Şəkil 85 . Ekotəsərrüfatda quşçuluğun düzgün planlaşdırılması
Quş cinslərinin fərqləndirici xüsusiyyətləri Yumurtalıq istiqamətli toyuqlarda bədən uzunsov, ayaqlar hündür, sümüklər
zərif və nazikdir. Əsas məhsulu yumurta olduğuna görə canlı kütləsi azdır, yüksək
cinsiyyət aktivliyi ilə seçilir, yumurtanın mayalanma səviyyəsi yüksəkdir.
Ətlik istiqamətli toyuqlar iri olur, nisbətən sakit və az hərəkətlidir. Bədəni enli
və dərin, ayaqları yoğun, yumurtlama qabiliyyəti aşağıdır. Ətlik istiqamətli toyuq-
ların yumurtalarının inkubasiya olunma səviyyəsi yumurtalıq toyuqlardan geri qalır.
Ətlik – yumurtalıq istiqamətli toyuq cinslərinin məhsuldarlıq göstəriciləri və
eksteryer xüsusiyyətləri yumurtalıq və ətlik istiqamətli toyuqlarla müqayisədə aralıq
mövqe tutur.
Ekoloji quşçuluq təsərrüfatlarında cinsin seçim standartlarına müvafiq olaraq,
yerli şəraitə uyğunlaşmış, xəstəliklərə dözümlü aşağıdakı yerli quş genofondlarından
istifadə olunması tövsiyə edilir.