8.6. Ekoloji təsərrüfatlarda quşçuluq Quşçuluq heyvandarlığın ən əhəmiyyətli sahələrdən biridir. Heyvandarlığın
digər sahələri ilə müqayisədə, ən tezyetişkən sahə olub, yemi məhsulla yüksək səviy-
yədə ödəyir. Rentabellidir. Əhalinin diyetik ərzaq məhsulu olan quş əti və yumurta
ilə, bitkiçiliyi qiymətli üzvi gübrə ilə, sənayeni isə quş tükü ilə təmin edir.
Toyuqlar məhsuldarlıq istiqamətinə görə yumurtalıq, ətlik-yumurtalıq və ətlik
cinslərə bölünür.
Quş əti qidalılığına və həzməgediciliyinə görə digər növ kənd təsərrüfatı hey-
vanlarının ətindən üstündür. Eyni zamanda yüksək keyfiyyətli diyetik ət sayılır.
Yumurtaların tərkibində canlı orqanizm üçün lazım olan bütün maddələr vardır.
Odur ki, yumurta zülalı 96-98% orqanizm tərəfindən mənimsənilir.