Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə403/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   399   400   401   402   403   404   405   406   ...   431
 Sağlamlığa qayğı 
 
19. Ekoloji heyvandarlıq istehsalında xəstəliklərin qarşısını almaq üçün aşağıdakı 
prinsiplərə əsaslanmaq lazımdır:  
a) yuxarıda paraqraf 6-da qeyd olunduğu kimi müvafiq cinslərin və ya növlərin 
seçilməsi;  
b) hər bir növün tələblərinə müvafiq olaraq heyvandarlıq praktikasının tətbiq edilməsi, 
hansı ki, xəstəliklərə qarşı güclü davamlılıq və yoluxmalardan qaçınmağa  əsas yaradır;  
c) müntəzəm hərəkətlər, açıq havada gəzintilər və otlaqlara çıxış imkanı ilə birlikdə 
yüksək keyfiyyətli ekoloji yemdən istifadəetmə heyvanlarda təbii immun müdafiə 
sisteminin inkişafına səbəb olur;  
d) heyvanların müvafiq sıxlığının təmin edilməsi, belə ki, bu vasitə ilə heyvanların 
həddən artıq sıx şəraitdə saxlanmasının və sağlamlıq problemlərinin qarşısı alınmış olar.  
20.  Əgər yuxarıda qeyd olunan tədbirlərə baxmayaraq hansısa bir heyvan xəstələnirsə 
və ya  zədə alırsa,  o, dərhal müalicə almalıdır, lazım gələrsə, bu proses  müvafiq, izolə 
edilmiş yerdə aparılmalıdır.  
İstehsalçılar  əgər heyvanların lüzumsuz yerə  əziyyət çəkməsinə  səbəb olacaqsa
dərman preparatlarından istifadə etməkdən çəkinməməlidir (hətta belə  dərmanla 
müalicə heyvanın ekoloji statusunun itirilməsi ilə nəticələnsə belə). 
 21. Ekoloji təsərrüfatçılıqda baytarlıq təbabəti vasitələrindən istifadə    aşağıdakı 
prinsiplərə əsaslanmalıdır:  


 
329
a) Spesifik xəstəliklər və ya sağlamlıq problemləri baş verən və yaxud baş verə biləcək 
və alternativ müalicə vasitələri  və ya idarəetmə təcrübəsi olmayan yerlərdə qanun tələb 
etdiyi hallarda heyvanların vaksinasiyasına, parazitəleyhinə vasitələrdən və ya 
 
terapevtik baytarlıq vasitələrindən  istifadəyə  icazə verilir;  
b) fitoterapevtik (antibiotiklər daxil deyil), homeopatik və ya ayurvedik məhsullara  və 
ya  mikroelementlərinə    kimyəvi allopatik baytarlıq vasitələrinə  və antibiotiklərə 
nisbətən daha çox üstünlük verilməlidir, bir şərtlə ki, əgər onların müalicəvi effekti bir 
çox heyvan cinsləri və onların müalicə şəraitləri üçün effektivdir;  
c)  əgər yuxarıda qeyd olunan məhsullar xəstəlik və  zədələrə qarşı effektiv olmazsa, 
kimyəvi allopatik dərmanlar və ya antibiotiklər baytarın nəzarəti və cavabdehliyi şərtilə 
işlədilə bilər; dərmanların sorulma (karantin) dövrü qanunvericilikdə  tələb olunduğu 
müddətə nəzərən iki dəfə uzadılmalıdır və minimum 48 saat olmalıdır;  
d) profilaktika məqsədilə kimyəvi allopatik dərmanların və antibiotiklərin işlədilməsi 
qadağandır.   
22. Hormonal  müalicə ancaq terapevtik müalicə  məqsədilə  işlədilməlidir və baytarın 
nəzarətilə aparılmalıdır.   
23. Boy stimulyatorları  və ya istehsalı  və böyüməni tənzimləmək üçün maddələrin 
istifadəsi qadağandır.   
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   399   400   401   402   403   404   405   406   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin