164
Şəkil 48. Xəndəkotu
(Symphytum caucasicum)
Xəndəkotundan hazırlanan maye gübrə
Xəndəkotundan hazırlanmış maye gübrə, əsasən, kalium qidasını çox, azotu isə
az
sərf edən bitkilərdən pomidor, xiyar və lobyanın becərilməsində istifadə edilməsi
tövsiyə olunur. Xəndəkotu cövhərinin tərkibində peyinlə müqayisədə kalium çox,
fosfor isə nisbətən azdır. Xəndəkotu cövhərini hazırlamaq üçün 1 kq təzə kütlənin
üzərinə 10 litr su əlavə edərək 4 həftə müddətinə saxlayırlar.
Bu cövhərin tərkibində
azot, fosfor və kalium 3:1:7 nisbətindədir.
Belə cövhərləri müxtəlif bitkilərin qarışığından da hazırlamaq mümkündür.
Gicitikəni xəndəkotu ilə qarışdırmaq və aşağıdakı bitkiləri əlavə etmək olar: boyma-
dərən, çobanyastığı, mayaotu, soğan, sarımsaq. Cövhərə, eləcə də quş zılı,
odun külü,
yonca unu, daş, yaxud sümük unu əlavə etmək olar.
Maye gübrəni aşağıdakı kimi hazırlamaq olar. Kisəyə bir neçə bel peyin, 1-2
ovuc odun külü, yonca unu, yaxud xırdalanmış yonca kütləsi, sümük yaxud daş unu
və biçilmiş ot əlavə etməklə ağzını bağlayaraq içərisində yağış suyu
olan çəlləyə
salmaq lazımdır. İki gündən bir kisənin içərisindəki kütləni ağac çubuqla qarışdırmaq
lazımdır ki, qida maddələri tam suya keçsin.
Bir həftədən sonra məhlul tünd-şabalıdı rəng alır. Alınmış cövhər yarpağı
yandırmadığına görə onu durulaşdırmadan istifadə etmək olar.
Əlavə kimi bitkilərin xəstə və qurumuş hissələrini yandıraraq alınmış külü maye
gübrəyə qatmaq olar. Bu proses gübrənin tərkibində kalium elementinin miqdarını
artırır.
Dostları ilə paylaş: