Амин Бабайев, Вцгар Бабайев


Qabaqtəpə arı populyasiyası



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə273/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   269   270   271   272   273   274   275   276   ...   431
Qabaqtəpə arı populyasiyası.
 
Qabaqtəpə arıları yerli iqlim şəraitinin təsiri nəti-
cəsində meydana gəlmişdir. Bu arı populyasiyası Daşkəsən rayonunun Qabaqtəpə 
kəndində yarandığına görə ona Qabaqtəpə arısı deyilir. 
Qabaqtəpə arıları açıq-boz rəngdədir, qarın nahiyyəsində sarı həlqələri yoxdur. 
Arının bədəni boz tüklə örtülü olur. Onun qarın nahiyyəsi yandan və aşağıdan gümü-
şü rəngə çalır. Ananın qarnı tutqun-qəhvəyi rəngdə olur. Bel yarımhəlqəsi tutqun, 
qarın yarımhəlqəsi isə açıq-qəhvəyi rəngdə olur. Ayaqlarının müəyyən hissəsi tutqun 
rəngdən açıq-qəhvəyi rəngədək dəyişir. Arılar uzun xortumludur. Xortumun uzun-
luğu 6,9  mm-ə çatır.  
Qabaqtəpə arıları başqa Qafqaz arıları kimi sancmağa həris deyillər. Bu arılar 
beçə verməyə az meyillidir və yazda sürətlə inkişaf edir. Ana arı sutkada 2000-dək 
yumurta qoya bilər.  
Bu arı populyasiyası başqa arılara nisbətən uçuşa tez başlayır, gec qurtarır. Bu 
xüsusiyyət onların məhsuldarlığı üçün əsas şərtlərdən biridir.  
Ümumiyyətlə, Qabaqtəpə arılarının Bozdağ  və Qafqaz arı cinslərinin  əsas 
müsbət cəhətlərinin özündə  cəmləşdirib, sürətlə artma qabiliyyətinə, qışı yaxşı 
keçirmə xüsusiyyətinə  və yüksək məhsuldarlığa malik olması bu arıların təkcə 
Azərbaycanda deyil, qonşu ölkələrdə də yayılmasına səbəb olmuşdur.  
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin