Амин Бабайев, Вцгар Бабайев


Şəkil 42. Üçyarpaq-taxıl sideral qarışığının əhəmiyyəti



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə171/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   167   168   169   170   171   172   173   174   ...   431
Şəkil 42. Üçyarpaq-taxıl sideral qarışığının əhəmiyyəti 
(Piorr və Gess, 1987) 
 
Təsərrüfatın tipindən və imkanlarından asılı olaraq siderat bitkilər 
aşağıdakı qaydalara uyğun becərilə bilər: 
•  Bütün il ərzində becərilməlidir ki, bu da onların istifadəsinin ən səmərəli növü-
dür. Bu halda torpağın qida elementləri ilə zənginləşməsi uzun müddət ərzində 
baş verir. Bu üsulun çatışmazlığı ondan ibarətdir ki, siderat bitkilər  əmtəə 
məhsulu vermir. Lakin bir qayda olaraq bu çatışmazlıq növbəti illərdə sidera-
siya hesabına gübrələrə, alaqlarla və  zərərvericilərlə mübarizəyə    vəsaitlərin 
israf olunmaması hesabına, yüksək məhsulun əldə edilməsi ilə tam kompensa-
siya olunur. Bundan başqa, təsərrüfat torpağın kompostlaşdırılması  və ya 
mulçalanması, eləcə də ev heyvanlarının yemləndirilməsi  üçün böyük miqdar-
da qiymətli üzvi material əldə etmiş olur; 
•  Kövşənlik bitki qismində həm payızlıq, həm də yazlıq bitkilər yaşıl gübrə kimi  
becərilə bilər. Kövşənlik bitkilər praktikada ən geniş yayılmış yaşıl gübrə 
növüdür. Bu məqsədlə  əsas bitki yığıldıqdan sonra iyul-oktyabr aylarında 
müxtəlif bitkilər və ot qarışıqları səpilir; 
•  Fevral ayından başlayaraq səpilən aralıq bitkisi qismində daha uyğun olan 
bitkilər xardal və ispanaqdır. Bu bitkilərin yaşıl gübrə məqsədi ilə yığımından 
sonra torpaq becərilir və əsas bitkinin səpini aparılır;  
•  Çoxillik və ya birillik əsas bitki fonunda, örtük bitkisi qismində. 
 
Yaşıl gübrə üçün becərilən örtük bitkiləri inkişaf edən bitkilərin cərgəaralarına 
səpilir. Bu, əsasən, qarağat, böyürtkən, eləcə də qarğıdalı, kələmin müxtəlif növləri 
və digər bitkilərin cərgəaralarında həyata keçirilir. Bu məqsədlə üçyarpaq, ağ 
üçyarpaq və digər paxlalı ot bitkiləri istifadə olunur. 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin