Амин Бабайев, Вцгар Бабайев


Mulçalama üçün yararlı materiallar



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə187/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   183   184   185   186   187   188   189   190   ...   431
Mulçalama üçün yararlı materiallar: 
  Çürümüş peyin  və kompost (ola bilsin ki, 
yetişməmiş) mulçalama üçün, xüsusilə  də humusu intensiv mənimsəyən 
bitkilər üçün (qarğıdalı, kökümeyvəlilər, xiyar, kələm, balqabaq, pomidor və 
s.) ən yaxşı materiallardan biridir; 
  Biçin qalıqları (saman, çiyid qabığı, yığılmış bitkilərin gövdə və qalıqları) əla 
mulçadır. Xəstə bitki qalıqları diqqətlə seçilməlidir! Paxlalı bitkilərin qalıqları 
xüsusilə yaxşıdır; 


 
165
  Təzə biçilmiş ot - bir az solmalıdır ki, çürümə prosesi və ya göbələk xəstəliklə-
rinin  əmələ  gəlməsinin qarşısı alınsın. Təzə biçilmiş otla yağmurlu hava 
şəraitində mulçalama aparmaq olmaz! Biçilən bitkilər toxumsuz olmalıdır! 
  Xəzəl - əvvəlki bəndin xəbərdarlığını yaddan çıxarmayın. Bundan əlavə, bu 
materialla küləkli havada və ya küləkli sahədə, ümumiyyətlə, mulçalamanın 
aparılması  əhəmiyyətsizdir. Lakin ən başlıcası,  əksər bitkilərin yarpağı 
torpaqda turşuluğu artırır. Belə mulça giləmeyvəli, bəzi bəzək bitkiləri və 
meyvə  ağacları üçün faydalıdır. Tərkibində digər bitki və mikroorqanizmlər 
üçün toksiki maddələr olan bitkilərin (söyüd gülü, qara bəngotu, gənəgərçək) 
və ya fitonsidlərin (evkalipt, dəfnə,  şabalıd, ardıc, akasiya, yunan qozu, sərv 
ağacı) yarpaqları ilə mulçalama aparmaq olmaz; 
  Köhnə kisələr, karton- əsas çatışmazlıqlar: 1) torpağı gübrələmir; 2) küləkdən 
qorumaq üçün üzərinə daş və ya digər ağır əşya qoyulmalıdır; 
  Qara sellofan və ya ruberoid - torpağı gübrələmir və ən başlıcası,  baha başa 
gəlir (sellofan bir ildən sonra çatlayır və cırılır). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin