Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə208/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   204   205   206   207   208   209   210   211   ...   431
Şəkil 60.  Canlı hasarın 
piramidal forması
VII  FƏSİL. EKOLOJİ ƏKİNÇİLİKDƏ LANDŞAFT DİZAYNI 
 
7.1. Canlı hasar 
 
Müxtəlif  növ ağac və kollardan ibarət canlı hasar ekoloji təsərrüfatın  əsas 
elementlərindən biri hesab olunur. Canlı hasarın başlıca funksiyaları aşağıdakılardan 
ibarətdir: 
1.
 
Küləyə qarşı sipər; 
2.
 
Mikroiqlimə müsbət təsir; 
3.
 
Canlı orqanizilər üçün sığınacaq və yaşayış yeri; 
4.
 
Çəpər; 
5.
 
Əhatə sahəsi torpağının humusla zənginləşdirilməsi (torpaq münbitliyi); 
6.
 
Səs və tozdan mühafizə; 
7.
 
Estetik zövq. 
Zəngin və optimal nəmliklə təmin olunmuş torpaqlarda canlı hasarın «pirami-
dal» formalı  əkin prinsipinə riayət etmək məqsədəuyğun olar. Əkinlərin yarus 
forması bütün bitkilərə bərabər qaydada işıqdan və qida maddələrindən mənfəətlən-
məyə imkan yaradır. 
Ənənəvi olaraq canlı hasarlar evlərin, ev 
heyvanlarının və tarlaların küləkdən mühafizəsi 
üçün istifadə olunur və mikroiqlimə nəzarət etmək 
üçün  ən səmərəli üsullardan biri sayılır. Küləyə 
qarşı sipərin aşağıdakı üstünlüklərini qeyd etmək 
olar: 
1.  havanın və torpağın temperaturuna təsir edir; 
2.  yarpaqlarda  əmələ  gələn  şeh damcılarının 
hesabına rütubətin miqdarını artırır; 
3.  meyvə  və giləmeyvələrin hesabına insanlar 
üçün əlavə qida mənbəyidir; 
4.  yararlı olduqda ağac və kolların yarpaqları hey-
vanların qidalanması üçün əlavə yem 
mənbəyidir; 
5.  canlı hasarlar küləyin sürətinin və torpaq 
eroziyasının azalmasına köməklik edir; 
6.  küləyə həssas olan bitkiləri qoruyur; 
7.  külək vasitəsi ilə sirkələnib tökülən dən və toxumların məhsul itkisinin qarşısını 
alır; 
8.  faydalı orqanizmlərin qidalanmasına və sığınacağına xidmət edir. Məs., həşərat-
larla qidalanan quşların həyat məkanını genişləndirir. 
9.  həyətyanı işlərdə  və təsərrüfatda  iş şəraitini yaxşılaşdırır; 
10.  soyuqlar zamanı heyvanların ölüm hallarını azaldır; 
  isti dövrlərdə heyvanların kölgələnməsinə xidmət edir; 
  təsərrüfatı tikinti materialı ilə təmin edir (yaşlı ağaclar); 
  torpaq münbitliyini (paxlalılar fasiləsi) artırır; 


 
183
  alovun yayılmasının qarşısını alır; 
  bal arıları üçün nektar mənbəyidir, tarla bitkilərinin arılar vasitəsi ilə tozlanması 
şəraitini yaxşılaşdırır; 
  torpaq eroziyasına nəzarət kimi faydalı ola bilər (kök sistemi güclü inkişaf edən 
ağacların vasitəsilə). 
 
 
 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin