Azərbaycan zebusu Zebunun əhəmiyyəti. Zebu və zebunövlü mallar cənub ölkələrində isti iqlim və
çətin yem şəraitinə uyğunlaşmış və qan parazitlərinin törətdikləri xəstəliklərə qarşı
xeyli davamlıdırlar.
Azərbaycanda zebu və zebutipli mallar qədim vaxtlardan saxlanılır. Onlar
qədimdən ekstensiv şəraitdə saxlandığı üçün nisbətən cır, kiçik boylu və az südlü
olurlar, ancaq, nadir hallarda bol yem şəraitində onların illik süd məhsulu 2800-3000
kq-a çata bilir.
Beləliklə, zebuların heyvandarlıqda daha məhsuldar, yeni, yağlı-südlü, ətlik və
xəstəliklərə davamlı cinslər yaradılmasında böyük əhəmiyyəti vardır.
Azərbaycan zebusu respublikamızın Lənkəran, Astara, Masallı, Lerik və
Yardımlı rayonlarında yayılmışdır.
Azərbaycan zebuları laktasiya müddətində 780-1100 kq 4,2-6,45% yağlılıqda
süd verir.
Qaba yemlərin həzm olunmasında zebu, qaramal ilə camış arasında orta yer tutur.
Dünya miqyasında, eləcə də MDB məkanında, o cümlədən Azərbaycanda hibridləş-
mə yolu ilə qiymətli qaramal cinslərinin yaradılması işi aparılır. Zebuların adi
qaramal cinsləri ilə çarpazlaşdırmaqda məqsəd yeni və daha məhsuldar, möhkəm
bədənli, davamlı, immunoekoloji xassələri zəngin olan cinslərin yaradılmasıdır.