Амин Бабайев, Вцгар Бабайев


Ekoloji təsərrüfatda qoyunçuluq



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə253/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   249   250   251   252   253   254   255   256   ...   431
 
8.5. Ekoloji təsərrüfatda qoyunçuluq  
 
Respublikamızda qoyunçuluğun tarixi qədim olub, eramızdan əvvəlki dövrlərə 
gedib çıxır. Qoyunçuluq heyvandarlığın ən gəlirli və çox məhsul verən sahələrindən 
biri olduğu üçün bu sahəyə üstünlük verilir, çünki bu sahənin inkişaf etdirilməsi 
üçün respublikamızda hərtərəfli imkan və gözəl şərait vardır. Azərbaycanda qoyun-
ları bütün il boyu yay və  qış otlaqlarında saxlamaq mümkündür. Qoyunlar təbii 
otlaqların ot örtüyündən qaramala nisbətən 25-30% çox istifadə edir. 
Respublikamızın yay və qış otlaqlarında bitən 600 növdən çox bitkinin qaramal 
yalnız 56 növünü, atlar 81 növünü yediyi halda qoyunlar 540 növünü yeyə bilir. 
Bundan başqa qoyunlar ot örtüyü alçaq olan otlaqlarda daha yaxşı otlayır. 
Qoyunçuluğun iqtisadi üstünlüklərdən biri də odur ki, qoyunçuluq məhsulları 
digər heyvandarlıq məhsullarına nisbətən dəfələrlə ucuz başa gəlir. Çünki qoyun 
sürüləri il boyu yay və qış otlaqlarında saxlanır, əlavə yemin verilməsinə demək olar 


 
218
ki, ehtiyac qalmır. Bu da qoyunçuluqda daha az əmək və yem sərf etməklə daha çox 
iqtisadi gəlir götürülməsinə imkan verir. 
Respublikamızın təbii iqlim şəraitinin müxtəlifliyi bir sıra yerli qoyun cinslə-
rinin təbii olaraq öz-özünə rayonlaşması ilə nəticələnmişdir. Məsələn: Balbas qoyun 
cinsi Naxçıvan  ərazisində, qala qoyun cinsi Abşeron rayonunda, Qaradolaq və 
Qarabağ cinsləri Qarabağda,  Şirvan qoyun cinsi Şirvan bölgəsində yayılmışdır. 
Bozax və Azərbaycan dağ merinosu cinslərinin yayılma  ərazisi digər cinslərə 
nisbətən daha genişdir.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin