216
bərabərdir. Karbomidi maye halında (1 kq karbomidə 3-4 kq su əlavə etməklə) qaba
yemlərin üzərinə çiləməklə və ya toz halında silosun
üzərinə səpməklə inəklərə
yedirtmək olar.
Yeni doğulmuş buzovların bəslənməsi
Yeni doğulmuş buzovları xəstəlikdən qorumaq üçün saxlandığı yerdə baytar-
sanitar tədbirləri keçirilməlidir; həmin yer,
dezinfeksiya edilməli, təmiz saxlanmalı,
quru və işıqlı olmalı, havası müntəzəm dəyişilməlidir. Buzov ilk 10-15 gün ağız
südü, sonra isə adi süd ilə qidalanır. Ağız südünün tərkibi quru maddə və züllala çox
zəngin olub, yüksək bakterisid xassəyə malikdir. Buzovlar 10-15 gündən sonra otla
qidalanmağa başlayır. 10-cu gün buzovların qabağına yaxşı keyfiyyətli quru ot
qoyulmalı və tədricən öyrədilməlidir.
Buzovlara
xörək duzu, tabaşir və s. təbii birləşməli
mineral maddələr vermək
lazımdır. Onlara 12-15 günlüyündən başlayaraq qüvvəli yemlər verilir və təbii
birləşməli mineral maddələr həmin vaxtdan əlavə edilməlidir. Buzov üçün əlverişli
qüvvəli yem vələmir və ya arpa unu, sonra isə qarışıq yem və kəpəkdir. Buzovlara
sonrakı dövrlərdə kökümeyvəlilər, silos və yaşıl ot verilir.
5 ay süd dövrü ərzində bir baş buzova 200-250
kq üzlü süd, 400-500 kq üzsüz
süd, 170-200 kq qüvvəli yem, 250-270 kq yem çuğunduru, 475 kq qarğıdalı silosu və
150
kq keyfiyyətli quru ot, 2,3-2,6 kq duz və 2,5-3,9 kq tabaşir verilməlidir. Belə
yem sərfi müqabilində buzov 600-800 q sutkalıq artım verməklə dövrün sonunda
160-180 kq canlı kütləyə çatır.
Sağım və südün ilkin emalı
Süd istehsalı zamanı ən zərif işlərdən biri inəklərin sağılması və südün emal
edilməsidir. Bu işlər yüksək səviyyədə, peşəkarlıqla yerinə yetirilməlidir.
Ekoloji fermada sağım əl ilə yerinə yetirilir. Sağımdan qabaq yelin hazırlanma-
lıdır. Yelinin hazırlanması onun təmiz yuyulmasından və quru dəsmalla silinməsin-
dən ibarətdir. Yelinin hazırlanması xarici qıcıq kimi şərti reflekslər
yolu ilə oksitosin
əmələ gəlməsinə səbəb olur və bunun ardınca da inəyin sağılması prosesi 8 dəqiqə
ərzində başa çatmalıdır.
Əl ilə sağım. Əl üsülu ilə aparılan sağımda müxtəlif qaydalardan istifadə
olunur. Respublikamızda hazırda geniş tətbiq edilən iki barmaqla və daha mütərəqqi
hesab edilən beş barmaqla (yumruqla) sağım geniş yayılmışdır.
Birinci üsulun mənfi
cəhətləri çoxdur: Əmcək kanalının selikli qişası zədələnir, əmcəyin şəkli pozulur,
sağım zamanı inək narahat olur və s.
Beş barmaqla sağım sağıcıların əmək məhsuldarlığını artırır. Belə sağım zamanı
baş və şəhadət barmaqlar əmcəyi dibindən tutub sıxmağa başladıqda, qalan
barmaqlar yuxarıdan aşağıya tərəf tədriclə bükülərək əl tam yumruq formasını alır.
Bu zaman yelində (süd sistemində) olan süd əmcək kanalı vasitəsi ilə boşaldılır. Bu
vərdiş ikibarmaq vərdişinə xas olan nöqsanları tamamilə aradan qaldırır, sağım
sürətlə aparılır.
Dostları ilə paylaş: