Амин Бабайев, Вцгар Бабайев


Ekofermada qaramalın saxlanma üsulu



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə240/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   236   237   238   239   240   241   242   243   ...   431
Ekofermada qaramalın saxlanma üsulu 
Qaramal iki üsulla saxlanılır: bağlı  və açıq. Ekofermada açıq saxlama 
üsuluna üstünlük verilir, çünki bu üsulda heyvan tam sərbəst olur. 
•  Sağmal inəklər pəyə  şəraitində bağlı, yay-düşərgə  şəraitində isə açıq üsulla 
saxlanmalıdır.  İmkan daxilində heyvanların gün ərzində daha çox açıq 
saxlanmasına şərait yaradılmalıdır. 
•  İnəklərin çirklənməməsi və yelinin soyuqlamaması üçün döşəməyə quru 
döşənək materialı (küləş, taxta kəpəyi və s.) səpilməlidir. 
•  Bağlı şəraitdə hər inəyə 1,5x2,4 metr sahə ayrılması məqsədəuyğundur. Pəyə-
nin daxilində hər baş inəyə 15-201 m
3
 hava tələb edilir. Havanın nisbi nəmliyi 
60-70%, temperaturun 10-14C
0
 olması  məsləhətdir. Pəyədə havadəyişdirici 
sistem və normal işıqlama (20 lüks) olmalıdır. 
•  Cavan heyvanlar yaş və cinsiyyət üzrə qruplaşdırılaraq açıq saxlama şəraitində 
saxlanılır. Ekoloji təsərrüfatda heyvanların saxlanması onların növündən 
(qaramal, qoyun, donuz, quş  və s.) asılı olmayaraq açıq saxlama sisteminə 
üstünlük verilməlidir. Hava şəraitinin dəyişməsi (soyuması) ilə əlaqədər olaraq 
qış aylarında da pəyə şəraitində (sağmal, inəklər istisna olmaqla) açıq saxlama 
sistemindən istifadə edilir. 
•  Ənənəvi təsərrüfatda heyvanların sənaye texnologiyası  şəraitində saxlanması 
maya dəyəri aşağı düşməklə  məhsulun miqdarını artırır. Lakin heyvanların 
dözümlüyü aşağı düşür, xəstəliyə tez tutulur, qısırlıq halları çoxalır, istehsal 
olunmuş  məhsulun təbiiliyi itir və keyfiyyəti aşağı düşür. Xəstələnmiş hey-
vanlar təbii müalicə üsullarına reaksiya vermir və kimyəvi dərmanların tətbiqi 
məcburiyyətində qalırıq. 
Ekoloji təsərrüfat şəraitində isə heyvandarlıqda ekstensiv üsul tətbiq edildiyin-
dən məhsulun maya dəyəri nisbətən yüksək, miqdarı az olur. Lakin məhsulun təbii 
keyfiyyəti və ekoloji qidalılığı yüksək olur. Heyvanlar açıq hava şəraitində çox 
olduğuna görə günəş şüalarının təsiri altında xəstəliklərə dözümlülük artır, həyatilik 
qabiliyyəti yüksək olur, qısırlıq halları aradan qalxır. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin