Амин Бабайев, Вцгар Бабайев


Şəkil 54. Kompostun hazırlanması mərhələləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə191/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   187   188   189   190   191   192   193   194   ...   431
Şəkil 54. Kompostun hazırlanması mərhələləri 
 
Kompostun hazırlanma mərhələləri
 
•  Kompost  tığı üçün yaşayış binasından xeyli aralı, kölgəli yer seçin (məsələn, 
ağacın altı). Tığın eni təqribən 1,0-1,5 m, uzunluğu isə kompostun tələb olunan 
miqdarından asılıdır. 
•  Kompost hazırlanacaq yerin səthi sukeçirməyən bərk örtüklə (beton, asfalt) 
örtülməlidir. 
•  Kompost laylar üzrə hazırlanır. Birinci lay - xırdalanmış kol, çırpı, küləş, odun 
ovuntusu, saman və digər çətin parçalanan qalıqlardan ibarətdir;  
•  Növbəti lay mətbəx tullantıları: meyvə  və  tərəvəz qabığı, yumurta qabığı  və s., 
istənilən növ peyin, xəzəl, alaqlar (bütün bunlar 10-40 sm  layda paylanılır); 
•  Hər layın üzəri 5 sm qalınlıqda torpaqla örtülür (və yaxud köhnə kompostla); 
•  Torpağın üzərinə təxminən yarım vedrə külün tökülməsi məsləhətdir
•  Kompost tığının hündürlüyü 1,5-2 m-ə çatanacan 4, 5, 6-cı  bəndlər təkrarlanır, 
sonra tığın bütün səthi samanla, küləşlə, köhnə yararsız kisələrlə  və ya büzmə-
lənmiş qablaşdırma kartonu ilə örtülür (yüksək nəmlikdə və ya güclü sel zamanı 
sellofan örtükdən istifadə mümkündür). 
•  Quru havada komposta su çiləmək zəruridir, həftədə 2-3 dəfə gicitkənin və ya 
xəndəkotunun cövhəri ilə çiləmək daha yaxşıdır (quraqlıqda tez-tez). Yağmurlu 
havada kompostun aşağı layında suyun toplanmasının qarşısını almaq üçün 
tədbirlər həyata keçirilməlidir. 


 
169
•  Kompostun hazırlanma müddəti 4-6 aydır. Bu dövr ərzində kompost tığının 1-2 
dəfə «çevrilməsi»ni aparmaq zəruridir. Bunun üçün kompostun üst qatı ayrıca 
yığılır və alt lay istisna olmaqla qalan laylar tığın yanına  bel ilə  köçürülür və 
yenidən öz yerinə qaytarılır. Bu prosedurun mahiyyəti kompost laylarının yaxşı 
qarışdırılmasından ibarətdir. 
•  «Çevrilmə» proseduru zamanı  kompostun sümük və ya daş unu ilə, eləcə də yağış 
soxulcanları ilə zənginləşdirilməsi məqsədəuyğundur. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin