6.1.3. Üzvi gübrələr Özünün həyatı və inkişafı üçün bitkilərin qida maddələrində ehtiyacı var.
Bunlardan ən mühümləri - azot, fosfor və kaliumdur. Onları torpağa tez təsir edən
mineral gübrələr qismində vermək olar. Lakin torpaqda onlar onsuz da vardırlar.
Bunları bitkilər üçün mənimsənilən formaya çevirən mikroorqanizmlərdir. Mineral
gübrələr tez təsir edir, lakin onların qeyri-düzgün normalaşdırılması həm torpağa,
həm də bitkilərə ziyan vura bilər. Üzvi gübrələrin istifadəsi zamanı belə təhlükə
istisna olunur, çünki bunlar, ilk növbədə, mikroorqanizmləri qidalandırır və torpağa
tədricən və dolayısı ilə təsir etməklə onun sağlamlığını qoruyur. Bundan əlavə üzvi
gübrələr əhəmiyyətli dərəcədə ucuz başa gəlir. Ona görə ki, əksər hallarda onları öz
təsərrüfatınızda əldə etmək olar. Bu - bağçılıqda bitki qalıqlarından və mətbəx
qalıqlarından, biçilmiş otdan hazırlanmış kompostdur, eləcə də yabanı bitkilərdən
hazırlanmış cövhərdir.