazat maddələri 
yığılır. İfrazat məhsulları hüceyrələrin daxilində və ya ifrazat yerliklərində toplanır. 
Onların xaricə ifraz olunmasında vəzili tükcüklər, adi vəzilər (qatran yolları, süd 
boruları) və mexaniki zədələnmələr mühüm rol oynayır. Hüceyrənin daxilində 


 
181
toplanan ifrazat məhsullarının təzyiqi ilə hüceyrələr bir-birindən aralanır və ifrazat 
yerlikləri formalaşır.  İfrazat vəziləri bitkinin müxtəlif orqanlarında (yarpaq, meyvə, 
gövdə, kök, çiçək) əmələ gəlir. 
Fitonsidin məhsulları (immunitetin vacib təbii amili kimi) metabolizmin (mad-
dələr mübadiləsinin) məhsuludur. Fitonsidlər istilik mübadiləsində (efir yağlı bitki-
lərdə), müxtəlif birləşmələrin sintezində (vitaminlər) iştirak edir. Bununla yanaşı, 
fitonsidlər bitkilərə (yerüstü və yeraltı) zərər vuran mikroorqanizmiləri məhv etmək 
qabiliyyətinə malikdir. Bitkinin tərkibindəki fitonsidin miqdarı bitkinin inkişaf 
mərhələsindən, saxlanma müddətindən, becərildiyi torpaqdan asılıdır. 
Zülal və karbohidratlar olan mühitdə fitonsidlərin fəallığı azalır. Bu da 
fitonsidlərin tərkibində zülal və karbohidratların olmaması ilə bağlıdır. 
Təqdim olunmuş materiallarda respublikanın florasında mövcud olan daha çox 
fitonsidə malik bitkilərin, onların təsir etdiyi mikroorqanizmlərin adları göstərilmiş-
dir. Bununla yanaşı, bəzi bitkilərdən həlim və cövhərlərin alınma üsulları, tətbiq 
sahələri haqqında  ətraflı  məlumat verilmişdir. Dərslikdə  həmçinin  ədviyyəli - ətirli 
bitkilərin istifadə olunan orqanları (hissələri) barədə məlumatlar mövcuddur (əlavə 5-
ə bax) 


 
182

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin