Üzvi gübrələr • Peyin
• Quş şılı
• Torf, lil
• Yarpaqlı və çimli torpaq
• Taxta kəpəyi və ağac qabığı
• Sideratlar
• Kompostlar
Tərəvəz bitkiləri torpaqdan çoxlu miqdarda qida maddələri aparırlar və üzvi
gübrələr vasitəsilə onlar bərpa olunmadığı halda torpaq gücdən düşür. Üzvi gübrələr
heyvan və bitki mənşəli maddələrdən ibarətdir. Çürüyərək bunlar mineral maddələr
əmələ gətirir və bu zaman torpağın üst qatına bitkilərdə fotosintez prosesinin getməsi
üçün zəruri olan karbon ayrılır. Bundan əlavə üzvi gübrələr bitkilərin su və hava
qidalanmasına müsbət təsir göstərir, tərəvəz bitkilərinin kökləri ilə simbiozda olan
torpaq bakteriyalarının və mikroorqanizmlərinin inkişafına yardım edir, onlara
mənimsənilən qida elementlərini əldə etməyə kömək edirlər. Üzvi gübrələr sırasına
peyin, torf, kompost, quş zılı, çürüntü və digər üzvi materiallar aid edilir.
Peyin Bu ən qiymətli üzvi gübrələrdən biridir. Müxtəlif heyvanların peyinində orta
hesabla vardır (%-lə): su - 75, üzvi maddə - 21, ümumi azot - 0,5, mənimsənilən
fosfor - 0,25, kalium oksidi - 0,6. Peyinin keyfiyyəti heyvanın növündən, onun
yemindən, döşəmədən və saxlama üsulundan asılıdır. məsələn, donuzların
yemləndirilməsində çoxlu miqdarda konsentratlar istifadə olunur. Ona görə də peyini
yüksək tərkibdə azotla fərqlənir, gövşəyən heyvanların rasionunda isə qaba yemlər
olduğu üçün peyinlərində daha çox kalium vardır.
Peyin üçün ən yaxşı döşəmə materialı zəif çürümüş üstlük torfdur, lakin əksər
hallarda küləş və ya taxta kəpəyini istifadə edirlər. Küləş döşəməsində çürümüş at
peyini soyuq gilli torpaqlar üçün əvəzedilməz üzvi gübrədir. Lakin onu istixanalar
üçün bioyanacaq qismində istifadə etmək daha yaxşıdır. At peyininə nisbətən
iribuynuzlu mal-qaranın peyini daha zəif isinir, çünki, onun tərkibində suyun həcmi
çoxdur. Lakin yüngül torpaqlarda bu peyin növü əvəzedilməzdir.
Donuz peyini turş reaksiya ilə fərqlənir. Onun istifadəsi zamanı əhəng əlavə
etmək lazımdır. Dovşan peyinində bitkilər üçün zəruri olan maddələr aşkar
edilmişdir. Üzvi gübrə kimi onun dəyərliyi digər heyvanların peyini ilə və quş zılı ilə
qarışdırıldıqda artır.
Peyinin çürüməsinin dörd mərhələsi ayırd edilir. Zəif çürümüş (təzə) peyində
küləşin rəngi və bərkliyi çox az dəyişmiş olur. Onun yuyulması zamanı suyun rəngi
qırmızı və ya yaşıl çalarlı olur. Yarıçürümüş peyində küləş tünd-qəhvəyi rəng alır,
bərkliyini itirir və asan qırılır. Su məhlulu tünd rəngdədir. Bu mərhələdə peyin ilkin
kütləsinin 30%-ni itirir. Çürümüş peyin qara, sürtülən kütlədir. Küləş çürümüş, peyin
isə ilkin kütləsinin 50%-ni itirmiş olur. Çürüntü - yumşaq, torpağabənzər kütlədir.
Çürümənin bu mərhələsində ilkin kütlənin itkisi 75%-ə çatır.
Az çürümə mərhələsində olan peyin torpağa payızda, daha çox çürümüş isə -
yazda verilir. Əgər peyin kifayət qədər deyilsə, onda onu az dozalarda, lakin böyük
sahəyə vermək məqsədəuyğundur, məsələn, birbaşa yuvalara. Soyuq torpaqlarda
157
peyin 10-15 sm dərinliyə verilərək üstü torpaqla örtülür. Tezquruyan torpaqlarda isə
becərilən layın tam dərinliyinə.