7.2. Aralıq məkan effekti İki müxtəlif mühit arasında yerləşən ərazi aralıq məkan adlanır. Məsələn,
torpaq ilə su hövzəsi arasında olan sahil xətti, düzənliklə meşə arasında yerləşən
ərazi, otlaq altında olan məkanın mərkəzində yerləşən kolluq, təpənin yamacında
soyuq və isti cərəyanlar arasında yerləşən məkan, səhranın sərhəddi və s.
Hər iki müxtəlif mühitin ekosisteminin bütün resurslarının sərhəddə qarşılıqlı
surətdə işə salınması hesabına aralıq məkanda (quru-su, meşə-düzən, çay ağzı-dəniz,
tarla-bağ) məhsuldarlıq artır.
Bir çox elementlərdən ibarət olan landşaft özü-özlüyündə maraqlıdır və gözəl-
dir, o, sahənin gələcək dizaynı üçün əsas kimi baxıla bilər. Onu da nəzərə almaq
vacibdir ki, belə sahələrdə bütün istehsal sisteminin məhsuldarlığı əhəmiyyətli
dərəcədə artır.