Амин Бабайев, Вцгар Бабайев


Taxta kəpəyi və ağac qabığı



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə181/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   177   178   179   180   181   182   183   184   ...   431
Taxta kəpəyi və ağac qabığı  
Taxta kəpəyi torpağın münbitliyini əhəmiyyətli dərəcədə artıra bilən, onun hava 
keçirməsini və rütubət tutumunu yaxşılaşdıran ucuz üzvi gübrədir. Lakin onu torpağa 
tam çürümüş və ya digər üzvi materiallarla qarışıqda vermək olar. Çürümə prosesinin 
sürətlənməsi üçün topaya yığıb su və təzə peyinlə isladırlar. Kəpəyi torpaqla birlikdə 


 
158
lay-lay yığmaq faydalıdır. Yay ərzində  yığılmış bitki qalıqlarını da əlavə etməklə 
topanı iki dəfə qarışdırırlar. Kəpək turş reaksiyalı olduğu üçün ona əhəng və ya 
təbaşir (bir vedrəyə 120-150 q) əlavə edirlər. 
Üzvi gübrə kimi istifadə üçün ağac qabığı (meşə  təsərrüfatı  və ya ağac emalı 
sənayesinin tullantıları) kompostlaşdırılır. Qabığı (75% nəmlikdə) 10-40 sm 
uzunluqda xırdalayıb digər üzvi materiallarla qarışdıraraq kompostlaşdırırlar.  
Sideratlar 
Bu birillik və ya çoxillik paxlalı bitkilərin (yazlıq noxud, yemlik paxlalılar, 
çölnoxudu, acıpaxla, seradella və s.) torpağa basdırılmış yüksək gövdəli bitki kütlə-
sindən ibarət  əla növ üzvi gübrədir. Öz təsirinə görə sideratlar demək olar ki, təzə 
peyinə  bərabərdir. Sideratların bitki kütləsinin tərkibində olan qida elementləri 
torpağa düşüb tədricən parçalanaraq, sonrakı bitkilər üçün mənimsənilən hala 
keçirlər, üzvi sideral maddə isə torpaq strukturunun bərpa olunmasına yardım edir. 
Bəzi sideral bitkilər (acıpaxla, qarabaşaq, xardal) azmütəhərrik torpaq fosfatlarının 
bitkilər tərəfindən mənimsənilməsini və  həllolunması artırır, acıpaxla isə kaliumun 
çətin mənimsənilən formalarını istifadə edə bilir. 
Torpağın gücdəndüşmə  dərəcəsindən asılı olaraq sideratları sahədə bütün yay 
ərzində  və ya aralıq bitkisi kimi yerləşdirirlər. Məsələn, onları faraş  tərəvəzlərin 
yığımından sonra yerləşdirirlər. Dirrikdə sideratları başdan-başa cərgələrə  səpirlər 
(cərgələrin eni 60-90 sm, cərgəarası 5 sm, biriilik paxlalı bitkilərin səpin dərinliyi 5-6 
sm, ikiilliklərin isə - 3-4 sm). Səpindən sonra üzləmə, xüsusilə  də çoxillik otların 
səpinində mütləqdir. Sideratlar qulluğa tələbkar deyil, lakin suvarmalar inkişafına 
müsbət təsir göstərir. 
Kompostlar 
Kompostları müxtəlif üzvi materiallardan hazırlayırlar. Zərərverici və  xəstəlik-
lərlə  zədələnməmiş bitki qalıqlarını, quş  zılını, peyni və digər materialları düz səth 
üzərində arasını çim torpaq və ya torfla laylaşdıraraq  yumşaq topaya yığırlar (qalaq). 
Topanın (qalağın) alt hissəsini 10-12 sm qalınlıqda yarpaqlardan, kəpəkdən və ya 
torfdan ibarət döşəmə təşkil edir. Topanı vaxtaşırı olaraq su və ya peyin məhlulu ilə 
nəmləndirirlər, 40-50 gün keçdikdən sonra qarışdırırlar, temperaturu 60
0
C çatdıqda 
sıxlaşdırırlar. 
Yayda kompost topasını günəş şüalarından qoruyurlar, qışda 30-40 sm qalınlıqlı 
layda torpaq və ya kəpəklə örtürlər. 8-11 ay keçdikdən sonra kompostu istifadə 
etmək olar. Toxumlamış alaq otlarını ayrıca kompostlaşıdırlar, çünki onların cücərmə 
qabiliyyəti beş ilə qədər saxlanılır.   

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin