C. Heyvan mənşəli yem materialları c.1. Süd və süd məhsulları, balıq, digər dəniz heyvanları və onlardan alınan
məhsullar müstəsna olmaqla heyvan mənşəli yemlər istifadə edilməməli və
yaxud milli qanunvericilikdə qeyd olunduğu kimi istifadə olunmalıdır. İstənilən
halda məməlilərdən alınma materiallarla (süd və süd məhsulları müstəsna
olmaqla) gövşəyənləri yemləməyə icazə verilmir;
c.2. Süd və süd məhsulları. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya
aiddir:
çiy süd, süd unu, yağsız süd, yağsız süd unu, ayran, ayran unu, pendir suyu,
pendir suyunun tozu, az şəkərli pendir suyunun tozu, proteinli pendir suyunun
tozu (fiziki üsulla ekstraksiya olunmuş), kazein unu, laktoza tozu, kəsmik və
qatıq
c.3. Balıq, digər dəniz heyvanları, onların məhsulları və onlardan alınan məhsullar.
Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxildir:
balıq, balıq yağı və rafinə edilməmiş treska ciyərinin yağı; balıq molyuskları və
xərçəngəbənzər
canlıların fermentasiyası, istər həllolan formada, istərsə də
həllolmayan formada olsun, ancaq gənc heyvanlar üçün tətbiq edilir.
Balıq yemləri.
c.4. Yumurtalar, yumurta məhsulları, quşçuluqda yem kimi, yaxşı olardı ki, eyni
mənbədən olsun.
d. Sintetik azot və proteinsiz azot tərkibli birləşmələr istifadə edilməməlidir.
Əlavələr və emal üçün köməkçi vasitələr üçün xüsusi kriteriyalar:
Qida əlavələri, heyvanların qidalandırılmasında istifadə olunan bəzi maddələr və
qidalarda istifadə olunan emal köməkçi vasitələri