25
Təbiətdən istifadə tarixən iqtisadi maraqlar güdmüş, ikinci vacib tərkib hissə
(ətraf mühit) isə həmişə unudulmuşdur (son zamanlara kimi). Bu yalnız həyəcan
təbili çalınanda yada düşdü!
Ətraf mühit cəmiyyətin həyatında iqtisadi maraqlardan heç də az əhəmiyyət
kəsb etmir. Sağlam ətraf mühitlə təmin olunmadan insanın ehtiyac və arzularının
ödənilməsi qeyri-mümkündür.
Ətraf mühit bizim yaşadığımız Yer, inkişaf isə bizim ətraf mühitdə öz
rifahımızı yaxşılaşdırmaq üçün gördüyümüz işlərdir. Hər iki anlayış bir-birindən
ayrılmazdır.
Təbiət-cəmiyyət münasibətlərinin inkişaf tarixini bir məxluq kimi insanın
yarandığı dövrdən bu günədək bir neçə dövrə bölmək olar:
• biogen;
• aqrar;
• sənaye (industrial);
• post sənaye (ekoloji-informativ).
Təbiətdən istifadənin hər dövr üçün özünəməxsus istiqamətləri texniki
imkanları (texniki silahlanma) ilə texnoloji sıçrayışlı olub, təbiət-cəmiyyət müna-
sibətlərinin xüsusiyyətlərini və onun törəməsi olan təbiətdən istifadənin növlərini
və formalarını yaratmışdır (cədvəl 1).
Dostları ilə paylaş: